“Rahatlığın Məkanı Gold MMC” sakinlərin rahatlığını pozub - GİLEY
“Nəriman Nərimanov” metro stansiyası ərazisində yerləşən 5 mərtəbəli binanın yerində planlaşdırılan göydələnlərdən ibarət yaşayış kompleksinin tikintisi sakinlərlə şirkət arasında narazılıq yaradıb.
regionxeberlericom.az Yenisabah.az-a istinadən xəbər verir ki, tikintini aparan “Rahatlığın Məkanı Gold MMC” ilə bəzi sakinlər arasında mübahisə yaranıb. Həmin sakinlər yeni tikiləcək yaşayış binasında onlara indiki mənzillərinin yerində mənzil ayrılmasını istəyirlər. Çünki hazırkı mənzilləri mənzərəli əraziyə baxır və işıqlıdır.
Şirkət öncə belə olacağını vəd etsə də, indi həmin sakinləri yeni tikiləcək yaşayış binasının qeyri-münasib yerlərində mənzillərlə təmin etmək istəyir.
Bu barədə sosial şəbəkədə binanın sakini Kənan Tahirli məlumat verib. Onun dediyinə görə, indiki mənzilləri baxımlı yerdə yerləşdiyi üçün şirkət bu yerdə tikiləcək mənzilləri müştərilərə baha qiymətə satmağı planlaşdırıb.
"Şirkətdən deyiblər ki, sakinlər söküləcək mənzillərinin yerində yeni mənzil almaq istəyirlərsə, bunun üçün böyük məbləğdə ödəniş etməlidir", - deyə bina sakini bildirib.
Binanın bəzi sakinləri kompensasiya qarşılığında köçürülsə də, onlarla ailə yeni tikiləcək binadan mənzil əldə etmək istəyir. Hazırda binada yaşayış olmasına baxmayaraq şirkət söküntü işləri aparır. Bu da həmin sakinlərə təhlükə yaradır.
Kənan Tahirli qeyd edib ki, şirkət yaranmış vəziyyətə görə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adını hallandırır. Sakinlər aidiyyəti orqanlara şikayət etsələr də nəticəsi olmadığını deyirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-08-2020, 12:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-08-2020, 12:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti