Məktəblər açılır, məsuliyyət valideynlərə verilir - Kim övladını məktəbə göndərəcək?
Yeni tədris ilinin başlamasına günlər qalıb. Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə bildirib ki, 15 sentyabrdan etibarən ibtidai siniflər tədrisə əyani cəlb olunacaqlar. Bu, həftədə 2-3 dəfə olmaqla baş verəcək.
Təhsil naziri qeyd edib ki, valideynlərə övladını məktəbə göndərmək və ya göndərməmək seçimini tanıyırıq:
"İctimai müzakirələrdə də bununla bağlı məqamlar olub. Bu seçim valideynlərə veriləcək. Valideynlər ya övladlarını distant, yaxud qarışıq üsulla əyani tədrisə cəlbi ilə bağlı özləri qərar verəcəklər”.
O bildirib ki, xüsusilə yoluxma sayının daha yüksək olduğu Bakı, Sumqayıt kimi şəhərlərlə bağlı bu məsələ gündəmdədir.
Maraqlıdır, bu qərar cəmiyyət tərəfindən necə qarşılanıb? Valideynlər həftədə 2-3 dəfə də olsa, uşaqları məktəbə göndərəcəklərmi?
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid təhsilin bərpasının müsbət hal olduğunu bildirib:
"Yeni nazirin dünənki çıxışı sosial şəbəkələrdə də çox müsbət qarşılandı. Təhsildəki problemləri yaxından bilən insanlar onun fikirlərinə müsbət qiymət verdilər. Qəbul edilən qərar təhsil nazirliyində mütəxəssislərin ölçüb-biçib məqbul variant kimi seçdikləri variantdır. Hesab edirəm ki, onunla razılaşmalıyıq. Görünür azyaşlı uşaqların həftədə 2-3 dəfə dərsə getməyi daha məqbul olunandır. Yuxarı siniflərin və ali məktəblərin isə daha çox distant təhsilə üstünlük verməyi qəbul olunub. Düşünürəm ki, məqbul varinatdır, indiki vəziyyətdə təhsil nazirliyinin bu addımları müsbətdir".
"Baku.ws"ın baş redaktoru Azad Əliyev bildirib ki, Təhsil Nazirliyi ən düzgün qərarı verib:
"Çünki pandemiya şəraitində olsaq da, övladlarımızın təhsil alması məsələsini təxirə salmaq olmaz. Distant təhsil ənənəvi təhsilin effektini vermir. Həm də ölkədə internetin sürəti və kompüterləşmə problemi mövcuddur. İndiki şəraitdə ən doğru qərar hazırda çıxarılan variantdır. O ki qaldı uşaqların məktəbə göndərməyin məsuliyyəti məsələsinə. Sözün açığı bu məsələdə bir qədər narahatam. Uşağımın məktəbə göndərib-göndərməyəcəyim qərarı ölkədə yoluxmanın sayından asılı olacaq. Əgər ölkədə koronavirusla bağlı vəziyyət pisləşsə, qızımı məktəbə göndərməyəcəyəm. Koronavirusla bağlı vəziyyətin pisləşməməsi üçün isə biz vətəndaşlar gigiyena qaydalarına əməl edərək özümüzü və yaxınlarımızı qorumalıyıq. Bütün balaları və valideynlərini yeni tədris ilinin başlanması qərarı münasibəti ilə təbrik edir, hər kəsə sağlamlıq arzulayıram".
Professor Adil Qeybulla bildirib ki, düzgün format qurulsa, yoluxma çoxalmaz:
"Əsas məsələ odur ki, sinif otaqlarını seyrəltmək lazımdır. Dərslərin üçnövbə olmağı məqsədəuyğundur. Müəllimlərin, axşam növbəsində dərs deyənlərin maaşlarını artırmaqla dərsləri üçnövbə təşkil etmək olar. Karantin davranışlarına əməl etməklə, yəni dezinfeksiya qaydalarına əməl etməklə, partların dərsdən əvvəl və sonra dezinfeksiya edilməsi, uşaqların düzgün yerləşdirilməsi ilə yoluxmanın qarşısını almaq olar. Çalışmaq lazımdır ki, dərslər fasiləsiz keçirilsin, tənəffüsdə uşaqlar bir-biri ilə daha az ünsiyyətdə olsun. Bu şəkildə dərslər ənənəvi qaydada keçirilə bilər. Düşünürəm ki, düzgün format qurulsa, problem yaşanmaz.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-08-2020, 16:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-08-2020, 16:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11