Sabiq vergi işçiləri hakim qarşısına çıxarılır - külli miqdarda rüşvət alıblar

Vergilər nazirliyinin sabiq əməkdaşları hakim qarşısına çıxarılır. Onlar barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Musavat.com xəbər verir ki, vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş araşdırılması üçün bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə prosesi yaxın günlərdə hakim Novruz Kərimovun sədrliyi ilə başlayacaq.
Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin məlumatına görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb edib.
Hər iki vəzifəli şəxs rüşvət alarkən cinayət başında yaxalanıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma; külli miqdarda törədilikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-09-2020, 12:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-09-2020, 12:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49
19-02-2025, 14:47
19-02-2025, 10:04

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video