Gömrük qaydalarında ABSURD DƏYİŞİKLİK: - “Bu, vətəndaşların yox, inhisarçıların maraqlarına uyğundur”
“Hökumət hər nə qədər “liberal iqdisadiyyata keçirik”, – deyə bəyanatlar versə də, bu addım həmin bəyanatlara qətiyyən uyğun deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda baş nazir Əli Əsədovun imzaladığı dəyişiklikləri şərh edən iqtisadçı Natiq Cəfərli deyib.
Sözügedən dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların rüsum limitləri endirilib. Belə ki, fiziki şəxslər xaricdən özləri ilə rüsum ödəmədən gətirə biləcəkləri malların limiti 1500 dollardan 800 dollara endirilib. Bundan başqa, vətəndaşların gömrük rüsumu ödəmədən internet vasitəsilə sifariş edə biləcəkləri məhsulların limiti 1000 dollardan 300 dollara qədər azaldılıb.
Natiq Cəfərli qeyd edib ki, bu qərar vətəndaşların yox, ölkədə fəaliyyət göstərən elektrotexnika satış şəbəkələrinin maraqlarına xidmət edir:
“Sadə dillə desək, bu, kökündən yanlış və müasir dövrün çağırışlarına, dünyanın internet və ya onlayn alış-veriş anlayışına uyğun olmayan bir qərardır. Məqsəd ölkədən valyuta çıxışına başqa istiqamətlərdə qoyulan məhdudiyyətin bu sahədə də tətbiqidir.
Burada yeganə məqsəd ölkədən valyuta çıxışına qadağaların sərtləşdirilməsi və Azərbaycan bazarında hegemon rola malik olan elektrotexnika satış şəbəkələrinə yardım etməkdir. Bunun başqa adı yoxdur”.
Pandemiya dövründə dünyanın hər yerində onlayn sifarişlərin həcminin dəfələrlə artdığını vurğulayan iqtisadçı Azərbaycanda bu tendensiyaya əks addımların atıldığını bildirib:
“Azərbaycanda da onlayn ticarətin təşviqi ilə məşğul olmaqdansa, o cümlədən, kiçik və orta sahibkarlığın bu sahədə inkişafına şərait yaratmaqdansa, hökumət absurd məhdudiyyətlər tətbiq edir.
Bu dəyişiklik onlayn alış-verişə, ümumiyyətlə, xaricdən məhsul sifariş verilməsinə də ciddi maneələr yaradır. Bir daha deyirəm, bu, müasir çağırışlara daban-dabana zidd olan bir qərardır.
Bunun nəticəsində ölkə daxilində elektrotexnika mallarının, xüsusilə də, mobil telefon və kompyuterlərin satışında inhisarçı mövqelərə malik şəbəkələr qiymətləri daha da artıracaqlar.
Başqa sözlə, hökumət hər nə qədər “liberal iqdisadiyyata keçirik”, – deyə bəyanatlar versə də, bu addım həmin bəyanatlara qətiyyən uyğun deyil və qeyd olunan bazarda bahalaşmaya səbəb olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-08-2020, 17:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-08-2020, 17:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti