Keçmiş PA rəhbəri “Bakı İnşaat Sənaye”ni necə çökdürüb... - İLGİNC FAKTLAR
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
Belə iddia ilə “Bakı İnşaat Sənaye” ASC-nin İdarə Heyətinin sədri Ramiz Əhmədov çıxış edib.
“Bakı İnşaat Sənaye” ASC 2004-cü ildə yaradılıb. Əsas istehsal yönümü tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dördbucaq, dairəvi və müxtəlif dəmir məhsulları, fasonlu tökmələr və sair məhsulların hazırlanmasıdır.
İstehsal olunan qara metal məmulatları müxtəlif çeşid və ölçülərdə yüksək texnoloji yayma üsulu ilə hazırlanır. Müəssisə Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin AZS Milli Sertifikatlaşdırma sistemi ilə “Uyğunluq Sertifikatına” və “Beynəlxalq SGS” sertifikatına layiq görülüb.
“Bakı İnşaat Sənaye” ASC-nin İdarə Heyətinin sədri Ramiz Əhmədov Oxu.Az-a Ramiz Mehdiyevin vaxtilə onların fəaliyyətinə mane olmasını, onlara təzyiq göstərdiyini deyib. Müsahibəni təqdim edirik:
- Ramiz müəllim, iddia edirsiniz ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev vəzifə səlahiyyətlərindən istifadə edərək Azərbaycan iqtisadiyyatına zərbə vurub. Sizin şirkətlə Ramiz Mehdiyev və ya onun adamları arasında ilk münaqişə necə başladı?
- Bu münaqişənin başlanmasının dərin kökləri var. Biz illərlə hüquq müstəvisində mübarizə apardıq ki, hüquqlarımız bərpa olunsun. Gəlin keçmişə qısa nəzər salaq. Nurəddin və Loğman Zülfüqarlı qardaşları (“Bakı Poladtökmə” ASC və “Bakı Elektroştamp” ASC-nin həmtəsisçiləri olublar – red.) Rusiya Federasiyasında uğurlu biznes fəaliyyəti ilə məşğul idilər. 1990-cı illərin sonlarında o zaman hələ ölkəmizin iqtisadiyyatının çox kövrək olduğu və bütün dünya iqtisadiyyatının böhran keçirdiyi dövrdə qardaşlar bir sahibkar kimi mərhum ulu öndərimiz Heydər Əliyevin xaricdə fəaliyyət göstərən iş adamlarına etdiyi çağırışa cavab olaraq öz vətənimizdə iş qurmaq və xalqımıza, dövlətimizə xeyir verə bilmək məqsədi ilə Rusiya Federasiyasında yaratdıqları hazır bizneslərini yarımçıq buraxaraq Azərbaycana geri döndülər. Onlar bütün ətrafları ilə birlikdə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməyinə səs verən insanlardırlar. 2002-ci ildə ulu öndərimiz sahibkarlarla görüş keçirdi və həmin görüşdə məqsəd Azərbaycanın biznes və istehsal sahələrini yüksəliş nöqtəsinə qaldırmaq, SSRİ dönəmindən qalan, istehsalata yararsız vəziyyətə düşən zavodların fəaliyyətini yenidən bərpa etmək idi.
Həmin zavodları ayağa qaldırmağa, işlətməyə ehtiyac var idi. Mərhum Heydər Əliyev cənabları həmin görüşdə “Bakı Elektroştamp” zavodunun özəlləşdirilməsini, yenidən işlədilməsini və ilkin mərhələdə heç olmasa yüz nəfər işçi çalışdırılmasını iş adamlarına təklif etdi. Nurəddin Zülfüqarlı məsuliyyəti üzərinə götürərək həmin zavodun dirçəldilməsi üçün əlindən gələni edəcəyini mərhum ulu öndərimiz qarşısında söz verdi və vədinə əməl edərək, həmin zavodun özəlləşdirilməsi ilə bağlı keçirilən tenderdə iştirak etdi və qalib gələrək 2002-ci ilin may ayında zavodu özəlləşdirdi. Sahibkarlar külli miqdarda investisiya yatıraraq, qısa müddət ərzində tamamilə yararsız vəziyyətdə olan zavodun yerində yeni müasir üslubda istehsal sahəsi yaratdılar. Zavodun əvvəlki işçiləri öz iş yerlərinə geri qaytarıldı və bütün işçilərin uzun illərdən bəri yığılıb qalan əmək haqları qəpiyinə qədər ödənildi. 500 nəfərdən çox iş yerləri açıldı. Uzun illərdən bəri yığılıb qalan kommunal borcları- işıq, qaz, su borcları tam olaraq ödənildi. Bir sözlə, üzərimizə götürdüyümüz bütün öhdəliklər vaxtından əvvəl və artıqlaması ilə icra olundu. Daha sonra Zülfüqarlı qardaşlarının həmtəsisçiləri olduqları “Birlik” MMC 2003-cü ildə “Bakı Poladtökmə” ASC-nin səhmlərinin satışı ilə bağlı keçirilən açıq tenderdə iştirak edərək qalib gəldi, və beləcə “Bakı Poladtökmə” zavodu da tərəfimizdən özəlləşdirildi. Eyni ilə bu müəssisəyə də milyonlarla ABŞ dolları dəyərində sərmayə yatırıldı və “Bakı Poladtökmə” ASC qısa zaman ərzində dirçəlməyə başladı.
ABŞ-dan, Hindistandan, Türkiyədən, Rusiyadan müasir və çox bahalı avadanlıqlar gətirilərək quraşdırıldı, ərazidə çirkab suların yığılması nəticəsində əmələ gələn göl quruduldu, yeni dəmir yolu xətti və yüksək gərginlikli xətt çəkildi. Bu müəssisə üzrə də götürdüyümüz bütün öhdəliklər vaxtından əvvəl və artıqlaması ilə icra olundu. Bütün işçilərin uzun illərdən bəri yığılıb qalmış əmək haqları, kommunal borclar, işıq, qaz, su borcları tam ödənildi. Müəssisəmiz yüksək keyfiyyətli məhsullar istehsal etməyə başladı. İstehsal olunan məhsulların 70-80 faizi uğurla ixrac edilirdi ki, bunun da nəticəsində ölkəmizə valyuta daxil olurdu.
- Məncə xronoloji ardıcıllıq kifayət edər, bir daha suala qayıdıram. Sizinlə Ramiz Mehdiyev arasında problem haradan start götürdü?
- 2005-ci ilin sonlarında artıq hər iki zavod tam şəkildə quraşdırılıb başa çatdıqdan və rentabelli müəssisələrə çevrildikdən sonra Nurəddin və Loğman Zülfüqarlı qardaşlarını çağıraraq hər iki zavodu təhvil verməyi tələb etdilər. Lakin qardaşlar həmin zavodlara milyonlarla ABŞ dolları investisiya yatırdıqlarını bildirərək zavodları təhvil verməkdən imtina etdilər. Qara günlər də məhz bundan sonra başladı. Bütün bu proseslərin başında Azərbaycan iqtisadiyyatının çökməsini hədəfləyən Ramiz Mehdiyev dayanırdı.
- Bunu necə müəyyən etdiniz?
- O zaman Ramiz Mehdiyevin tabeliyində olan və bu əməllərin icrasını həyata keçirən şəxslər Ramiz Mehdiyevin qorxusundan bunu açıq şəkildə deməkdən çəkinsələr də, dolayısı ilə sahibkarlara çatdırdılar ki, məhz bu işlərin arxasında o, yəni Ramiz Mehdiyev durub.
- Maraqlıdır, bəs Zülfüqarlı qardaşları özlərinə məxsus səhmlərin başqalarına verilməsinə hansı şəraitdə razı oldular?
- Artıq yuxarıda bildirdiyim kimi zavodları könüllü şəkildə təhvil verməkdən imtina etdiklərinə görə 2005-ci ilin dekabr ayında qardaşları saxta ittihamlarla həbs etdirdilər və heç bir əsas olmadan dörd ay təcridxanada saxlatdıraraq təzyiqlər altında saxta etibarnamə almaqla, bir gecənin içində bütün hüquqi prosedur normaları aşkar şəkildə pozulmaqla hər iki cəmiyyətin 80 faiz səhmlərini, yəni nəzarət səhm paketini öz adamlarının adına rəsmiləşdirdilər. Bundan sonra həmin gün gecə ilə sahibkarları bəraətverici əsaslarla həbsdən azad etdilər.
Həmin dövrdə mən “Bakı Poladtökmə” ASC-nin icraçı direktoru idim, məni də həbs etmişdilər. Dedilər ki, guya polisə müqavimət göstərmişəm, elə gecə ilə məni zavoddan gəlib apardılar. Bunun ardınca isə total yoxlamalar başlandı. Bütün bu hadisələrlə bağlı biz Ramiz Mehdiyevin özünə də dəfələrlə müraciətlər ünvanladıq, lakin o, müraciətlərimizə heç bir reaksiya bildirmədi və bu işlərlə bağlı sonadək öz susqunluğunu qorudu. Bir məsələni də qeyd edim ki, Zülfüqarlı qardaşları həbs olunandan dərhal sonra yüzlərlə iş adamı Azərbaycanı tərk etdi.
Zülfqarlı qardaşları bəraət aldıqdan sonra onlara yenidən müraciət olundu ki, gəlib zavodları işlətsinlər və səhmlər yenidən özlərinə qaytarılacaq. Başqa çıxış yolları qalmayan sahibkarlar külli miqdarda investisiya yatıraraq, zavodları yenidən dirçəltməyə başladılar. 2008-2009-cu illərdə Qaradağda Buta qəsəbəsində, səhralıq bir yerdə Qafqazda analoqu olmayan “Xəzər-Boru” zavodu quruldu. Bu zavod spiral borular istehsal edirdi.
- Ramiz müəllim, yeganə hüquqi həll yolu aidiyyəti qurumlara şikayət etmək idi - hər halda bu yola da baş vurmusunuz.
- Biz dəfələrlə şikayətlər etdik, amma onlar yerindəcə boğuldu. Ümidimizi itirmədik, çalışdıq, işlədik - 80-nin 20-ə prinsipi ilə. Belə davam edirdi, amma 2010-cu ilin sonlarından başlayaraq metallurgiya sahəsində fəaliyyət göstərən iş adamlarının, o cümlədən də bizim qara qışımız gəldi. Azərbaycanda Ramiz Mehdiyevin başçılığı altında yeni özbaşınalıqlar start götürdü. “Baku Steel Company” ASC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun silahlı dəstələri “Bakı Poladtökmə” ASC-yə hücum etdilər, hədə-qorxu gəldilər. Tələb edirdilər ki, bu zavodlar təhvil verilsin və qardaşlar Azərbaycanı tərk etsin. Rasim Məmmədov özbaşına hərəkət etmirdi, onu üzərimizə qısqırtmışdılar. Rasim Məmmədov özü də Ramiz Mehdiyevin adamı olduğunu etiraf edirdi. Rasim Məmmədov mənəvi atası Ramiz Mehdiyevə arxalanaraq Zülfüqarlı qardaşlarını Azərbaycandan didərgin saldı, onlara qarşı müxtəlif üsullarla, ailə üzvlərini təhdid etməklə təzyiqlər göstərdi. Beləcə Zülfüqarlı qardaşları məcburiyyət qarşısında Türkiyəyə mühacirət etdilər. Bundan sonra isə Rasim Məmmədov zavodları dağıtmağa başladı, dəyəri 50 milyon ABŞ dolları civarında olan malı- materialları, maşın və texnikaları, masir tipli avadanlıqları yeyib-dağıtdılar, 1500 nəfərə yaxın işçi işlərini itirdilər.
- Zülfüqarlı qardaşları əllərindən alınan zavodların özlərinə qaytarılması üçün hansısa addımlar atdılarmı?
- 2011-ci ildən başlayaraq Zülfüqarlı qardaşları yenidən hüquqi müstəvidə öz haqlarını tələb etməyə başladılar. Amma Azərbaycan məhkəmələri çarəsiz qaldılar, Ramiz Mehdiyevin basqısı altında ədalətsiz qərarlar çıxardılar. Bir sözlə məhkəmələr Ramiz Mehdiyevin qorxusundan haqdan üz çevirdilər.
- Azərbaycanın ali vəzifəli şəxslərinə müraciətlər etmişdiniz?
- Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, İqtisadiyyat Nazirliyinə müraciət etdik. Hamısı Ramiz Mehdiyevin qorxusundan bir tədbir görə bilmədi. Mən bir dəfə cənab Prezident İlham Əliyevə videomüraciət etdim, bundan sonra isə Rasim Məmmədov bizi məhkəməyə verdi. 5 milyon təzminat tələb etdi, guya bunların ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirmişik. Məhkəmənin qərarı ilə 5 milyon manat təzminat 5 min manata qədər endirildi və 5 min manat bizdən tutularaq Rasim Məmmədova ödənildi. Onlar biz sahibkarlarla Prezident arasında qara bir xətt çəkmişdilər, imkan vermirdilər ki, sahibkarlar dövlət başçısına müraciət ünvanlasın. Biz o zaman bir neçə millət vəkilinin də qəbulunda olduq, amma Ramiz Mehdiyevin adı olduğu yerdə haqqın səsini dandılar, nahaqqa səs verdilər. Ramiz Mehdiyevin və adamlarının əsas məqsədləri o idi ki, Zülfüqarlı qardaşlarının vasitəsilə bütün iş adamlarına gözdağı versinlər. Onlar sübut etmək istəyirdilər ki, Ramiz Mehdiyev olan yerdə müstəqil biznes mümkün deyil.
- İstənilən halda bir sual yaranır - bu qədər problem yaşadınızsa, niyə ən azı Rasim Məmmədovla bir masa arxasına gəlmədiniz?
- Biz onlarla dəfələrlə görüşüb danışıqlar aparmağa cəhd etmişik. Lakin onlar hər dəfə yalandan bizimlə halallaşacaqlarını desələr də, dedikləri sözün üstündə durmadılar. Baş aldatmaq üçün, hadisələrin unudulması istiqamətində gedişlər edirdilər, bununla həm də özlərinə vaxt qazanırdılar. Bunların məqsədi Azərbaycanda monopoliyanı sürətləndirmək və ölkədə ağalıq iddiasına düşməkdən ibarət idi. Biz mübarizəni davam etdirdik, işçilərimiz son iş yerlərini itirmək istəmirdilər. Xatırladım ki, bundan əvvəl, 2016-cı ildə Azərbaycanda islahatlar ili başlayanda Zülfüqarlı qardaşları yeni investisiyalar yatırdılar.
Biz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanladıq, yalnız bundan sonra rahat fəaliyyət göstərməyimizə şərait yaradıldı. 2017-ci ildə investisiya təşviqi sənədini əldə etdik və cənab Prezident tərəfindən sahibkarlara yaradılan münbit şəraitdən yararlanaraq yenidənqurma işlərinə başladıq. Keyfiyyətli məhsullar istehsal etməyə və həmin məhsulları ixrac etməyə başladıq, 500 nəfərə yaxın yeni iş yerləri yaratdıq, lakin düzgün rəqabət aparmağı bacarmayan Rasim Məmmədov və onun havadarı Ramiz Mehdiyev bizim bu uğurlarımızı da həzm edə bilmədilər və qardaşlara məxsus “Birlik” MMC-nin balansında olan, dəyəri milyonlarla manat təşkil edən universal isti yayma xəttimizi əlimizdən almağa çalışdılar.
Qeyd edim ki, adı çəkilən xəttin mühərrikləri və əsas elektron hissələri Türkiyədən alınıb gətirilib. Lakin Rasim Məmmədov qaniçənlik etdi, gözü doymadı və Ramiz Mehdiyevin tapşırığı ilə qeyri-qanuni ekspertiza rəyləri alaraq məhkəmələrə təqdim etdi, məhkəmələrə də təzyiqlər etdirərək ədalətsiz qərarlar çıxartdırdı.
- Və 2018-ci ilin mayında icra məmurları, polislər yenidən sizin qapını döydülər.
- İcra məmurları, polislər, yanğınsöndürən maşın, təcili tibbi yardım maşını bura böyük bir həngamə ilə gəldilər. Fəhlələr onların qarşısına çıxdılar, iş yerlərini itirmək istəmirdilər. Ürək ağrısı ilə dəzgahların çıxarılıb aparılmasını izlədik. Bu qurğuları Rasim Məmmədov Yusif adlı bir şəxslə yaratdığı primitiv zavoda daşıtdırdı. Bu azmış kimi, guya əldən çıxmış mənfəət kimi bizə qarşı 60 milyon manat təzminat tələb edən iddia qaldırdılar. Absurd idi, bu, adamı aşağılamaq idi. Biz 60 milyonluq iddia ilə bağlı məhkəməyə müraciət etdik, birinci instansiya məhkəməsi bizim xeyrimizə qərar çıxardı. Lakin Rasim Məmmədov mənəvi atası Ramiz Mehdiyevə zəng etdikdən sonra məhkəmələrə təzyiqlər başladı. Nəhayətdə 60 milyon manatı 3 milyon 300 min manata endirdilər. Buna baxmayaraq cənab Prezident İlham Əliyevin apardığı məhkəmə islahatları özünü büruzə verdi. Ali Məhkəmə həmin təzminatla bağlı absurd qərarları ləğv etdi.
Demişik və bundan sonra da deyəcəyik – Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinə qarşı olan qüvvənin başında durur. Ramiz Mehdiyevin Zülfüqarlı qardaşlarına qarşı çirkin işləri Azərbaycanın iş adamlarına qarşı olan münasibətidir.
Bütün bunlara baxmayaraq biz inkişaf edirik. Bu yaxınlarda istehsal prosesinin təkmilləşdirilməsi məqsədilə müəssisəmiz güzəştli şərtlər çərçivəsində 5 milyon manat məbləğində kredit əldə edib.
Biz möhtərəm Prezidentə müraciət etmişik ki, dağıdılmış, viran qalmış zavodlarımızın geri qaytarılması üçün bizə yardım etsin.
Qafqaz məkanında analoqu olmayan yeni bir layihə həyata keçirmək istəyirik. Biz inkişaf edirik, dövlət bizə dəstək verir.
Rasim Məmmədovun zavodları bərbad gündədir, fəaliyət göstərmirlər, bizdən aldıqlarını dağıdıb töküblər. Deməli bunların məqsədi Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək yox, məhv etmək idi. Ramiz Mehdiyev və Rasim Məmmədov bir şeyi unutdular ki, haqq nazilər, amma üzülməz.
Baxın, pandemiya dövründə, karantin rejimi zamanı Ramiz Mehdiyevin qız nəvəsinə toy etməsi ciddi rezonans doğurdu. Ramiz Mehdiyev özünü yenidən göstərmək istədi, Nazirlər Kabinetinin qoyduğu karantin qaydalarına açıq-aşkar meydan oxudu. Prezident İlham Əliyev cənabları gecə-gündüz çalışır ki, xalqımız, dövlətimiz bu ümumbəşəri bəladan minimum itkilərlə çıxsın və sözün əsl mənasında buna çox böyük ölçüdə nail də olur, lakin belə bir həssas məqamda sadə vətəndaşlara nümunə olmalı olan akademik, ağsaqqal Ramiz Mehdiyev demək istədi ki, bu qanunlar onlara aid deyil. Amma dövlətin sərt üzünü də gördülər.
Akademik də (Abel Məhərrəmovu nəzərdə tutur-red) həmin toyda məddahlıq etdi. Durub xalqın adından danışır, siz kimsiniz ki, xalqın adından danışırsınız? Mən o akademikin yerinə utanıram.
- Sonuncu sualım - hazırda məhkəmə predmeti olan məsələləriniz varmı?
- Bildirim ki, “Bakı Poladtökmə” ASC-nin adını dəyişdirib “Baku Steel Construction” ediblər. Həmin şirkətin səhmlərinin 80 faizi “Baku Steel Company”-yə, 17 faizi isə “Birlik” MMC-yə məxsusdur. Hazırda həmin şirkətin əmlakını daşıyırlar, lakin bu barədə səhmdarlara heç bir məlumat verilmir. Biz bununla əlaqədar məhkəməyə müraciət etmişik. Çalışırıq ki, əmlaklarla bağlı öz haqqımızı tələb edək. Növbəti mərhələlərdə isə bizə qarşı həyata keçirilən qanunsuzluqların yenidən araşdırılmasını xahiş edəcəyik.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-08-2020, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-08-2020, 10:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24