Milli Hematologiya və Transfuziologiya Mərkəzində nə baş verir? - “Övladlarımız qanköçürmədən sonra hepatitə yoluxub”
Son zamanlar Milli Hematologiya və Transfuziologiya Mərkəzində (MHTM) hepatit C virusuna yoluxmaların qeydə alınması ilə bağlı bir qrup şəxs AYNA-ya şikayət məktubu ünvanlayıb. Şikayətçilərin sözlərinə görə, əvvəllər virusun transfuziya (qanköçürmə) yolu ilə yoluxduğu deyilsə də, uşaqların arasında elələri var ki, 2 ildir transfuziya olunmur.
“Buna baxmayaraq, tibb müəssisəsi hepatit C virusunun müalicəsi üçün heç bir dərmanın alınmasında və müayinənin həyata keçirilməsində köməklik göstərmir. Bununla yanaşı, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Mərkəzi adlı xəstəxanasında hepatit C virusu ilə bağlı laborator analizlərinin keçirilməsi üçün tam şərait var. Amma ki, pasiyentlərdən ödəniş tələb edilir. Halbuki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2019-cu il tarixli sərəncamı ilə Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə TƏBİB-in tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılıb. Yəni, hər iki xəstəxana bir publik şəxsdir. Amma xəstələr həm hepatitə yoluxur, həm də müayinələr üçün ödəniş tələb edilir”, - şikayət məktubunda bildirilir.
Şikayətçilərdən bir neçəsinin ayrı-ayrılıqda fikirləri də öyrəndik.
Rabitə Əhmədova: “2016-ci ildən bəri sözügedən xəstəxanada övladım Sadiq Əhmədzadə müalicə alır. Müalicəsi bitənə yaxın xəstəlik yenidən qayıtdı. Bundan sonra isə Sadiqdə güclü baş ağrıları və yüksək temperatrur meydana gəldi. Buna görə də bütün xəstəliklərdən, həmçinin hepatit C-dən analiz verdik ki, problemin qaynağını bilək. Sonradan məlum oldu ki, problemin səbəbi xəstəliyinin geri qayıtması ilə bağlıdır. Müalicələr ağır getdiyi üçün şüaterapiya etdirməyə də məcbur olduq. 2018-ci ilin dekabr ayında hepatit C-dən yenidən analiz verdik və nəticə neqativ oldu. 2018-ci ilin dekabr ayında isə qanı düşdüyü üçün oğluma qan vuruldu. 2019-cu ilin fevral ayında xəstəliyi yenidən qayıtdı və vəziyyəti ağırlaşdı. Lakin 8 ay ərzində heç bir müalicə olunmadı. Sonradan isə başqa bir klinikada müalicəyə yenidən başladıq. Həmin müddətdə ona qan vurulmamışdı. Sonra analizlərini Türkiyəyə göndərdik. Analizlər nəticəsində isə hepatitə yoluxduğu aşkarlandı. Lakin virus aktiv olmadığı üçün müalicəyə ehtiyac olmadığı deyildi. Kimyaterapiya aldığına görə fevral ayında göstəriciləri sürətlə qalxmğa başladı. Çox müalicə edilsə də, xeyri olmadı. Məlum oldu ki, hepatit C aktivləşib. Düzdür, bəzi dərmanların, analizlərin ödənişini Heydər Əliyev Fondu üzərinə götürmüşdü. Amma Fond bizim xərcimizi Mərkəzi Klinakada üzərinə götürmüşdü. Karantin dövründə isə ora bağlı olduğu üçün məcbur öz hesabımıza müalicə etdirdik. Düzdür, oğlumun vəziyyəti indi yaxşıdır, amma daha da pis ola bilərdi”.
Nuriyeva Aygül: “Əvvəllər yoluxmalar az olsa da, Hematologiya və Talassemiya Mərkəzi birləşəndən sonra yoluxmaların sayı sürətlə artdı. Adicə bir misal çəkim. İranın Təbriz şəhərində müalicə alan uşaq var idi. Ona dəfələrlə qan köçürülsə də, hepatit C aşkar edilməmişdi. Lakin Hematologiyada 4-5 ay müalicə alandan sonra həmin uşaq hepatitə yolxudu. Maraqlıdır, bu uşaq illərlə müalicə aldı, ona qan köçürüldü, hepatitə yoluxmadı, amma bir neçə ay Hematologiyada müalicə alandan sonra hepatitə yoluxdu. Bununla bağlı Mərkəzin direktoruna dəfələrlə müraciət etmişik. Amma direktor qan köçürülən uşaqlarda belə halların olduğunu və onlarla əlaqəli olmadığını deyir. Lakin buna baxmayaraq, bizə heç bir güzəşt və kömək edilmir. Hepatitin dərmanları leykozun dərmanlarından bahadır. Bir paket dərman 350-400 manat, analizlər isə 100-150 manata başa gəlir. Neçə ailə bu problemə görə evini, maşınını satıb. Elə uşaqlar var ki, leykozun müalicəsini bitirib, lakin hərdən gəlib qan analizi verir. Hətta, o uşaqlarda belə, hepatit aşkarlanıb”.
Zülfiyə Əlili: “Oğlum İlham Əlilini Mərkəzə qan xərçəngi diaqnozu ilə aparmışdıq. Lakin bir ildən sonra hepatitə yoluxdu. 1 ay olar ki, hepatinin müalicəsinə başlayıb. Maddi vəziyyətimiz çox pisdir. Oğlum kimyaterapiyalara başlayandan sonra hepatitə yoluxdu. Xəstəxana isə bizi özəl klinikalara yönləndirir. Özəl klinikalarda da müalicə prosesi çox bahadır. Ona görə aciz vəziyyətdə qalmışıq”.
Mirsələmə Zeynalova: “8 ay bundan əvvəl analiz verdik və oğlum Fərhad Zeynallıda hepatit aşkarlandı. Çox güman, qan yoxlanmır deyə, qanköçürmə zamanı uşaqlar virusa yoluxur. Xəstəxanadan isə qanların yoxlandığı deyilir. Təbii ki, bu, məsuliyyətdən boyun qaçırmaq üçün bəhanə ola bilməz. Digər tərəfdən, rayonda yaşayan insanlar var ki, hər həftə, hər ay qan vurdurmaq üçün Bakıya gəlirlər. Bu müddət ərzində içi mən qarışıq, ev problemi ilə üzləşirlər. Ən azından müalicə müddətində rayondan gələnlər üçün ev problemi həll edilməlidir. Çünki kirayələrə pul çatdıra bilmirik, qohumların evlərində də çox qalmaq olmur. Bunun da həlli üçün bir iş görülsə, yaxşı olar”.
Şəhla Vəliyeva: “Qızım Şəhran Allahverdiyeva 9 aylığından qan xərçəngi xəstəsidir. İndi 12 yaşı var. Xəstəliyinə görə peyvənd olunmayıb, qan duruluğuna görə də əzələlərinə iynə vurmaq olmaz. Yalnız vena daxilinə mümkündür ki, o da Mərkəzdən başqa heç yerdə olmaz. Qızım 2017-ci ilin əvvəlində həmin xəstəxanada yatırdı. Həmin vaxt qaraciyərində ağrıları olduğunu dedi. Analiz verəndən sonra isə hepatit C aşkarlandı. Çünki Qan Bankı düzgün yoxlama aparmır. 2017-ci ildən bəri nə qədər pul xərcləmişik. Məsələ ilə bağlı hər yerə şikayət etmişik. Ən azından bizə təzminat ödəsinlər və dövlət müalicəni öz üzərinə götürsün. Axı, bu uşaqların sonu necə olacaq? 2 ayın ərzində analizlərə 600 manat pul vermişik. Karantinə görə həyat yoldaşım işini itirib. Çarəsiz halda qalmışıq. Problem həllini tapsın ki, heç olmasa, başqa uşaqlar bu təhlükəni yaşamasınlar”.
“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova AYNA-ya açıqlamasında problemlə bağlı onlara çoxsaylı müraciətlərin olduğunu deyib: “Əlimizdən gəldiyi qədər kömək etməyə çalışırıq. Məlumdur ki, bu səhlənkarlıq Qan Bankının üzərinə düşür. Ona görə də dövlət onları öhdəliyə götürüb, ən azından müalicələrinə kömək etməlidir. Valideynlər də mənə bununla bağlı ərizə yazıblar və bunun üzərində işləyirik”.
“Hematologiya Mərkəzinə yeni rəhbərlik gələndən sonra işlər yaxşıya doğru gedir. Mən bu haqda Mərkəzin Uşaq şöbəsinin müdürü ilə də danışıb, problemi həll etməyin lazım olduğunu demişəm. Çünki yoluxmalardan başqa, donor problemləri də var. Leykoz isə elə bir xəstəlikdir ki, müalicəsi dayansa, xəstəlik geri qayıdır. Hepatit olanda isə bu müalicə mümkün deyil və nəticədə xəstələrə daha çox ziyan dəyir. Ona görə də məsələ ilə bağlı məktub hazırlayıram. Mərkəzin direktoru Valeh Hüseynovla danışıb məlumat verəcəm”, - Bağırova əlavə edib.
Məsələni yerində araşdırmaq üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzinə yollandıq. Mərkəzin baş həkimi Kamilə Paşayeva və Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova ilə söhbətləşdik.
Q.Ələkbərova bu cür halların baş verməsinin onlardan asılı olmadığını bildirdi: “Bu cür problemlər bütün dünyada baş verir. Çünki prosesin inkubasiya dövrü 6 ay çəkir deyə, virusun aşkarlanması əvvəlcədən mümkün olmur. Əgər, əksi olsaydı, o zaman yüksək səviyyəli aparatlar və tibbi cihazlara ehtiyac olmazdı”.
Ələkbərovanın sözlərinə görə, bu sahədə böyük nailiyyətlər və kliniki təcrübələr keçirilməsinə baxmayaraq, prosedur ciddi əməliyyat hesab olunur və uzun müddətli ağırlaşmaları və risklərin tam olmaması anlamına gəlmir: “Ona görə də biz belə halların olmadığını inkar etmirik. Bu məsələdə pasiyentlər haqlıdır. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbər heyəti dəyişib. Əlimizdən gələni edirik ki, bu cür problemlər olmasın. Amma bu, bütün dünyada belədir və biz də dünyada istifadə edilən texnologiyalaran istifadə edirik. Ona görə də bu problemlər bizdə də ola bilər”.
K.Paşayevə da məlumatı təsdiqlədi: “Qanköçürmə prosedurları zamanı bəzən xəsətlərdə hepatitə yolxuma halları qeydə alınır. Lakin bununla bağlı Heydər Əliyev Fonduna məlumat vermişik. Fond bizim Mərkəzdə hepatitə yoluxan uşaqların müalicəsini öz üzərinə götürəcəyini bildirib və onlar nəzarət altında olacaqlar”.
“Bəs, bundan sonra virusa yoluxan uşaqların aqibəti necə olacaq?” sualımıza Qumral Ələkbərova cavab verdi. O, yaxın günlərdə bu barədə məlumat verəcəklərini bildirdi: “Bununla bağlı yaxın günlərdə şad xəbərimiz olacaq”.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə də əlaqə saxladıq. Qurumdan məsələnin araşdırılacağı bildirildi.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-08-2020, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-08-2020, 11:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti