Şöbə müdirinin 3 illik pensiya köçürmələri yoxa çıxıb - problem DSMF-dən qaynaqlanır?
Sumqayıtda bələdiyyənin şöbə müdiri olan şəxsin 3 illik pensiya köçürmələri yoxa çıxıb.
Vətəndaş Elton Hacıyev “Qafqazinfo”ya müraciətində bildirib ki, 15 ildən artıq Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində işləyib. O deyib ki, qəsəbə bələdiyyəsinin baş mühasibi Novruzov Teyyub Qələmhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun 2014, 2015, 2016-cı illər üzrə əmək haqqısından DSMF-yə ödəniş tutsa da, vəsaiti Fondun hesabına köçürməyib.
Teyyub Novruzov isə “Qafqazinfo”ya bildirib ki, burada problem DSMF-dən qaynaqlanır, o ödənişləri etsə də, sistemdə qeydə alınmayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılarkən müəyyən olunub ki, sığortaedən, yəni "HACI ZEYNALABDİN BƏLƏDİYYƏSİ” tərəfindən təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat”da (Forma B1) 2014, 2015, 2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilməyib. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna əsasən sığortaedənin vəzifəsi - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqana sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etməkdir.
"HACI ZEYNALABDİN BƏLƏDİYYƏSİ" 2014-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməsi üçün “Elektron Hökümət Portalında” (e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərində qeyd olunmuş “Məcburi dövlət sosial sığorta üzrə hesabatların təqdim edilməsi” bölməsinə daxil olaraq təqdim edə bilər.
Qeyd olunan illər üzrə hesabat təqdim edildikdən sonra hesablanmış məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesabında əks olunacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-08-2020, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-08-2020, 10:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11