İcra başçısının məzhəbçilik etməsi iddialarına - RƏSMİ AÇIQLAMA
Cəlilabad sakinləri rayonun icra hakimiyyəti başçısı Namiq Zeynalovun radikal təriqətçiləri təbliğ etdiyini iddia edib.
Bu barədə Cəlilabad sakinləri “MediaPost”a müraciət ünvanlayıb.
Sakinlərin yazdığına görə, dəfələrlə din xadimləri, rayon ağsaqqalları tərəfindən tövsiyələr edilsə də, N.Zeynalov bu əməllərini davam etdirir.
İcra başçısının dəfələrlə rayon məscidləri, ziyarətgahlar və keçirilən ənənəvi tədbirlər barədə təhqiramiz ifadələr işlətdiyi, məzhəb ayrıseçkiliyi ilə bağlı zarafatlar etdiyi qeyd olunub.
Sakinlər həmçinin iddia edib ki, N.Zeynalov rayonun problemləri ilə maraqlanmaq əvəzinə, radikallığı təbliğ edən hərəkətlərə yol verir.
Məlumatda qeyd edilib ki, dəfələrlə rayonda çalışan iş adamlarından qeyri-qanuni şəkildə Bakı və Sumqayıtda yaşayan təriqətçilərə yardım edilməsi tələb olunub.
Cəlilabad Rayon İcra Hakimiyyətindən “MediaPost”a verilən məlumatda qurumda məzhəbçiliyin mövcud olmadığı bildirilib.
“Bəzi xəbər saytlarında qərəzli məqalələr dərc edib. Böhtan xarakteli həmin yazı rayon icra hakimiyyətini nüfuzdan salmaq məqsədi daşıyır.
Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov heç zaman radikal təriqətçiliyi təbliğ etməyib, dini məzhəblər arasında vəhdətinin yaradılmasına çalışıb. O, karantin rejimindən əvvəl müntəzəm olaraq din xadimləri ilə görüşüb, onların problemlərinin aradan qaldırılmasına kömək göstərib, məscidlərin qanun çərcivəsində fəaliyyət göstərməsini, Aşura mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilməsini dəstəkləyib. Həmçinin o, Aşura günü rayon fəalları ilə birlikdə qanvermə aksiyasında iştirak edib, məscidlərdə ehsan süfrələrinin açılmasını təşkil edib.
Ümumiyyətlə, Cəlilabad rayonunda dini radikalizim və şiə-sünni ayrı-seçkiliyi mövcud olmayıb. Son zamanlar dindarlar arasında heç bir qarşıdurma müşahidə edilməyib, dindən siyasi alət kimi istifadə olunmayıb”, – məlumatda qeyd edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2020, 11:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2020, 11:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti