reklam
Regionxeberlericom.az » Sosial » Qadın müəllimlərin çox olmasının yaratdığı problemlər - EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ

reklam

Qadın müəllimlərin çox olmasının yaratdığı problemlər - EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ


Orta məktəblərdə kişi müəllimlərin sayının azlığı problemi davam edir. Şəhərlərdə isə kişi müəllimlərin sayı daha azdır.

Artıq iki həftədir müəllimlərin işə qəbul müsabiqəsi keçirilir. Müsabiqədə yüksək bal toplayan müəllim namizədlərinin hamısı qadınlardır. Vəziyyət müsabiqəyə qatılanların əksəriyyətinin qadın olmasından qaynaqlanır.

Mütəxəssislər təhsil verənlərin arasında kişilərin sayının azlığının arzulounmaz nəticələr doğurduğunu vurğulayır.

Şagirdlər həm evdə, həm məktəbdə ancaq qadınların təsirində olur

Təhsil eksperti Kamran Əsədov Lent.az -a açıqlamasında bildirib ki, bu gün Azərbaycanın 4481 ümumtəhsil məktəbində çalışan 149,602 müəllimin 71 faizini qadınlar, 29 faizini isə kişi müəllimlər təşkil edir. Onun sözlərinə görə, rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir: “Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi təsir göstərir. Hazırda təhlükə yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məkətəbə qədər ancaq qadın müəllimlərin, evədə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür”.

K.Əsədov bildirib ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir: “1980-ci illərə nəzər salsaq görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən şox sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı. Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir. Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakıdan yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər. Müəllim kimi yeni işə başlayan gənc, təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bir kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur”.

İnkişaf etmiş ölkələrdə uşaq bağçalarında tərbiyəçi qadın yoxdur

Ekspertin sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur, uşaqları yalnız kişilər tərbiyə edirlər: “Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkədə kişilərin sayı qadınların sayından üstündürsə, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir”.

K.Əsədov bildirib ki, sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi: “Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə, SSRİ sosialist ölkəsi idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb.

Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa, dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, sudan istifadə xərclərindən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin. Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir”.

Ekspert hesab edir ki, müəllimə müqəddəslərə göstərilən ehtiramı göstərmək, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlıq həm də müəllimə verilməli, deputata verilən əmək haqqını müəllimə verməliyik: “Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əmək haqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.

Yaşı 30-dan aşağı olan gənclərin əksəriyyətinin dəyişən dəyərlərə malik olmasının kökündə qadın müəllimlərin çoxluğu dayanır

Psixoloq Tariyel Faziloğlu da bildirib ki, qadın müəllimlərin sayının çoxluğu ciddi problemlər yaradır: “Oğlan şagirdlər böyüdüyü müddətdə əsasən qadınlarla ünsiyyətdə olur. Evdə ana, bağçada qadın müəllimə, ibtidai sinifdə yenə qadın müəllimə və yuxarı sinifdə də müəllimlərinin əksəriyyəti qadın olur. Çox zaman direktor və idaretmədə olanların belə qadın olması uşaqların yetişkənlik dövründə özləri üçün rol model insanları qadınlardan seçməsi ilə nəticələnir. İstər-istəməz qadınsayağı davranış və yanaşmalar, emosional reaksiyalar problemi daha da dərinləşdirir. Bu isə əsasən kişi cinsindən olan şagirdlərin konkret olaraq xarakterində boşluqların yaranması ilə nəticələnir. Problemlərin dərinləşməsi gələcəkdə onların həyatında da çox böyük mənfi rol oynayacaq. Dəyərlər var, bir də var dəyərsizlik. Bu gün Azərbaycandayaşı 30-dan aşağı olan gənclərin əksəriyyətinin dəyişən dəyərlərə malik olmasının kökündə dayanan əsas səbəblərdən biri məktəblərdə qadın müəllimlərin sayının kişi müəllimlərin sayını üstələməsdir”.

Psixoloq bu məsələdə dünya standartlarını misal çəkib: “Dünya ölkələrində məktəblərdə normal gender balansı yaradılır. Bəzi ölkələrdə müəllimlərin 60 faizi kişilər, 40 faizi qadınlar olaraq götürülür. Bəzi ölkələrdə isə 70 faiz kişilər, qalanları qadın olaraq götürülür. Bizdə tamamilə tərsinədir. Azərbaycanda sovet dövründən sonra müəllimlik kişlər arasında populayrlığını tamamilə itirib. Çünkü müəllimlərin maaşı o səviyyədədir ki, kişi müəllimlər həmin maaşla ailəsini dolandıra bilməyəcəyini düşünür və uzaqlaşır. 2000-ci illərin əvvəllərindən isə müəllimlik, qadınların daha çox bekar qalmaması üçün yönəldiyi bir peşə halına gəlib. Bu da nəticə etibarilə bugünkü ciddi sıxıntılara səbəb olub”.




Paylaş:


Müəllif : Tarix:
1-09-2020, 12:49
Sikayət   


loading...
Загрузка...