reklam
Regionxeberlericom.az » Sosial » Deputat təhsil haqlarından xəbərsizdir: - “Xaricdə oxumaq daha məqsədəuyğundur”

reklam

Deputat təhsil haqlarından xəbərsizdir: - “Xaricdə oxumaq daha məqsədəuyğundur”


Xəbər verildiyi kimi, Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq edib.

Nazirlik xaricdə təhsil almaq istəyən abituriyent, tələbə və onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırıb. Həmçinin əvvəlki illərin təcrübəsinə görə bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşların çətinlik və mənfi hallarla üzləşdiyi də qeyd olunub.

Xaricdə təhsilə üstünlük verilməsinin bir səbəbi daha keyfiyətli təhsildirsə, digər səbəbi daha aşağı təhsil haqqıdır. Xüsusilə Türkiyənin dövlət univeristetlərində təhsil haqqı Azərbaycanla müqayisədə bir neçə dəfə aşağıdır.

Üstəlik, ali məktəbə daxil olan tələbədən birinci kursun ödənişi tam və güzəştsiz tələb edilir. Respublikamızda təhsil haqlarının yüksək olması imkansız şəxslərin normal təhsil almasına mane olur. Minimum əməkhaqqı 250 manat olan Azərbaycanda ali təhsil ocaqlarında təhsil haqqı inkişaf etmiş ölkələrdən də yüksək həddədir. Nəticədə Azərbaycanda təhsilin əlçatanlığı təmin edilmir. Elə bu səbəbdən də tələbə olmaq istəyənlər xarici ölkələrdə oxumağa üstünlük verirlər.

Məlumat üçün bildirək ki, hazırda təhsil ocaqlarında ən aşağı təhsil haqqı 1200 manatdır. Məsələn, Azərbaycan Milli Konservatoriyasında illik təhsil haqqı 3000, Azərbaycan Diplomatik Akademiyasında 6500-dür. Türkiyənin dövlət universitetlərində təhsil haqqı isə 200 dollardan başlayır. Bu ölkənin dövlət universitetlərində hətta ən prestijli ixtisaslar üzrə təhsil haqqı 1500 dollardan artıq deyil. Azərbaycanlı tələbələr tibb təhsili almaq üçün türkiyəli tələbələrdən iki dəfədən artıq təhsil haqqı ödəsələr də, Azərbaycan Tibb Universitetinin diplomları ilə nəinki Avropa ölkələrində, hətta Türkiyənin özündə də işləmək mümkün deyil.

Belə olan halda, bir sual meydana çıxır.

Ölkə daxilində təhsilin əlçatanlığını təmin etmək üçün təhsil haqları niyə azaldılmır ki, tələbələrin xaricə axınının qarşısı alınsın?

Mövzu ilə bağlı Cebhe.info-ya danışam Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü İsa Həbibəyli Azərbaycan universitetlərindəki təhsil haqlarından xəbərsiz olduğunu deyib:

“Mən universitetlərdə təhsil haqlarının nə qədər olduğunu bilmirəm. Nə keçən il, nə də builki təhsil haqlarından xəbərim var. Ona görə də nəsə deməyim doğru olmaz. Fikrimcə, ölkədə ali təhsilin səviyyəsi getdikcə qalxır. Amma bu səviyyəni daha da yüksəltmək lazımdır. Sadəcə, ən zəruri ixtisaslar üzrə xaricdə təhsil almaq daha məqsədəuyğundur”.


Paylaş:


Müəllif : Tarix:
1-09-2020, 15:52
Sikayət   


loading...
Загрузка...