"Məktəblərin açılması riskli addım olar" - AÇIQLAMA
Koronavirus pandemiyası dünyaya təhlükə törətməkdə davam edir. Aylardır ki, koronaviruslu xəstələrinin müalicəsi ilə məşğul olan TƏBİB-in Xüsusi rejimli xəstəxanalarda çalışan infeksionisti Nicat Əzimli koronavirusla bağlı “Şərq”in suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Koronavirus sizdən də yan keçmədi. Hazırda sağlamlıq durumunuz necədir?
– Bəli, iyunda mən də işlədiyim xüsusi rejimli xəstəxanada bu xəstəliyə yoluxdum və elə həmin xəstəxanada hospitalizə olunaraq, müalicə aldım. Hazırda yaxşıyam və işimə qayıtmışam.
– Həm virusa yoluxan, həm də bir mütəxəssis kimi virus barədə qısaca məlumat verərdiniz?
– Bu xəstəlik əsasən respirator orqanların xəstəliyi olsa da, digər orqanların da zədələnməsilə özünü göstərən, hava-damcı və təmas yolu ilə yoluxan infeksion xəstəlikdir.
– Aylardır ki, bütün dünyaya yayılan bu virusun hələ də qarşısını almaq mümkün deyil. Bunun səbəbi nə ilə əlaqədardır?
– Xəstəliyin qarşısının tamamilə alınması kifayət qədər effektiv profilaktika və müalicənin təqdim olunacağı günə qədər mümkün deyil. Lakin pessimist olmaq lazım deyil. Bizlər bu çətin dönəmdə pandemiya ilə yaşamağa alışmalıyıq. Statistikanın artmaması üçün sadə qaydalara riayət etməliyik.
– Bu xəstəliyi təhlükəli edən əsas faktorlar hansılardır?
– COVID-19 xəstəliyini təhlükəli edən əsas iki faktordur. Birincisi, bu xəstəlik qrip və digər bu kimi respirator orqanların xəstəliklərindən fərqli olaraq, əsasən yuxarı tənəffüs yollarının deyil, aşağı tənəffüs yollarının (ağciyərlərin) zədələnməsilə özünü göstərir. İkincisi, bu xəstəliyin yoluxuculuğunun yüksək olması. Belə ki, letallığı (öldürücülüyü) çox yüksək olmasa da insanlar arasında sürətlə yayılması kiçik letallıq faizinin böyük ədədlərə bərabər olmasına səbəb olur.
– Statistik məlumatlara nəzər yetirdikdə koronavirusdan ölənlərin yüksək faizi kişilərdir. Sizcə, bu, nə ilə əlaqədardır ?
- COVID-19 pandemiyasından öncə də bir çox epidemiyalarda kişi ölüm hallarının sayı qadınlara nisbətdə çox olub. Burada başlıca səbəb kişi orqanizminin qadına nisbətən infeksion xəstəliklərlə mübarizədə daha zəif olmasıdır. Bu məsələdə yalnız bir səbəb rol oynamır. Birincisi, cinsiyyət hormonlarının patogenlərə qarşı gedən iltihab prosesinə olan təsiri burada müəyyən rol oynaya bilər. İkincisi, kişilər arasında siqaret çəkmə vərdişinin daha geniş yayılması təbii olaraq onsuz da daim zədələnən aşağı tənəffüs yollarını SARS-CoV-2 üçün əlverişli mühitə çevirir. Üçüncüsü, Angiotenzin Çevirici Ferment-2 deyilən hüceyrə reseptorunun xəstəliyin patogenezində önəmli rol oynadığı düşünülür. Belə olduğu halda AÇF-2-nin fərdin hüceyrələrində çox ifraz olunması xəstəliyin ağırlıq dərəcəsini artırır. Bəzi müəlliflər qeyd edir ki, kişi cinsiyyətinə məxsus fərdlərdə bu ferment daha çox ifraz olunur. Bəziləri isə bunu kişinin tək X xromosomu ilə əlaqələndirir.
– Aylarla ailəsindən uzaq düşən həkimlərimiz var. Sizcə, bu əziyyət layiqincə qiymətləndirilirmi?
– Bir çoxları həkimlərin bu işi görməyə borclu olduğunu deyir. Əlbəttə, belə deyil. Hər kəs öz peşəsini icra edib-etməməkdə sərbəstdir. Nəzərə alın ki, heç bir məbləğ bir həkimin həyatından qiymətli ola bilməz. İndiyə qədər bir çox azərbaycanlı həkim və bir çox tibb işçisi bu mübarizədə şəhid olub. Onlar alacaqları məbləğ qarşılığında yox, öz xalqına, vətəninə və dövlətinə olan mənəvi borcunu yerinə yetirmək üçün bizimlə birlikdə çalışdılar və canlarından oldular. Mən düşünürəm ki, bu həkimlərə və tibb işçilərinə fəxri ad verilməsi, ailələrinə isə maddi yardım göstərilməsi gözəl olardı.
– İnsanlar virus testinin qiymətinin çox olduğundan şikayətlənirlər. Qiymətin bu qədər çox olması nə ilə bağlıdır?
– Könüllü müayinələr ödənişlidir. Burada qiymət məsələsində marketinqin rol oynadığını düşünürəm. Lakin əgər bir şəxs özündə xəstəlik əlaməti hiss edirsə, həkimə müraciət etdiyi təqdirdə təbii ki, onun müayinəsi pulsuz aparılır.
– Koronavirusun sağlam bir gənci öldürmə faizi nə qədərdir?
– Təəssüf ki, ölkəmizdə yanaşı xəstəlikləri olmadan da COVID-19 xəstəliyinin orqanizmdə yaratdığı fəsadlara görə gənc yaşda həyatını itirən şəxslər olub. Bunlardan bəziləri həkimdir. Ölkəmizdə bu rəqəm çox kiçik olduğundan COVID-19-un yaşlarda özünü necə göstərdiyini daha yaxşı öyrənmək üçün aparılmış böyük statistikalara baxmaq daha səmərəli olardı. Məsələn, Birləşmiş Ştatlarda daha böyük əhali arasında aparılmış tədqiqatla müəyyən edilib ki, 5 avqust 2020-ci il tarixinə qədər baş vermiş 139054 ölüm faktı arasında 0-24 yaşlarda 255; 25–34 yaşlarda 1044; 35-44 yaşlarda 2657; 45-54 yaşlarda 7145; 55-64 yaşlarda 17155; 65-74 yaşlarda 29146; 75-84 yaşlarda 36669; 85 yaşdan yuxarı şəxslərdə isə 44974 ölüm halına rast gəlinib. Bu göstəricilərdən belə görünür ki, ölüm halları gənc yaşlarda da rast gəlinir. Lakin bu göstərici əhalinin yaşına mütənasib olaraq böyük fərqlə artır.
– Necə düşünürsünüz, ölkəmizdə kafe və restoranların açılması yoluxma sayını artıracaqmı?
– Qapalı məkanların işə başlaması əlbəttə ki, təsir edək. Amma digər ölkələrin təcrübəsi göstərir ki, açıq havada fəaliyyət göstərən məkanlar statistikada bir o qədər də artıma səbəb olmur. Virus açıq havada ötürülmür.
– Bu yaxınlarda Çin ilə Rusiya vaksinin sınağının birgə keçirəcəklərini bildirdilər. Buna münasibətiniz necədir?
– Sınaq periodu hələ qarşıdadır. Burda əsasən siyasi faktorlar rol oynayır. Hazırda dünyaya vaksini kimin təqdim və ixrac etməsi hər bir ölkə üçün çox əhəmiyyətlidir. Daha bir nüansı qeyd edim ki, Rusiya artıq öz əhalisi üzərində bu prosesə start verib. Bu cür genişmiqyaslı təcrübəyə bir çox ölkə hələki cəsarət etməyib.
– Bir mütəxəssis kimi məktəblərin açılmasına münasibətiniz necədir?
– Məktəblərin açılması yoluxma sayını kəskin artıra bilər. Buna görə riskli addımdır. Hər halda bu addım atıldığı təqdirdə müəyyən normalar tətbiq olunaraq riski azaltmaq lazım olacaq.
– Tibb işçilərimizin motivasiyasını aşağılayan faktorlar hansılardır?
– Şəxsən məni ən çox demotivə edən faktor uzun müddət sonra ictimai nəqliyyatdan istifadə etdiyimdə insanları maskasız görməyim oldu. Maska üzdədir, lakin ya çənəyə taxılıb, ya da ağız örtülü, burun isə açıq. İnsanlar bu zəhmətə belə qatlaşmadığı halda 5 aydır ki, evdən ayrı, hər gün qapalı mühafizə geyimində saatlar keçiririk. Onu da qeyd edim ki, bu gün 40-cı azərbaycanlı həkim COVID-19 səbəbindən həyatını itirdi.
– Cəmiyyətin bu qədər laqeyd münasibətini nədə görürsünüz?
– Daha çox maarifləndirməyə ehtiyac var. Əsasən də ictimai nəqliyyat və qapalı məkanlarla bağlı nəyi, niyə etmək lazım olduğunu insanlar bilməlidir. İnsanlar bu işlərə çox laqeyd münasibət bəsləyirlər. Onlarda izolyasiyadan və aylardır təkrar etdiyimiz qaydalardan başqa yeni nəsə tələb olunmur. Sadəcə, bunlara riayət etsinlər. Özlərini düşünməsələr də, ətrafa qarşı məsuliyyətli olsunlar.
– Son zamanlar feysbuk sosial şəbəkələrində koronavirusa yoluxmuş insanların qanı tələb olunur. Bu, nə ilə əlaqədardır?
– Yoluxmuş insan tələb olunursa, bu yalnız anticismlərə görədir. Plazma müalicəsi üçün. Plazma isə qanın formalı elementlərdən ayrılmış hissəsidir. Lakin xəstədə müxtəlif ikincili problemlər yarana bilər, qan itirmə, müxtəlif tip anemiyalar zamanı da qan tələb oluna bilər.
– Hər kəsi bir sual düşündürür. Payızda bizi nələr gözləyir?
– Onu zaman göstərəcək. Bu haqda indidən dəqiq proqnoz vermək doğru olmaz. İnsanlar özü-özlərini qorusunlar.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-08-2020, 12:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-08-2020, 12:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16