“İqlim dəyişikliyi yeni epidemiyaların yayılmasına səbəb ola bilər” - NƏ ETMƏLİ?..
İqlim dəyişikliyi qlobal bir problemdir. İstisnasız olaraq bütün ölkələrə təsir göstərən bu problemin beynəlxalq və yerli səviyyədə təsirini azaltma strategiyasının hazırlanması lazımdır. İndi alimlər ən pis iqlim ssenarisinin təsdiqləndiyini və qütb buzlaqlarının əriməsinin proqnozlaşdırıldığından daha sürətli getdiyini söyləyirlər.
Ekoloq Fikrət Cəfərov AYNA-ya deyib ki, bu ssenari həyata keçirilərsə, bütün dövlətlər, o cümlədən Azərbaycan üçün də yaxşı heç nə vəd etmir: “İqlimin dəyişməsi faktı göz qabağındadır və yeni çağırışlara hazır olmaq lazımdır. Bunun üçün indidən fərqli istiqamətlərdə tədbirlər görməliyik. Əvvəla, kənd təsərrüfatı və əhalinin sağlamlığı ilə bağlı problemləri həll etməyə başlamalıyıq”.
“Ölkəmiz artıq ikinci ildir ki, içməli su qıtlığı yaşayır və real addımlar atılmasa, vəziyyət daha da pisləşəcək. Kənd təsərrüfatı sahəsində suvarma suyunun qənaətlə sərf edilməsinə imkan verən müasir texnologiyaların tətbiqinə başlamaq lazımdır. Ənənəvi suvarma metodu ləğv edilməli, suvarma üçün yağış suyu qurğularından istifadə edilməlidir və bunun sayəsində əvvəllər işlədilən suyun həcminin 25%-nə qənaət etmək mümkün olacaq. Şirin sudan isə daha rasional olaraq istifadə olunmalıdır. Kiçik, lakin daimi, suyun həcminin asanlıqla idarə olunduğu kiçik su anbarlarından istifadə etmək lazımdır”, - o bildirib.
Müsahibimizin sözlərinə görə, əlavə olaraq, artezian quyularını qazarkən diqqətli olmaq lazımdır: “Çünki yanlış yanaşma yeraltı su mənbəyinin tükənməsinə səbəb ola bilər. Kənd təsərrüfatı sektorunda daha çox quru havaya uyğunlaşdırılmış məhsullardan istifadə etmək lazımdır”.
Əhalinin sağlamlığına gəldikdə, Cəfərovun qeyd edib ki, iqlim dəyişikliyi yeni epidemiyaların, xüsusilə ağcaqanadların yaydığı Nil dəngə qızdırmasının və Afrika taununun yayılmasına səbəb ola bilər: “Bunlara qarşı vaksinlər milyonlarla dollara başa gələ bilər, ancaq nəzərə almaq lazımdır ki, viruslara qarşı vaksinlər yalnız müəyyən bir müddət üçün təsirli olur. Üzücü nəticələrin qarşısını almaq üçün əhalinin sağlamlığına daha çox diqqət yetirməliyik”.
İstixana qazlarından və onun əsas mənbələrindən biri olan avtomobillərdən danışan ekoloq, Azərbaycanda, təxminən 1,5 milyon ədəd avtomobilin olduğunu söyləyib: “Bu, dünya miqyasından baxdıqda əhəmiyyətsiz bir rəqəmdir. Ölkəmizdə istixana qazı tullantılarının azaldılmasına, xüsusilə avro-4-ə keçməyə yönəlmiş bir sıra qaydalar qəbul edildi. Bu sahədə doğru istiqamətdə irəliləyirik. Ancaq hələ görüləsi işlər var. Məsələn, Respublikada elektrikli nəqliyyat vasitələrində artımın təşviqi üçün ictimai nəqliyyatın elektrik enerjisi ilə işləməsinə çalışmaq lazımdır”.
Dünya səviyyəsində iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində atılan addımlardan danışan Cəfərov, Avropa effektiv “yaşıl xəritəsinin” yaradıldığını, lakin həyata keçirilməsinin ciddi xərclər tələb etdiyini xatırladıb: “Yaxın 2-3 ildə Avropa İttifaqı bu xəritədə göstərilənlərin ən azı 60%-ni tətbiq edərsə, planı uğurlu saymaq olar. Ancaq koronavirus pandemiyası Avropa iqtisadiyyatını elə dəyişdirdi ki, buna görə indi deyilənləri həyata keçirmək daha çətin olacaq”.
Ekoloq Telman Zeynalov isə AYNA-ya deyib ki, son dərəcə bədbin iqlim proqnozları verənlər çox da səriştəli insanlar deyil, bəzən də fırıldaqçılardır: “Yaxın on illər üçün deyil, yaxın gələcək üçün də iqlimlə bağlı dəqiq bir proqnoz vermək asan deyil. Bu cür mütəxəssislərin gurultulu açıqlamalarının məqsədi insanları qorxutmaqdır.
Müsahibimiz bununla yanaşı, iqlim dəyişikliyinin baş verdiyini və bunun Azərbaycana da təsir etdiyini etiraf edib: “Mənşəyi nə olursa olsun - təbii və ya süni olmasına baxmayaraq, istənilən iqlim kataklizmlərinə hazır olmalıyıq. İndi havanın temperaturunun isitiləşməsində bir artım müşahidə edirik və dəyişən şərtləri nəzərə alaraq uyğunlaşma mexanizmlərini inkişaf etdirmək lazımdır. Bütün bunlar edilə bilər, amma ölkəmizdə bu kimi məsələlərlə heç kim məşğul olmur”.
Zeynalov, nəhayət, tullantıların düzgün idarə edilməsinə başlamaq lazım olduğunu düşünür: “Çünki çürüyən tullantılar nəticəsində atmosfer çirklənməsi baş verir və metan istixana qazı effektini artırır. Tullantıların gəlirə çevrilməsi lazımdır və bunun üçün bir çox seçim var. Son 6-7 il ərzində miqyası qorxunc hala gələn quraqlıqla mübarizəyə başlamağın vaxtı gəlib çatıb. Bunun səbəbi suvarma üçün su çatışmazlığıdır. Payızda, qışda, yazda ölkədə yağışlar çox olur ki, bu da toplanaraq quraqlıq zamanı suvarma üçün istifadə olunmalıdır. Suyun təkrar istifadəsi də tətbiq olunmalıdır. Çaylara bitişik ərazilərin su altında qalmaması üçün çay sahillərində təbii qalxan rolunu oynayacaq ağaclar əkilməlidir. Bu bitkilər suyun torpaqdan buxarlanmasının qarşısını alır”.
"Rüzgar" İctimai Birliyinin sədri İslam Mustafayev də AYNA-ya şərhində, ölkədə su qıtlığı probleminin həllinin vacibliyinə diqqət çəkib: “Azərbaycanda yağıntının tezliyindəki dəyişiklik, orta hava istiliyi, dağların zirvəsindəki buzların qalınlığı və s. iqlim dəyişikliyinin getdiyinin bir sübutudur. Dəyişikliklərin azaldılması və uyğunlaşma prosesləri var. Ən vacib prioritetlərdən biri su ehtiyatlarından səmərəli istifadədir”.
“Yaşıl texnologiyaların istifadəsinə də ehtiyac var. İqlim dəyişikliyi, əsasən böyük miqdarda istixana qazı tullantıları ilə əlaqələndirilir. Ölkəmiz 1991-ci illə müqayisədə, 2030-cu ilədək istixana qazı tullantılarının miqdarını 35% azaltmaq üçün Paris Sazişinə əsasən, öhdəlik götürüb. Tullantıları əhəmiyyətli dərəcədə azaltmağı bacardığımız üçün bu öhdəliyi yerinə yetirə biləcəyik. Beynəlxalq sənədlərdən danışırıqsa, əsas sənədlərdən biri də əksər ölkələr tərəfindən qəbul edilmiş BMT-nin İqlim Dəyişikliyi Konvensiyasıdır. Dünya bu gün qlobal istiləşmə təhlükəsi qarşısında birləşib”, - Mustafayev vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2020, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2020, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09