Nazirlikdən 190 manatla bağlı AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax , Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə 190 manat birdəfəlik ödənişlərin verilməsini başa çatdırıb.
ƏƏSM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, birdəfəlik ödəmə vəsaitləri həmin rayonar üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxsləri əhatə edib.
Ödəniş aprel-may aylarında birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı həmin 13 şəhər və rayona aid olan şəxslərə təyin edilib. Vəsait may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən onlara verilmiş kartlar üzrə hesablara köçürülüb. Ödəmə 272 min şəxsi əhatə edib və bunun üçün 52 milyon manat vəsait yönəldilib.
Bildirilib ki, bu artıq pandemiya dövründə dördüncü ödənişdir və bundan əvvəl isə aprel və may aylarında hər ay ölkə üzrə 600 min şəxsə, iyul ayında 16 şəhər və rayon üzrə 283 min şəxsə bu ödəmə edilib.
Beləliklə, COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – 190 manat birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manat təşkil edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-08-2020, 20:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-08-2020, 20:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26