Rayonlar ləğv edilərsə, nə ilə nəticələnə bilər? - ŞƏRH
“Hazırda biz fəal islahatlar dövrünü yaşayırıq. Ona görə də bütün sahələrdə - qanunverici, icraedici, dövlət quruculuğu, məhkəmə, o cümlədən də yerli idarəetmə ilə bağlı optimallaşma getməlidir”.
Bunu “MediaPost”a açıqlamasında politoloq Tofiq Abbasov bəzi rayonların ləğv edilməsi və bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı müzakirələrdən danışarkən deyib. O bildirib ki, səmərəli idarəetmə üçün yeni variantların tətbiqi mümkündür:
“Optimallıq ilk növbədə rasionallığı nəzərdə tutur. Yəni xərclər az, əldə olunan nəticə böyük olsun. Bu baxımdan da təkliflər çoxdur. Ola bilsin ki, bu günə qədər mövcud sistem özünü doğruldurdu, ancaq indi yeni yanaşmalar var. Birincisi, əhalinin sayı dəyişilib, digər tərəfdən istehsal qüvvələrinin imkanları yenidən formalaşıb. Bu səbəbdən bölgələrimizdə müxtəlif konyuktura formalaşır. Belə başa düşürəm ki, bu, mümkün ola bilər. Yəni bəzi yerlərdə səmərəli idarəetmə mexanizmləri özünü doğrula bilər.
Sözügedən mexanizmin praktikada özünü doğrultması üçün kifayət qədər imkanlarımız, ehtiyatlarımız var. Bu bizə imkan verir ki, artıq rasional formada yeni variantlara keçək və hətta inzibati baxımdan da ölkə daxilindəki sərhədlərdə dəyişikliklər edək”.
Politoloqun fikrincə, hazırda “dublyaj sistemi” ilə üz-üzə qalmışıq: “Bir yanda icra hakimiyyətləri, digər tərəfdə bələdiyyələr var. Yəni bu qurumlar haradasa bir-birlərini təkrarlayır, bəzi hallarda mane olurlar. Bir də görürsən ki, bu qurumlar bir-birlərinin işini hətta problemli vəziyyətə salırlar. Mənə elə gəlir ki, yeganə sistem daha məqsədəuyğun olar. Yerli özünüidarəetmə effektiv idarəçilik baxımından özünü təsdiqləyirsə, onun səmərəsi çox olur”.
T.Abbasov yerli özünüidarəetmənin sui-istifadə hallarına mane olduğunu söyləyib: “Bəzi ölkələrdə, məsələn, ABŞ-da əyalət bölgəsində çox vaxt vətəndaşlar prezidentin kim olmasından xəbərsizdirlər. Amma yerli idarəetmə orqanlarının rəhbərlərini, onların bütün məsuliyyətini, fəaliyyət dairəsini gözəl bilirlər. Ona görə də onları daha çox yerli özünüidarəetmə orqanların seçkisi maraqlandırır və buna fəallıq göstərirlər. Beləliklə, məmur özbaşınalığının da qarşısı alınır. Çünki yerli idarəetmədə hər şey sanki özünü bütün çılpaqlığı ilə göstərir. Bu baxımdan orada “qara-qura” işlərin görülməsi, sui-istifadə, mənimsəmə və s. kimi neqativ hallar demək olar ki, mümkünsüz olur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-09-2020, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-09-2020, 12:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54