Qalmaqallı şəxsin obyekti istismara qəbul edilmədən Klinika kimi necə işləyib? - İLGİNC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində inşa edilən obyektə istismara hazırlıq aktı verib.
AzFakt.com-un əldə etdiyimiz məlumata görə qeyd edilən ünvanda göstərilən obyekt uzun illərdir ki, "İstanbul" Klinikası kimi fəaliyyət göstərir.
Klinikanın fəaliyyət göstərdiyi obyektin uzun illərdən bəri istismara hazırlıq aktı olmadan fəaliyyət göstərməsi «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları»na və "Şəhərsalma və Tikinti" Məcəlləsinin bir sıra maddələrinə görə ziddir.
2013-cü ildən indiyədək fəaliyyət göstərən "İstanbul" Klinikasının yerləşdiyi tikilinin istismara hazırlıq aktı olmada fəaliyyətə verilməsi eyni zamanda «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları» 3.6.4-cü maddəsinə görə komissiyaya daxil edilməli olan rəsmi qurumların, əsasən də Fövqaladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ- Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinin şəfaflığına kölgə salır.
Qeyd edək ki, bu Qaydaların pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
AzFakt.com məsələ ilə əlaqədar "İstanbul" Klinikasından münasibət öyrənməyə çalışsa da, qarşı tərəf xəbərə münasibət bildirmədi.
Xatırladaq ki, "İstanbul" Klinikasının sahibi Quliyev Əziz Göyüş oğludur.
Əziz Quliyevin adı bir neçə il öncə mətbuatda qalmaqallı məsələdə çəkilirdi. Belə ki, 2016-cı ildə 1982-ci il təvəllüdlü Şeydayev Cavad Məzahir oğlu Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək 2013-cü ildə Xəqani küçəsi 21-in qarşısında 1975-ci il təvəllüdlü Quliyev Əziz Göyüş oğluna 919 min manat verdiyini və həmin şəxsin onu aldadaraq pulu mənimsədiyini barədə şikayət etmişdi. Ə.Quliyev pulu ticarətlə məşğul olmaq adı ilə aldığını bildirirdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2020, 15:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2020, 15:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti