“Məktəb ləvazimatlarını haradan alaq?” - dərs başlayır, valideynlər narahatdır
Artıq 2020-2021-ci tədris ilinin başlanmasına az vaxt qalıb. Nazirlər Kabinetinin qərarına əsasən, orta məktəblərdə (I-IV sinif), eyni zamanda, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində tədris sentyabrın 15-dən başlayacaq.
Pandemiyadan sonra dərslərin ilk dəfə açılması xəbərinə sevinənlər çox olsa da, məktəb ləvazimatlarının qiymətləri ilə bağlı narahatlıq keçirənlər də az deyil.
Belə ki, pandemiya ilə əlaqədar olaraq bu il həm iri ticarət mərkəzlərinin, həm də hər il güzəştli qiymətlərlə topdan və pərakəndə satışı həyata keçirən məktəb yarmarkalarının fəaliyyəti dayandırılıb.
“Yeni Müsavat”ın əməkdaşı olaraq dərs ləvazimatlarının və məktəbli geyimlərinin qiymətlərini öyrənmək qərarına gəldik. Görəsən, belə bir şəraitdə əhali məktəb üçün alış-verişi necə və haradan əldə edir?
Hər il dərs öncəsi bütün ticarət obyektləri, mağaza və dükanlarda məkbəbli üçün gərəkli olan nə varsa, satıldığını görürdük. Bir sözlə, ölkədə bir canlanma, sanki bayram əhval-ruhiyyəsi hökm sürürdü. Bu il isə tam əksini müşahidə edirik, şəhərdə elə ab-hava var ki, sanki məktəb olmayacaq. Elə bu səbəbdən də axtarışımız bir az çətin oldu, xeyli gəzdikdən sonra Nizami rayonu Qara Qarayev küçəsində bir mağaza tapa bildik. Yolda soraqladığımız insanlar bu mağazada həm də qiymətlərin aşağı olduğunu bildirdilər.
Mağazaya çatar-çatmaz iki qadının söhbətinə qulaq şahidi olduq. Paytaxt sakini Səkinə Vəliyeva şikayətlərini bizimlə də paylaşdı: “Şəhərdə qiymətlər ”əl yandırır". Demək olar ki, hər yerə getmişəm, ya məktəbli üçün heç nə yoxdur, ya da hər şey çox bahadır. Düzdür, malların ucuz qiymətə olanı da var, amma onların da keyfiyyəti çox aşağıdır. Ona görə baha qiymətə olanı almaq məcburiyyətində qalırsan. O zaman da uşağın bütün ehtiyacını ödəyə bilmirsən. Mən ötən il bütün bazarlığımı “Binə”dən etmişdim, orada hər şey ucuz idi. Bu il özümüz də işləməmişik, nə edəcəyik, bilmirəm".
Müsahibimizdən ayrılıb, mağazadakı qiymətlərlərlə maraqlanırıq. Burada müxtəlif qiymətdə, müxtəlif çeşiddə dərs vəsaitlərini görmək olar. Məsələn, 12 ədəd rəngli karandaş 1 manat 30 qəpiklə 4 manat civarındadır. Sadə karandaşın bir ədədi isə 10-30 qəpik arasında dəyişir.
Xətkeşlərin qiymətləri də növlərinə görə fərqlidir. Taxta 20-30 qəpik, alüminium 1 manat, rezin xətkeş isə 50 qəpikdir. Bir qutu flomaster keyfiyyətindən asılı olaraq 80 qəpik-11 manat arasında dəyişir. Quru yapışqanı həm 30 qəpiyə, həm də 1 manat 80 qəpiyə almaq olar.
12 vərəqli sadə dəftər 12, 24 vərəqli 30, 48 vərəqli 55, 60 vərəqli, ensiz dəftər isə 45 qəpiyədir. Dəftər üzü 30, kitab üzü 40 qəpikdir.
Əmək dərsləri üçün istifadə olunan iynə-sap dəsti 3 manatadır. Məktəbli qayçıları isə 10 qəpikdən 3 manatadək dəyişir. Qələmlərin də qiymətləri çeşidinə uyğun olaraq fərqlənir. Məsələn, pozanlı qələmin qiyməti 60 qəpik və 1 manat 50 qəpik arasında dəyişir.
Qovluqların qiyməti də rəngləri kimi müxtəlifdir: Sadə qovluq 2 manat 20 qəpiyədir, 10 manata satılan qovluqlar da var.
Rəngli kağız 1-2 manat, 12 vərəqli albom 1 manat 50 qəpiyə, 24 vərəqli albom isə 2 manat 50 qəpiyədir.
Bir qutu plastilin (6 ədəd) 90 qəpik, 12 ədədlik plastilin qutusu isə 4 manat 50 qəpiyədir. Qələmyonanın qiyməti 10 qəpikdən 2 manata kimi dəyişir. Pozanı isə 10 qəpikdən 50 qəpiyədək qiymətə almaq olar. Qələmqablarını da çeşidlərinə, ölçülərinə görə 1 manat 50 qəpikdən 15 manatadək qiymətə almaq olar.
“İnsanların pulu yoxdur ki, gəlib alış-veriş eləsinlər”
Qiymətlərlə maraqlandıqca, alıcıların az olması da nəzərimizdən yayınmadı. Satıcı bizimlə söhbətdə müştəri sayının azlığından gileyləndi: “Keçən il bu vaxt mağazada insan çoxluğundan tərpənmək olmurdu. Bu il keçən illə müqayisədə alıcıların sayı 50 faiz azalıb. Adamlarda pul yoxdur ki, gəlib alış-veriş eləsinlər”.
Söhbətimizi bitirmişdik ki, “Gündəlik niyə yoxdur, ay bala”- deyə bir xanım satıcıya səsləndi. O da cavabında bildirdi ki, gündəliklər hələ ki satışa çıxarılmayıb.
Qeyd edək ki, valideynləri qiymət sarıdan ən çox narazı salan ləvazimatlardan biri də məktəb çantasıdır. Çantaların qiymətləri arasında çox ciddi fərq müşahidə olunur. Ən ucuzu 12 manat, ən bahalısı isə 100 manatadır. Valideynlərin bəziləri ucuz mal keyfiyyətsiz olduğu üçün bahalısını almağa çalışır. Amma bir evdən iki və ya üç uşaq məktəbə yollayan ailə üçün bu, kifayət qədər ciddi məbləğdir...
Mağazadan çıxıb, məktəbli geyimləri ilə bağlı vəziyyəti öyrənmək üçün metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən uşaq paltarı mağazasına daxil oluruq. Burada da qiymətlər keyfiyyətə görə dəyişir.
Məktəbli qız anaları köynəkləri keyfiyyətsiz parçadan tikilən 15-20 manatlıqlarla daha zövqlü və yaxşı materialdan olan 30-40 manatlıqlar arasında seçim etmək məcburiyyətindədirlər. Ətəklərin qiymətinə gəldikdə isə burada da 17 manatdan 40 manatadək dəyişir. Eyni zamanda qızlar üçün jiletlərin qiyməti 10-14 manata, məktəbli forması isə 49 manatadır.
Oğlanlar üçün köynəklər də keyfiyyətindən asılı olaraq 16 manatdan 33 manatadək dəyişir. Şalvarı 19 manata, jileti 18 manata, pencəyi isə 62 manata almaq olar. Oğlanlar üçün jaketlərin qiyməti 25-30 manat təşkil edir.
Mağazada bir neçə valideynlə söhbət zamanı onu da öyrəndik ki, vahid məktəbli forması tətbiq edilsə də, hər kəs öz istəyinə uyğun məktəbli geyimi alır. Valideyn Nəzrin Məhərrəmova “Bilmirəm ki, uşaq dərsə gedəndə məktəbdən nə istəyəcəklər. Ona görə hələlik heç nə almıram. Görək dərs açılanda məktəbdən hansı geyimi tələb edəcəklər”- deyib yalnız ağ köynək almaqla kifayətlənir.
Digər həmsöhbətimiz - valideyn Səfayə Əliyeva isə qızının və yaşıdlarının əksəriyyətinin Bakı Tikiş Evinin geyimlərini bəyənmədiyini deyir: “Demək olar ki, hər kəs mağazaları gəzib öz zövqünə görə göy ətək, ağ köynək alır”.
Qeyd edək ki, artıq dörd ildir ki, ümumtəhsil məktəblərinə şagirdlər vahid məktəbli geyimlərində gedirlər. Bu geyimlərin tikilməsi ilə Bakı Tikiş Evi (BTE) məşğul olur. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimovun “Yeni Müsavat”a verdiyi açıqlamasına görə, bu il məktəbli geyimlərinin hazır olmayan ölçüləri də artıq tikilməyə başlanıb: “Hələlik mağazalarımızda da elə böyük axın yoxdur. Tək-tək gələnlər olur. Əgər tələbat çox olarsa, ona uyğun paltarlar da hazırlanacaq”.
E.Əzimov bu il yeni məktəbli formaları ilə bağlı yeniliyin də olmadığını dedi: “Nazirlər Kabineti tərəfindən təsdiq olunmadığı üçün yeni məktəbli formalarından danışa bilmərik. Hələ ki ötənilki geyimlər olacaq”.
E.Əzimov onu da əlavə etdi ki, builki geyimlərin qiyməti 2017-ci ilin qiymətləri ilə eynidir: “İri ticarət mərkəzlərində (Mall) olan mağazalarımız indi işləmir, amma fabrikin digər mağazaları fəaliyyət göstərir. İnsanlar məktəbli geyimlərini həmin mağazalardan əldə edə bilərlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-09-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-09-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08