Hakimiyyətin “yeni qvardiyası” tam oturuşa bilibmi? - “Yeni ”qvardiya" köhnələrin yolunu davam etdirməməlidir"
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar genişmiqyaslı kadr dəyişikliklərini, köhnə “qvardiyanın” yeni, müasir tələblərə cavab verən kadrlarla əvəzlənməsini də zəruri edirdi. Artıq xeyli müddətdir məhz bu zərurətin tələblərinə uyğun addımlar atılır. Kadr islahatları demək olar bütün sahələri əhatə edir. Artıq yeni kadrlardan ibarət hökumət, hakimiyyət komandasının formaşaldığını söyləmək mümkündür. Bu prosesə mane olmaq istəyənlər qarşısını ala bilmədilər.
Bəs hakimiyyətin “Yeni qvardiyası” - onlar nəyi necə etməlidirlər? “Köhnə qvardiya” bir çox hallarda sərt ölkədaxili siyasətə meylli idilər. “Yeni qvardiya” tam oturuşa və bütün strukturlarda yerləşə bilibmi?
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, köhnə komandanın idarəçilik metodları ilə ölkənin siyasi toplumu kifayət qədər tanışdır. Həmin səhv idarəetmə metodlarının acısını hər birimiz öz üzərimizdə yaşamışıq. Həmin idarəçiliyin nəticəsində ölkədə uzun müddət ərzində siyasi institutlar faktiki olaraq sıradan çıxarılıb, bir çox partiyalara, partiya funksionerlərinə basqılar olunub, siyasətlə məşğul olmaq bir növ təhlükəli fəaliyyətə çevrilib.
Əvəzində bəzi siyasilər hakimiyyətdə təmsil olunan həmin idarəçilərin pərdəarxası dəstəyi ilə cəmiyyətə “aparıcı partiyalar”ın “siyasi liderləri” kimi təqdim olunublar: “Təsadüfü deyil ki, bu gün elə həmin ”siyasilər" bu və ya digər formada hakimiyyət daxilindəki “köhnə qvardiya”nın dirənişinə dəstək verir və cari ilin mart ayından başlayaraq işartıları görünən iqtidar-müxalifət münasibətlərinin yeni və açıq müstəviyə keçməsinə maneçilik törətmək istəyirlər. Görünən də odur ki, proseslərin şəffaf olması bunlara sərf etmir.
Biz AMİP olaraq hər zamankı mövqeyimizdəyik. Ölkədə sağlam siyasi rəqabət və azad seçki mühitinin formalaşmasında, partiyalara normal siyasi fəaliyyət göstərmək imkanlarının tanınmasında, xüsusilə də dövlətçilik və milli maraqlar baxımından ölkənin taleyüklü məsələlərinin hakimiyyət yetkililəri və müxalifət nümayəndələrinin bir masa ətrafında müzakirə edə bilməsinin reallığa çevrilməsində maraqlıyıq. Yeni “qvardiya” da bunda maraqlı olmalıdır və köhnələrin yolunu davam etdirməməlidir. Bu istiqamətdə fəaliyyət göstərən və ölkənin siyasi həyatına yeniliklər gətirmək istəyən qüvvələrə dəstək verməyə hazır olduğumuzu da bir daha bəyan edirik. Bu gün bütün strukturlarda yenilərin tam oturuşduğunu və prosesin yekunlaşdığını söyləmək isə tezdir".
ADP sədrinin müavini, hüquqşünas Taliyət Əliyev bildirdi ki, “köhnə qvardiya”nın hələ uzantıları qalmaqdadır. Yəni “yeni qvardiya”nın hələ bütün ölkə üzrə bütün strukturlarda tamamilə oturuşması baş verməyib, proses davam edir. Bu proses əvvəldən də gözlənilirdi ki, elə də asan və sürətli keçməyəcək. Çünki çox böyük müqavimət, sabotaj, əngəllər yaradılırdı. Köhnə qvardiya asanlıqla getmək istəmirdi: “Bu səbəbdən hamıya məlum idi ki, ölkədə hakimiyyətdaxili ziddiyyətlər mövcuddur və bu ziddiyyətlər nə vaxtsa açıq müstəviyə keçəcək. Bu gün cəmiyyət artıq hakimiyyətdaxili mübarizənin açıq müstəvidə baş verməsinə şahidlik edir. Hakimiyyət daxilində baş verənlərin səbəbi kimi bir çox faktorlar göstərilir və baş verənlərə bir çox adlar verilir. Baş verənləri daha çox hakimiyyət daxilində olan ”5-ci kolon"a qarşı aparılan mübarizə kimi qələmə verməyə çalışırlar. Hesab edirəm ki, bu yanaşmada böyük həqiqət payı vardır. Müxalif kəsim olaraq da hakimiyyət daxilində “5-ci kolon”un olduğunu zaman-zaman bildirmişik və bu qüvvələri də ölkənin milli təhlükəsizliyi üçün təhlükə hesab etmişik. Əgər bu baş verənlər doğrudan da hakimiyyət daxilində olan “5-ci kolon”un təmizlənməsidirsə, buna ancaq sevinmək olar. “Yeni qvardiya” adlandırılan yeni komanda “5-ci kolon”u tamamilə bütün sistemdən uzaqlaşdırıb, tam neytrallaşdırmaq işində qətiyyətli olmalı və ölkə başçısına bu işdə ciddi dəstək olmalıdır. Çünki bu, cəmiyyətimizin və dövlətimizin maraqlarına xidmət edən məsələdir. Yox, əgər bu savaş hakimiyyətdaxili qrupların öz mənafeləri uğrunda gedən mübarizədirsə, bunun cəmiyyətə və dövlətə heç bir müsbət təsiri ola bilməz. Ona görə də baş verənlərə yekun qiymət verməyə tələsməyək. Hesab edirəm ki, hələ proseslərin ortasıdır".
T.Əliyev qeyd etdi ki, yeni komanda “köhnə qvardiya”nın iş sistemini, yanaşmalarını, idarəetmə metodlarını təkrarlamamalıdır: “Onlar sələflərini təkrarlamasalar, korrupsiyaya, rüşvətə bulaşmasalar, vəzifəni şəxsi varidatlarını artırmaq, klançılıq üçün vasitə hesab etməsələr, müsbət işləri ilə fərqlənə biləcəklər. ”Köhnə qvardiya" özünü xalqdan təcrid etmişdi. Yenilər xalqa açıq olmalıdır".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2020, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2020, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01