Evdəki koronavirus xəstəsinin müalicə xərci nə qədərdir? - Nazirlik rəqəm əvəzinə dərman adı açıqlayıb
Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyi tərəfindən evdə müalicə alan 3500-dən artıq koronavirus xəstəsi pulsuz dərmanlarla təmin olunub.
Belə xəstələrə müalicə üçün lazım olan dərman vasitələri paylanılıb. Beynəlxalq tövsiyələrə əsasən, yuxarıda sadalanmış preparatlar insanın immunitet sistemini stimullaşdırır və bütün mənbələrini viruslarla mübarizə üçün səfərbər edir.
Qeyd edək ki, evdə müalicə alan koronaviruslu xəstələr virusu yüngül keçirənlərdir. Səhiyyə Nazirliyi tərəfindən bu xəstələrin ambulator şəraitdə müalicəsi üçün xüsusi təlimat hazırlanıb. İş prosesi belə təşkil olunub. Hər gün poliklinikalarda test nəticələri müsbət çıxan xəstələrin siyahıları tutulur. Bu xəstələrlə daha sonra telefonla əlaqə saxlanılır və mövcud vəziyyətləri ilə bağlı sorğular həyata keçirilir. Reseptlə təchiz olunmuş dərmanlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır. Pasiyentlər onları 15-20 gün ərzində qəbul edir. Sahə həkimləri gündə iki dəfə onlarla əlaqə saxlayıb, dərman qəbuluna nəzarət edirlər.
Məlumatlara görə, xəstəxanada müalicə olunan koronavirus xəstəsinin gündəlik xərci xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 80-150 manat arasında dəyişir.
Bəs evdə müalicə olunan koronavirus xəstəsinin gündəlik xərci nə qədərdir?
Cebhe.info bu barədə sorğu ilə Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidməti bir gün sonra sorğuya cavab göndərsə də, konkret suallardan yayınıb. Nazirliyin sorğumuza cavabını təqdim edirik:
“Simptomsuz və azsimptomlu COVİD-19 xəstələrinə verilən dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur”.
Maraqlıdır, Səhiyyə Nazirliyi, yaxud Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) evdə müalicə olunan koronavirus xəstələrinin sayını ictimaiyyətə niyə açıqlamır. Eynilə virusa qarşı gündəlik müalicə xərcləri niyə gizlədilir?
Hər halda bütün suallara cavab verilsə, bu qurumların fəaliyyəti daha şəffaf olar.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-08-2020, 17:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-08-2020, 17:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11