Göytəpə sakinlərindən yeni Təhsil nazirinə müraciət - “Məktəb direktoru olmasına baxmayaraq...”
Bir müddət əvvəl Cəlilabad rayon Göytəpə şəhərinin bir qrup sakini Təhsil nazirinə müraciət ünvanlayaraq, V.Mürsəlov adına Göytəpə şəhər 1 saylı orta məktəbin direktoruyla bağlı xahişlərini çatdırmışdılar. Həmin məktubun bir nüsxəsi də “AzPolitika.info”-ya daxil olmuş və saytımızda dərc edilmişdi.
Valideynlər Təhsil nazirindən sözügedən məktəbin direktoru Zaur Ələkbərovun başqa məktəbə direktor kimi göndərilməsinə imkan verilməməsini xahiş edirdilər: “Aldığımız məlumata görə, Zaur Ələkbərovla direktor kimi bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmiş və başqa məktəbə direktor göndərilməsi ehtimalı var. Bu xəbər həm məktəb kollektivinin böyük hissəsinin, həm də valideynlərin narahatçılığına səbəb olub. Əminik ki, Zaur Ələkbərovun məktəbimizə rəhbərlik etməsi müddəti uzadılmasa, burada yenidən neqativ hallar baş qaldıracaq və tədris prossesi unudularaq, yenidən korrupsiya ön plana keçəcək.”
600-yə yaxın valideynin imzaladığı müraciətdə qeyd olunurdu ki, Z.Ələkbərov 2017-ci ildə məktəbə direktor təyin olunandan sonra məktəb korrupsiyasız və şəffaf şəkildə idarə olunmağa başlayıb: “2014-cü ildə “ilin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş Zaur Ələkbərovun savadlı idarəçiliyi nəticəsində məktəbimizdə sağlam mühit yaradılmış, təhsilin keyfiyyəti yüksəlmiş, şagirdlərə şəxsiyyət kimi baxılmağa başlamış, əhali arasında məktəbin işgüzar nüfuzu xeyli artmışdır.”
Ötən gün isə bu məsələ ilə bağlı Təhsil nazirinə ünvanlanan daha bir müraciət daxil olub. Bu dəfəki müracətdə 600-dək Göytəpə sakininin hazırkı direktorun başqa məktəbə göndərilməsinin əleyhinə olduğu qeyd edilir: “V. Mürsəlov adına Göytəpə şəhər 1№-li tam orta məktəbin direktoru Zaur Ələkbərovla bağlanmış müddətli müqaviləyə 16 iyun 2020-ci ildə xitam verilib. Zaur Ələkbərov məktəbə rəhbərlik etdiyi müddət ərzində bütün təzyiqlərə sinə gərərərək, məktəbdə hər hansı adla vəsait toplanmasının qarşısını alıb. O, məktəbdə ciddi intizam yaradıb, hər şagirdə öz övladı kimi baxıb və valideynlərin fikirlərinə hörmətlə yanaşıb, tədrsin keyfiyyətini qaldırıb. Məktəb direktoru olmasına baxmayaraq, yeri gələndə qollarını çırmayıb məktəbin ərazisində təmir işləri ilə də məşğul olub.
Zaur Ələkbərovun məktəbimizə qaytarılması üçün müraciət edən 600 nəfər Göytəpə şəhər sakini adından Sizdən xahiş edirik ki, onunla müqaviləni uzadasınız.”
Paylaş:
Müəllif : Yazar
Tarix:31-08-2020, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-08-2020, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54