Vətəndaş necə dolanacağını bilmir... - GİLEY
“Vətəndaşı bu qədər sıxışdırmaq, əzmək olmaz axı... Kimsə düşünmür ki, bu vətəndaş dörd uşağa nə yedirtsin, nə geyindirsin?” DİA.AZ bildirir ki, Cəlilabadın Adnalı kənd sakini Seyfəddin Ağayev başçısı olduğu ailənin vəziyyətindən danışır.
Seyfəddin Ağayev ailəsini günəmuzd fəhləliklə dolandıran adamdır. Ölkədə COVİD-19 virusu ilə əlaqədar başlanmış karantindən sonra o işləri də tapmaqda çətinlik çəkir. Nəticədə ailəsinin ac-yalavac qaldığını deyir: “Sosial yardım almırıq, uşaq pulu yoxdur... Onsuz da günü-günə zorla calayıb yaşayırdıq. Bir gün iş olanda, beş gün olmurdu. Səhərdən axşamadək onun-bunun təsərrüfatında qəpik-quruşa ən ağır işlərdə işləyirdim ki, uşaqlara yavan çörək də olsa, alıb gətirim. Karantin yerli-dibli məhv elədi bizi... Dövlətdən heç bir dəstək almırıq, iş yoxdur... Səhər açılır, uşaqlar yuxudan oyanır, inanın ki, mən oyanmaq istəmirəm. Ailədə altı nəfərik, dördü azyaşlıdır. Yaşayış şəraitimiz pisdir, evimiz toyuq damına bənzəyir. Uşaqlar xəstədir, nə meyvənin, nə ətin dadını bilirlər. Yay bitdi, balalarım nə gilas, nə alça yedi, deyə-deyə qaldılar”.
Seyfəddin Ağayevin ən böyük problemi işsizlikdir. Əlində günəmuzd qazanclı işi olsa, necə deyərlər, “çulunu sudan çıxarar”. Rayonda isə işsizlik hökm sürür: “İş üçün hər yerə müraciət etmişəm. Gedib xahiş eləmişəm ki, bizə heyvan verin, saxlayaq, çoxaldaq, həm dövlətə xeyrimiz dəysin, həm də başımızı dolandıraq. Yalvarmışam ki, mənə fəhlə işi verin, mənə əkin sahəsində iş verin, insan oğlunun görə biləcəyi ən ağır işləri də istəmişəm, yoxdur. İş yerlərini öz ətraflarındakı insanların arasında bölüşdürürlər elə bil... Mən bu boyda rayonda gündəliyi 3-5 manata iş tapa bilmirəm. Ordan-burdan eşidəndə ki, guya Cəlilabadda yüzlərlə iş yerləri açılıb, adamın başından elə bil isti su tökürlər”.
Seyfəddin Ağayev bu aralar yenə işıqsız qalacaqlarından da narahatdır. Deməsinə görə, bir neçə il əvvəl palçıq evi hörəndən sonra yerli işıq idarəsindən işıq xətti çəkilməsini xahiş etsə də, idarə xətt çəkməyib. O da özbaşına çəkməli olub. Nəticədə, cərimələnib: “Palçıqdan daxma düzəltmişik, o vaxt dedik, gəlin bu daxmaya işıq çəkin, körpə uşaqlar şam işığında yaşayırlar. Dörd körpə uşaq olan evdə işıqsız, qazsız necə yaşamaq olar? Gördüm, dövlətin vecinə deyil, məcbur oldum, özüm işıq xətti çəkdim. Ondan bir müddət sonra qaça-qaça gəldilər, 200 manat cəriməni yapışdırdılar belimə... Dedim, sizin günahınız üzündəndir ki, mən sayğacsız işıq işlədirəm. Görürsüz ki, yaşamağa halımız qalmayıb, uşaqlar ordan-burdan quru çörək tapıb yeyir, məndə 200 manat nə gəzir ki, sizə ödəyəm? Ondan sonra gətirib sayğac quraşdırdılar. Cəriməyə görə isə dedilər ki, ölsən də, bu cərimə səninlə gora gedəcək, ödəməlisən, vəssalam. Bu gün yenə 249 manat borca görə bildiriş gəlib. Bunun 200 manatı cərimədir. Ödəməsəm, gəlib işığı kəsəcəklər, bu tifillər yenə qaranlıqda qalacaq”.
Məktəblər açılsa, uşaqları məktəbə göndərə bilməyəcək. Çünki nə geyimləri, nə ayaqqabıları, nə də məktəb ləvazimatları var.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-08-2020, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-08-2020, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25