"Həsən Həsənov hələ də “Xalq Qəzeti”ndə iş başındadır və Əli Həsənovun palaz-palaz yazılarını buraxır…" - İTTİHAM
Məlum olduğu kimi, Respublika Baş Prokurorluğu PA-nın keçmiş şöbə müdiri Əli Həsənova qarşı cinayət işi qaldırıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. KİVDF Əli Həsənovun təşəbbüsü ilə yaradılıb və onun kurasiyasında olub. KİVDF-in vəzifəli şəxsləri isə, qurumun sədri Vüqar Səfərli və qurumun Müşahidə Şurasının sədri Həsən Həsənovdur.
Deməli, KİVDF-də külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə cinayətlərində də bu sonuncu iki nəfər və Əli Həsənov ittiham olunmalıdır. Qəzetlərə layihə üzrə pulları da onlar “ayırıb”, jurnalist binalarının tikintisinə də onlar “baxıb”, jurnalistlərə mənzilləri də onlar “paylayıb”. Mətbuata sızan məlumatlara görə, söhbət hardasa 10 milyona yaxın büdcə vəsaitinin talanmasından gedir. Yeri gəlmişkın, Əli Həsənovla Vüqar Səfərli işdən qovulsalar da, Həsən Həsənov hələ də “Xalq Qəzeti”ndə iş başındadır və Əli Həsənovun palaz-palaz yazılarını buraxır…
Nə qədər qəribə olsa da, Əli Həsənov kurasiya etdiyi bütün sahələri (mətbuat, ictimai-siyasi təşkilatlar və diaspora), faktiki olaraq, özəlləşdirib və rəhbərlikdə öz adamlarını yerləşdirib. Uzağa getməyək, elə Televiziya – radio şurasını götürək. Məhdud ştatı olan bu qurumun sədri Əli Həsənovun dostu, birinci müavini həyat yoldaşı, aparat rəhbəri isə yaxın qohumu idi. “Xəzər” televiziyasını isə zorla türkiyəli sahibkardan almış və universiteti yenicə bitirmiş oğluna bağışlamışdı. Deyilən görə, Əli Həsənov iki jurnalist binasında 20-dən çox qohumunu pulsuz mənzillə təmin edib. Onların əksəriyyəti jurnalistikadan uzaq adamlardır. 1-ci jurnalistlər binasının 1000 kv.metrlik 1-ci mərtəbəsini isə Əli Həsənov 1000 manata özəlləşdirmiş və burda həyat yoldaşı üçün “Kaspi” təhsil mərkəzi açmışdı. İki jurnalist binasının 400 ailəsi isə bir aptekə, bir çörək mağazasına, həta bir pul çıxaran aparata həsrət qalmışdı, dərman, çörək dalınca 300-400 metr piyada getməli olurdu. Yeri gəlmişkən, Əli Həsənov Azərbaycan Nəşriyyatının ərazisinin yarısını da zəbt edib, burda Beynəlxalq Mətbuat Mərkəzi tikdirib və müxtəlif media qurumlarına icarəyə verib…
Amma Əli Həsənovun işləkləri, cinayət əməlləri yalnız büdcə vəsaitlərini talamaqla, vəzifə səlahiyyətlərini aşmaqla bitmir. Qeyd etmək lazımdır ki, peşəkarların mətbuatdan uzaqlaşdırılması, mətbuatın sıxışdırılması, trollaşdırılması və marginallaşdırılması, bir sözlə, 4-cü hakimiyyət rolundan uzaqlaşdırılması da Əli Həsənovun dövrünə təsadüf edir. Təsəvvür edin ki, Qurban Məmmədov, Ata Abdullayev və s. kimi adamlar Əli Həsənovun mətbuat trollarıdır. Həsənov rəsmi qəzetlərin başına həvəskar senzorları, televiziyalara isə öz qohumlarını, tamamilə təsadüfi adamları gətirib. Bu adamların rəhbərlik etdiyi media qurumları da, göründüyü kimi, ölkədə həyata keçirilən islahatları dəstəkləmək iqtidarında deyil. Nəticə də göz önündədir, rəsmi qəzetləri faktiki olaraq, ictimai rəyə təsir etmir. Çünki qəzetlər heç bir araşdırma vermir, yeni layihələrlə, təkliflərlə çıxış etmir, tənqidi yazılar vermir, ucuz tərifçilik edir. Axı, qəzetin senzor redaktorunu “Nəyi vermək lazımdır?” yox, “Nəyi vermək olmaz?” sualı maraqlandırır. Bu da xaricdə yaşayan, Azərbaycan dövlətinin və hakimiyyətinin ünvanına söyüş, böhtan və təhqir yağdıran məlum mətbuat trollarına (Qurban Məmmədov da onlardan biridir) meydan açır. “Müqəddəs yer” boş qalmır, deyirlər…
Yeri gəlmişkən, mən “Xalq qəzeti”ndə10 il işləmişəm və qəzetin Əli Həsənovun təyin etdiyi senzor redaktoru Həsən Həsənovu iş (oxu: cinayət) başında müşahidə etmişəm. Bu adamın Bakının mərkəzində 3 villası, çoxmərtəbəli binalarda neşə-neçə 3 və 4 otaqlı mənzilləri, biznes obyektləri var (mənim bu barədə geniş, ünvanlı bir yazım var, hələ gözləyirəm…) amma yenə gözü doymur. Rəsmi qəzetin redaktoru deputatdan çox – 3500 manat “zəhmət haqqı” alır. Qəzetin əməkdaşları isə minimum əmək haqqından az – 350 manat maaş (qonorarla birlikdə) alır, ildə bir dəfə adi kostyum ala, yayda Qubaya, Qaxa 1 həftəlik istirahətə gedə bilmir. Redaksiyanın hərəsi 50-60 min manat civarında olan 3-4 xidməti lyuks avtomobili var, hamısı da baş redaktora və onun ailəsinə xidmət edir. Elə bil “Təzə Bazar”dır, adi müxbir götürmək üçün 4-5 min rüşvət istəyir, odur ki, bir nəfər qələmli müxbir qəzetə gəlmir. Hər yazıya 100-200 manat, hər xəbərə 50-100 manat rüşvət tələb edir. Bölgə müxbirlərinin aylıq hesabı isə bir ayrı “qaravəlli”dir. Deyəndə də, deyir ki, “əcəb edirəm, gedin kimə istəyirsiz şikayət edin”. Hazırda rayonlarda icra başçılarını korrupsiyaya görə həbs edirlər, amma Bakının “göbəyində” korrupsiya babası olan baş redaktora gözünün üstündə qaşın var deyən yoxdur. Bu rəzalət 20 ildən çoxdur ki, davam edir…
Və son olaraq. Hazırda Əli Həsənov Türkiyədə müalicə olunur. Ona tezliklə sağalmağı və Azərbaycana qayıdıb qanun qarşısında durmağını arzu edirik. Amma Əli Həsənovun rəhbərliyi ilə büdcə vəsaitlərini talamaqla və vəzifə səlahiyyətlərini aşmaqla bilavasitə məşğul olan KİVDF-in vəzifəli şəxsləri – Vüqar Səfərli və Həsən Həsənov Bakıda, qanun qarşısındadırlar… Amma nə qədər ki, qəti imkan tədbiri seçilməyib, Türkiyəyə müalicəyə gedə bilərlər…
Mənbə: https://qalibarif.blogspot.com/2020/09/li-hsnovun-islklri.html?fbclid=IwAR3yfNrJLWK8Rq6MXW5hAP3blEOPneOLpiEuBy0mgInz0DkmnkNKOB //teref.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2020, 11:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2020, 11:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39