“Azərbaycanı təmsil edən şəxs fırıldaqla məşğul olur” - QALMAQAL
Bu günlərdə saytımızda yayımlanan “Diaspor nümayəndələrimiz arasında böyük qalmaqal” başlıqlı yazıda adı keçən, İsveçdə yaşayan Azərbaycan diasporunun üzvlərindən Babək Azad AYNA-nın redaksiyasına müraciət edib. O, barəsində səslənən ittihamlara cavab verib. Qeyd edək ki, İsveç Azərbaycanlıları Konqresinin (İAK) rəhbəri Elvin Mirzəyev sözügedən yazıda B.Azadı fırıldaqçılıqda və əqli problemlərinin olmasında ittiham etmişdi.
“Amerika yazarı Mark Tvenin bir məşhur sözü var: “Səviyyəsiz adamla diskussiyaya girməyin. O iki iş görər, əvvəl sizi öz səviyyəsinə endirər və siz onun səviyyəsinə enəndən sonra onunla bacaramazsınız. O, sizi əzib-dağıdar”. Mənim bu cavabı yazmaqda fikrim yoxdur ki, özümü onun səviyyəsinə endirəm və onun haqqında təhqiredici ittihamlar yazam. Çünki bu işi səviyyəsizlik bilirəm və eyni halda da mənim inandığım təməl prinsiplərə qarşıdır. Mən çalışıram, faktlar əsasında danışam. Hazırladığım videoda İsveç Azərbaycanlıları Konqresinin maliyyə fırıldaqçılığı ilə əlaqədar məlumat yaymışam. Bu məlumat ittiham xarekterli bir şey deyil, İsveçdə hökumət orqanının yaydığı qərara əsaslanır. Mən o çərçivədən artıq bir şey deməmişəm. Həmin qərarın fotosunu yazıya əlavə edirəm”, - B.Azad müraciətində bildirir.
“Mövzu bundan ibarətdir ki, Emil Mirzəyev hökumət orqanına 10 təşkilat barəsində yalan məlumat verib. Belə iddia edib ki, bu 10 təşkilatda 1263 nəfər üzv var. Amma hökumət orqanının araşdırması Mirzəyevin verdiyi məlumatla üst-üstə düşmür. Belə bir işə İsveçdə maliyyə fırıldağı deyilir. Başqa sözlə, belə demək olar: yalan məlumatla hökumət orqanını aldadıb, külli miqdarda pul əldə etmək. Ona görə bu hökumət orqanı qərar verib ki, İsveç Azərbaycanlıları Konqresi 105 644 kronu (12 145 dolları) geri qaytarsın” – deyə o vurğulayır.
Azadın sözlərinə görə, onun İAK əleyhinə şikayətinin heç bir siyasi səbəbi yoxdur: “Emil Mirzəyev iddia edir ki, mənim dəfələrlə şəhərdə Prezidentin şəklini divarlara vurduğumu görüb. Mən bu növ mənə atılmış şərləri rədd edirəm, mənim fəaliyyətimlə, işimlə tanış olmaq istəyənlər mənim idarə etdiyim “Youtube” kanalımı və vebsaytımı (azglobal.org) izləyib, kifayət qədər bilgi əldə edə bilər. Yeri gəlmişkən, bunu da qeyd etməliyəm ki, Mirzəyev mənim onun təşkilatına üzv olduğumu və 2013-cü ildə məni oradan uzaqlaşdırdığını deyir, bu, kökündən yalan və iftiradır. İsveçdə yaşadığım 34 il ərzində mən heç bir təşkilata, o cümlədən, onun təşkilatına üzv olmamışam”.
“Mirzəyev iddia edir ki, mən əlli illdir burda yaşayıram və depressiyadayam. Üstəlik, ruhi xəstəlik adıyla İsveç hökumətindən illərdir pul alırammış... Mən, təqribən 20 ildən artıq Ereksonda çalışmışam, işimin böyük hissəsi kompüter proqramları ilə olub. Ona görə də mən indi bütün internet kanallarımı özüm yaradıb, idarə edir və hətta, başqalarına da texniki yardım edirəm. Təqribən 4 il öncə əməkli olmuşam (pensiyaya çıxmışam – red.) və aydındır ki, adam əməkli olarkən hökumətdən pensiya alır. Digər tərəfdən, məni ruhi xəstə kimi qələmə verir. Mən bu səviyyəsiz ittihamı rədd edirəm və bununla əlaqədar belə deməliyəm ki, insanın psixoloji varlığı var, ola bilər ki, bir gün ruh düşkünlüyü olsun, bir gün ruhu sabit olsun. Bu, nə qeyri-adi haldır, nə də pis bir şeydir. Hər halda İsveçdə dəfələrlə olub ki, yüksək vəzifəli dövlət adamları TV-yə çıxıb depressiyaya düşdüklərini etiraf edirlər və peşəkar yardıma ehtiyacları olduqlarını bildirirlər. Ümumi halda demək olar, ancaq ürəyi qara adamlar, əxlaq baxımdan kasad adamlar çalışarlar ki, bir adamın xəstəliyini silah edib onu həmin xəstəliklə vursunlar. Konkret söhbət məndən gedirsə, deməliyəm ki, ruhi xəstəlikdən əzab çəkən insan olmamışam” – Azad qeyd edir.
“Bizim İAK ilə bağlı şikayət etməyimizin yeganə səbəbi ondan ibarətdir ki, Azərbaycan və azərbaycanlıların imicin qorumaq istəyirik. Çünki qeyri-kommersiya təşkliatı maliyyə fırıldaqçılığı ilə məşğul olur və o, təmsil etdiyi ölkəyə ciddi zərbələr vura bilər”, - o, fikrini yekunlaşdırır.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-08-2020, 17:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-08-2020, 17:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39