Azərbaycanlı politoloq Mövlud Çavuşoğluna məktub yazdı: - "Bir çox azərbaycanlıya 5 illk giriş qadağası verilib"
Azərbaycanlı politoloq Ramiyə Məmmədova Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna məktub ünvanlayıb.
regionxeberlericom.az Cebhe.info-a istinadən xəbər verir ki, o, məktubda özü də daxil olmaqla, bir çox Azərbaycan vətəndaşının Türkiyəyə 5 illik giriş-çıxış qadağası aldığını bildirib.
Məktubda deyilir:
"Hörmətli nazir, həm özüm, həm də bir çox Azərbaycan vətəndaşı adından sizdən kömək istəyirik. Bütün dünya COVID-19 kimi virusla mübarizə apardığı zamanda qardaş Türkiyədə yaşayan, pandemiya səbəbilə ölkədə qalan və çıxa bilməyən vətəndaşlarımız Türkiyə gömrüyündən keçərkən böyük haqsızlığa uğrayıb, 5 illik giriş və çıxış qadağası alıblar. Hörmətli nazir, pandemiya səbəbilə İmmiqrasiya İdarəsi əcnəbilərin uçuşlarına başlanıldıqdan sonra 1 ay ərzində xarici vətəndaşların ölkənizi cəzasız tərk etməsinə icazə verib. Bildirmək istəyirəm ki, Azərbaycana müntəzəm uçuşlar 3 avqustdan başlayır və bu qərar 3 sentyabr tarixinə qədər etibarlı sayılır. Qərardan sonra mən və mənim kimi bir çox vətəndaş bilet almağa başlayıb (biletlərin normal qiymətdən baha olduğu göz qabağındadır). Bilet tapmaq çətin olduğundan yaşayış vizasının vaxtı bitdikdən 3 gün sonra ölkənizi tərk edə bildim. İstanbul Hava Limanında viza şöbəsindəki məmurlar heç bir sənəd təqdim etmədən cəza yazdılar və pandemiya səbəbindən heç kimin pulu olmadığını anladıqları üçün İstanbula döndüyümüz zaman ödəyə biləcəyimizi söylədilər. Yalnız Azərbaycana qayıtdıqdan sonra mənim və minlərlə insanın ölkənizə girişinə 5 illik qadağa qoyulduğunu öyrəndim. Başqa sözlə, İmmiqrasiya İdarəsinin qərarını rəhbər tutaraq heç bir problem olmayacağı üçün Türkiyədən çıxdıq, ancaq məmurlar qanunlara tabe olmadılar və bu qərarı çeynəyərək bir çox Azərbaycan vətəndaşına qarşı haqsızlıq etdilər”.
Politoloq bildiirb ki, avqust ayında kimsənin cəza almaması gözlənilərkən minlərlə Azərbaycan vətəndaşı Türkiyədə yaşamasına baxmayaraq, evlərinə dönə bilməyib:
“Azərbaycandakı səfirliyə məktubla müraciət etdim, onlardan da müsbət cavab ala bilmədim. Turizm və ya iş vizası üçün sənədlərimizi toplayıb Ankaraya təsdiqlənməyə göndərə biləcəklərini və təsdiq gəldikdə viza müraciətinin yoxlanılacağını dedilər. Hörmətli nazir, bir daha demək istərdim ki, normal uçuşların avqust ayında başladığını bilən və sentyabr ayına qədər problemsiz yola çıxa biləcəyini düşünən insanlar indi əziyyət içindədir və bu qadağanın qurbanıdır. Bu məsələni şəxsən özünüzün araşdırmağınızı və bizə kömək etməyinizi xahiş edirəm. Sizin böyüklüyünüzə və doğru qərar verəcəyinizə inanıram".
Paylaş:
Müəllif : Yazar
Tarix:12-09-2020, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-09-2020, 12:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26