Sumqayıtda sahibkarlar dad deyir... - NARAZILIQ...
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə irimiqyaslı və hərtərəfli islahatlar kursu həyata keçirilir. Bu kurs ölkəmizdə elə bir sahə yoxdur ki, onu əhatə etməsin. Məqsəd insanların yüksək sosial rifahının təmin edildiyi müasir və inkişaf etmiş hüquqi dövlət formalaşdırmaqdır. Elə bir dövlət ki, orada qanunin aliliyinə hər bir vətəndaş hörmətlə yanaşsın və onə əməl etsin. Bu reallıq ilk növbədə qanun qarşısında hər bir vətəndaşın bərabər hüquqlara malik olmasını, qanunlara tabe olmasını, qanun qarşısında heç bir xüsusi səlahiyyət və imtiyazlara malik olmamasını ehtiva edir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edərkən bir daha vurğuladı ki, “Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev özünü qanunun fövqündə qoymaqla sərt karantin rejiminin tələblərini kobud şəkildə pozaraq qız nəvəsinə toy şənliyi keçirməsi mövcud qnunvericiliyin tələblərini bilərəkdən və nümayişkaranə şəkildə ayaqlar altına atıb tapdalamaq anlamında qəbul olunmalıdır. Dövlətimizin ali rəhbərliyinin qanunun aliliyinin qorunması istiqamətində atdığı təcili və təxirəsalınmaz tədbirlər geniş ictimaiyyət tərəfindən böyük məmnunluq və razılıq hissi ilə qarşılanmışdır. Bəli, həqiqətən də “heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”. Gün kimi aydın olan bir həqiqətin üzərinə kimlərsə kölgə salmaq istəsələr, qanunun sərt üzü ilə qarşılaşacaqlar. Xalqənən xidmətçisi olmaq missiyasının daşıyıcısı olan hər bir məmur cənab Prezidentin bu xəbərdarlıqlarından nəticə çıxarmalıdır. Nəticə çıxarmayanları isə hansı aqibətin gözlədiyi hər kəsə bəllidir. Görünən odur ki, bütün bu sadalanan reallıqlar fonunda yenə də cinayət yolunu seçmiş və bu yoldan çəkinməyi özünə “ar” bilən məmurlar hələ də vardır. Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərovun həbsi yuxarıda səsləndirilən fikirlərin dürüstlüyünü bir daha isbatladı.
Verilən rəsmi məlumatlardan görünür ki, Ceyhun Cəfərova irəli sürülən ittihamlar və onun törətdiyi əməllər özündən əvvəl həbsə salınan keçmiş həmkarları ilə tam eynilik təşkil edir. Bunun bir adı var, saymazlıq, harınlıq, qanunlardan çəkinməməmək. Media üzərində aparılan monitorinqlərimiz göstərir ki, fəaliyyətləri ilə hələ də xalqı narazı salan və öz əməllərində dönüş etmək fikiri olmayan icra başçıları var. Belə icra başçılarının hədəfində olan əsas təbəqə məhz sahibkarlardır. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz İlham Əliyev sahibkarları “zəli” kimi yapışaraq qanını soran azğınlaşmış dövlət məmurları və harınlaşmış icra başçılarının təzyiq və təqiblərindən qoruyaraq xəbərdarlıq edir ki, “Sahibkar heç kimə borclu deyildir. Vergisini verməlidir, vəssalam. Sahibkarı boğurlar, soyurlar, incidirlər, malını əlində alırlar. Bu, dözülməz haldır.” Cənab Prezident belə harınlamış məmurlara xitabən söylədiyi bu xəbərdarlıqlarda onu da xüsusi olaraq qeyd edir ki, xalqa ləqayətlə xidmət etməyən, öz mənafeyini düşünən, rüşvət və korrupsiya yolunu tutan, vəzifə saxtakarlığına və vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verən məmurlara qarşı ən amansız mübarizə aparılacaq və belələri qanunun ən sərt üzü ilə cəzalandırılacaqlar. Dövlət başçımızın hər zaman sözü ilə əməli eyniyyət təşkil edir. Bu xəbərdarlıqlardan ibrət dərsi almayan 6 rayonun icra başçısı və bir neçə mərkəzi icra hakimiyyətlərinin yüksək vəzifəli şəxsləri barəsində həbs qəti imkan tədbiri görülmüşdür. Bu proseslərə məntiqlə qiymət versək, onda oxşar fəaliyyət yolunu seçmiş və seçmək niyyətinə düşən istənilən məmur üçün bu həbslər və digər sərt cəza tədbirlərinin bir ibrət dərsi olacağını proqnozlaşdırmaq mümkündür. Lakin reallıqda bəzən fərqli mənzərə ilə üzləşirik. Bəzi icra başçıları hələ də “bəlkə də, qaytardılar” sevdası ilə yaşayır, öz qanunazidd davranış və fəaliyyətləri ilə dövlət başçısının müəyən etdiyi kursa etimadsızlıq göstərirlər. Belə “ipə-sapa yatmayan” icra başçıları sırasında Sumqayıt Şəhər İcra başçısı Zakir Fərəcov ”lider”dir desək, yanılmarıq. Hansı saytı açırsan Zakir Fərəcovun bir qrup iş adamına borcunu ödəmədiyi haqda məlumatlar adamın gözünə girir. Davamlı şəkildə işıqlandırılan bu materiallar bizim də diqqətimizi çəkdiyi üçün, məsələnin mahiyyətinə varıb, problemin kökündə hansı amillərin durduğunu və Zakir Fərəcova belə arxayın davranış üçün verilən əsasları araşdırmaq qərarına gəldik. Məsələnin kökündə bu durur ki, sayı 100-lərlə olan sahibkarlar Sumqayıt şəhərinin abadlaşması ilə bağlı gördükləri işlərin pulunu hələ də icra başçısından ala bilmirlər. Ölkədə aparılan anti-korrupsiya əməliyyatları həmin sahibkarları yenidən fəallaşdırıb və onlar rəsmi qurumlara, mediaya etdikləri şikayət vasitəsilə öz haqqlarının bərpa olmasını tələb edirlər.
Yenidən icra başçılarının həbsinin başlanması həmin sahibkarları bir daha media vasitəsilə ölkə rəhbərliyinə müraciət etməyə sövq edib. Bəlli olur ki, Sumqayıtın əsas giriş hissəsini yenidən quran, Xəzərin sahilində uzunluğu 4,2 km, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün lazımı şərait yaradılan və ən müasir standartlara cavab verən Dənizkənarı bulvarı ən qısa zamanda – 8 ay ərzində, 2016-cı ilin sentyabr ayında istismara təhvil verən 426 nəfər sahibkar və fəhlə üstündən təxminən 4 il keçməsinə bamayaraq hələ də qanuni ödənişlərini – təxminən 8 milyon manat pulu Zakir Həsənovdan ala bilmirlər. Marqlıdır ki, Zakir Fərəcov özünü haqlı çıxatmaq üçün öz müəvinlərinin birinin imzası ilə İcra Hakimiyyəti adından bəzi rəsmi qurumlara cavab məktubları göndərir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənova rəsmi məktub vasitəsilə verdiyi cavabda bildirir ki, sahibkarlara gördükləri işin müqabilində lazımi vəsaitin hamısı ödənilib. Ancaq maraqlıdır ki, həmin məktubda pulun hansı bank vasitəsilə, hansı hesaba və kimə nə qədər köçürüldüyü ilə bağlı heç bir məlumat verilmir. İş adamları buna cavab olaraq, iddia edirlər ki, Zakir Fərəcov məsuliyyətdən yayınmaq üçün həmin prosesdən ümumiyyətlə məlumatı olmayan Sahib Quliyev kimi adamları qabağa verir. Doğrudan da maraqlıdır: rəsmi qurum kimi, İcra Hakimiyyəti niyə ödənilən pulun hansı bank hesabına köçürüldüyünə dair ortaya ciddi dəlil qoymur? Təəssüf ki, bu irada İcra Hakimiyyəti tərəfindən heç bir cavab verilməyib. Deməli, Zakir Fərəcov öz müavinini irəli verməlkə özünü perspektivdə yaxşı heç bir şey vəd etməyən hüquqi proseslərdən sığortalamaq istəyir. Sahib Quliyevin timsalında “qurbanlıq keçı” tapdığını güman edir. Hesab edirik ki. Sahib Quliyev bu məsələdə “əl-əli yuyar, əl də üzü” prinsipi ilə hərəkət edirsə, olsa-olsa taktiki qələbə çala bilər, strateji baxımdan o “rəhbəri” ilə birlikdə məğlub statusundadır.
Bu yerdə Prezident İlham Əliyevin Biləsuvar və Saatlı rayonlarına yeni icra başçıları təyin edərkən videoformatda qəbul zamanı səsləndirdiyi fikirlər belə “məmurlar” üçün ciddi siqnal və dərs olmalıdır. Cənab Prezident vurğuladı ki, “Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. “
Prezident İlham Əliyevin müəyyən etdiyi kadr siyasəti və məmurlar qarşısında qoyduğu tələbləri qulaqardına vuran Zakir Fərəcov tabeçiliyində olan şəxsləri, o cümlədən Sahib Quliyev, Sumqayıt Şəhər Kommunal Təsərrüfat Birliyinin rəisi olan bacıoğlusu Məcidov Hüseyn Valeh oğlu və Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatovu dövlətə, dövlətçiliyə, Vətənə yox, özünə sədaqət meyarı ilə önə çəkir, onlara “yağ”lı vəzifələri və işləri həvalə edir.
Bu baxımdan təsadüfi deyildir ki, narazı sahibkarların mediaya verdikləri məlumatlarda o da bildirilir ki, Zakir Fərəcov həmin şikayətçilərlə dil tapmağı bir müddət əvvəl Sumqayıt Şəhər Kommunal Təsərrüfat Birliyinin rəisi olan bacıoğlusu Məcidov Hüseyn Valeh oğluna həvalə edibmiş. Sitat: “Zakir Fərəcov hara gedirsə, bacıoğlusunu özü ilə yanına aparır. Abşeronda işləyəndə həmin bu bicoğlu oradakı MİS-lərdən birinə rəhbərlik edirdi. Dəfələrlə bizimlə görüşüb vəd versə də, dayısının borcunu ödəməkdən yayınır. Biz anlamırıq, bizə olan borcu niyə Fərəcov yox, Hüseyn ödəməlidir? Çox xahiş edirik, bizim düşdüyümüz acınacaqlı durumu ölkə rəhbərliyinə çatdırasınız”.
Çox maraqlıdır, Zakir Fərəcov niyə başqa kadr tapmır ki, öz bacısı oğlunu özü ilə əvəzolunmaz kadr kimi gəzdirir? İkincisi, Məcidov Hüseyn kimdir ki, öz dayısının borcunu ödəmək üçün hərəkətə keçir? Bəyən dövlət idarəçiliyində qanunlar yox, qohumluq əlaqələri önə keçməyə başlayıb?
Məlum olur ki, cinayət əməlində-“sahibkarlar işi”ndə Zalir Fərəcova yaxından dəstək verənlərdən biri də, Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatovdur. Bu adam haqqını tələb edən sahibkarlaı həbslə hədələyir. Zakir Fərəcov və baş memar güya sahibkarların pulunu verdikləri barədə yuxarılara saxta hesabatlar verirlər. İş burasındadır ki, özlərini haqlı çıxarmaq üçün bu cinayətkar cütlük həmin abadlıq işlərinin əsas icraçısı olan bir iş adamını saxta ittihamlarla məhbəsə saldırmaq kimi vicdansız bir əmələ də imza atıblar. Beləcə şər-böhtan atmaqla sahibkarı həbsxanaya saldırmaq kimi təhdid alətindən istifadə etməklə digər iş adamlarını qorxutmaq yolunu seçiblər. Beləliklə, Zakir Fərəcovda öz cinayətkar əməllərinə görə heç bir cəzanı almayacağı ilə bağlı bir arxayınçılıq sindromu formalaşıb. Bu, olduqca qorxulu və təhlükəli sindromdur. Zakir Fərəcovun intəhasız varlanmaq hərisliyi heç bir sərhəd tanımır və bütün sahibkarlar bu anoloqu olmayan “başçı”nı özləri üçün bir kabus kimi qəbul edirlər.
Nə vaxta qədər sahibkarlar səhəri “Zakir Fərəcov kabusu” ilə açacaqlar.? Zakir Fərəcov ölkə Prezidentinin siyasətini, xüsusilə sahibkarlara xüsusi diqqət və qayğının göstərilməsi ilə bağlı tapşırıqlarını və xəbərdarlıqlarını nə vaxtadək sabotaj etmək iqtidarında olacaq? Sahibkarların haqlı tələblərinə hüquqi müstəvidə nə vaxt qiymət veriləcək? O, kimə arxalanır? Mətbuatın əldə etdiyi məlumatlara əsasən, Zakir Fərəcovun əsas himayədarları artıq vəzifə başında deyildirlər, onun guya ki, yüksək vəzifəli yaxınlarının olması ilə bağlı davranışı sadəcə imitasiya elementidir. Onun “qoruyucu mələk”ləri qismində son dövrlərədək məhz Ramiz Mehdiyev və Əli Həsənov çıxış ediyi də “dövlət sirri” eyildir. Təsadüfi deyildir ki, Əli Həsənovun medianı kurasiya etdiyi dönəmdə, Zakir Fərəcovla bağlı bütün tənqidi materiallar saytlardan bir zəng vasitəsilə sildirilirdi. Şikayətçi iş adamları bildirir ki, Zakir Fərəcovun xarici ölkələrə birlikdə səfər etdiyi bir nömrəli adam Ramiz Mehdiyev olubdur: “Qoy müvafiq qurumlar bunu da araşdırsınlar görək, onları birlikdə xaricə səfər etməyə vadar edən amil nə olub?”
İstənilən halda, sahibkarlar bu ölkənin iqtisadiyyatını inkişaf etdirən zümrədir. Hansısa bir məmurun öz cibini doldurması iştahı ilə 100-lərlə sahibkarın hüququnu bu şəkildə tapdaması olduqca acınacaqlı və arzuedilməzdir. Ümidvarıq ki, ölkədə aparılan anti-korrupsiya tədbirləri bu “başçı”dan da yan keçməyəcək. Yazı hazırlanərkən məlum oldu ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə şəhərində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Elmar Vəliyevin icra başçısı olduğu dönəmdə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş şəxslər – Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıblar.
Beləliklə, bu gün Sumqayıtın və sumqayıtlıların ən böyük probleminə çevrilmiş Zakir Fərəcov sahibkarların qənimi və qanını soran “zəlisi” olaraq Sumqayıt miqyasında qanunazidd və cinayətkar fəaliyyəti ilə möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sahibkarlığa dəstək və onun inkişafı istiqamətində atdığı bütün möhtəşəm addımların üstündən xətt çekir. Özünü qanunun fövqündə qoyur. Bununla da ölkəmizin ali rəhbərliyinin müəyyən etdiyi kursa meydan oxuyur.
Sahibkarların mövqeyi birmənalıdır: ədalətin zəfər çalacağına bütün varlığımızla inanırıq, çünki ədalətli Prezidentimiz, mərhəmətli Birinci vitse-prezidentimiz, haqqı nahaqdan seçməyi bacaran, gözü tərəzi olan xalqımız vardır. Xalq-hakimiyyət birliyimiz vardır. Biz birlikdə güclüyük! (araz.az)
Paylaş:
Müəllif : Yazar
Tarix:2-09-2020, 17:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-09-2020, 17:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29