BDU Abel Məhərrəmovu cəzalandırıb? - AÇIQLAMA
Karantin dövründə Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən keçmiş və indiki məmurların cəzalandırılması davam edir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, toyda iştirak edən BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə qanunu pozduqlarına görə hər biri 400 manat cərimələnib. Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib. Toyda iştirak edən daha 17 nəfərlə bağlı oxşar məlumat yayılıb.
Toyda iştirakına görə cərimələnən Abel Məhərrəmov hazırda Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsində çalışır. Adətən qanunazidd əməlinə görə dövlət tərəfindən cəzalandırılanlar çalışdığı kollektivdə də cəza alır. Məlumat üçün bildirək ki, pandemiyanın yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov 400 manat cərimə olunub. Eləcə də Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova təmsil olunduğu partiya tərəfindən töhmət elan edilib və o, istefa ilə bağlı müraciət edib.
Abel Məhərrəmova da qarşı çalışdığı Bakı Dövlət Universitetində müəyyən cəza tətbiq edilə bilər. Bakı Dövlət Universitetinin mətbuat katibi Günel Orucəliyeva Cebhe.info-ya açıqlamasında bununla bağlı məlumatın olmadığını bildirib: “Bununla bağlı hələlik məlumat yoxdur. Məzuniyyət vaxtı olduğu üçün sözügedən məsələnin müzakirə olunub-olunmadığını dəqiq deyə bilməyəcəyəm”.
“Abel Məhərrəmov da məzuniyyətdədir?” sualını isə mətbuat katibi cavabsız qoyub.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-08-2020, 13:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-08-2020, 13:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti