Sakinlərlə “Rahatlığın Məkanı Gold" MMC arasında çəkişmə: - Vəd verilsə də...
“Nəriman Nərimanov” metro stansiyası ərazisində yerləşən 5 mərtəbəli binanın yerində və ətrafında göydələnlərdən ibarət yaşayış kompleksinin tikintisi planlaşdırılıb.
Amma bu işi görən “Rahatlığın Məkanı Gold" MMC ilə bəzi sakinlər arasında mübahisə yaranıb. Həmin sakinlər yeni tikiləcək yaşayış binasında onlara indiki mənzillərinin yerində mənzil ayrılmasını istəyirlər. Çünki hazırkı mənzilləri mənzərəli əraziyə baxır və işıqlıdır.
Şirkət əvvəl belə olacağını vəd etsə də, indi həmin sakinləri yeni tikiləcək yaşayış binasının qeyri-münasib yerlərində mənzillərlə təmin etmək istəyir.
“MediaPost” xəbər verir ki, bu barədə məlumat “Bərbad Bakı” adlı feysbuk səhifəsində paylaşılıb.
Sözügedən binanın sakini Kənan Tahirli mövcud problem barədə məlumat verib. Onun dediyinə görə, indiki mənzilləri baxımlı yerdə yerləşdiyi üçün şirkət bu yerdə tikiləcək mənzilləri müştərilərə baha qiymətə satmağı planlaşdırıb.
"Şirkətdən deyiblər ki, sakinlər söküləcək mənzillərinin yerində yeni mənzil almaq istəyirlərsə, bunun üçün böyük məbləğdə ödəniş etməlidir", - deyə Kənan Tahirli bildirib.
Binanın bəzi sakinləri kompensasiya qarşılığında köçürülsə də, onlarla ailə yeni tikiləcək binadan mənzil əldə etmək istəyir. Hazırda binada yaşayış olmasına baxmayaraq şirkət söküntü işləri aparır. Bu da həmin sakinlərə təhlükə yaradır.
Kənan Tahirli qeyd edib ki, şirkət yaranmış vəziyyətə görə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adını hallandırır: “Guya hər şey komitənin təsdiq etdiyi layihədən asılıdır. Sakinlər aidiyyəti orqanlara şikayət etsələr də, nəticəsi yoxdur”.
Tikintiyə icazəni Nərimanov Rayon İcra Hakimiyyəti 4 aprel 2018-ci il tarixli, 6 nömrəli sənədlə verib.
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli qərarı ilə bu layihə üzrə mülki və mənzil qanunvericiliyinin tələblərinə əməl olunmasının təmin edilməsi rayon icra hakimiyyətinə tapşırılıb.
“MediaPost” məsələ ilə bağlı “Rahatlığın Məkanı Gold" MMC ilə əlaqə saxladı. Lakin sözügedən MMC-nin əməkdaşı suallarımızı cavablandıra bilmədi.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-08-2020, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-08-2020, 16:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti