Gəncədə rayonların ləğvi əslində nə üçündür? - İLGİNC
Gəncədə iki rayonun - Kəpəz və Nizami rayonlarının ləğvi məsələsi "boz kardinal"ın cəmiyyətə və qanunlara sayğısız toy-düyün qalmaqalından sonra daha çox diqqət çəkən mühüm məsələlərdəndir. Bu təşəbbüsün kimlər tərəfindən və niyə məhz indi gündəmə sürükləndiyini, əsas məqsədin daha çox nələrə bağlı olduğunu söyləmək üçün yaxın keçmişə nəzər yetirmək və bir müddət öncə Gəncənin Nizami rayonunun sabiq icra başçısı Məharət Mustafayevin, yanaşı olaraq da İHB-nin sabiq baş memarı Əli Rüstəmlinin həbsini və barəsində qaldırılan əsaslı cinayət işini xatırlamaq vacibdir. Bununla belə, bir çox dostlarımız, xüsusilə də Gəncəsevər şəxslərin bu mövzuda digər sualları məntiqinə varsa da;
* "Əgər bu bir inzibati idarəetmədə islahatdırsa, niyə məhz Bakıdan deyil Gəncədən başlayaq?,
* ləğv edilməlidirsə, Gəncədən başqa formal xarakterli rayonlara da diqqət yetirməliyik!"..
və sair bu kimi arqumentlər də təşəbbüsün ictimai müzakirəsində tutarlı əks detallara, cavab istəyən hala çevrilsə də, mənə görə pərdəarxası nüansın mühüm elementi prosedurun məcburiliyidir.
Xatırladım ki, sabiq icra başçısının dövründə dəfələrlə Elmar Vəliyevin təqdimatı ilə sözügedən rayonlara başçı təyinatı alanların heç bir işə yaramadığını, ən yaxşı halda şəhər icra başçısının sudaşıyanı və ya damkomu olduğunu qeyd etmişəm. Ən əsası, Gəncəni əhatə edən torpaq sahələrinin qanunsuz (sərəncam əsasında) satılmasında Elmar Vəliyevin tapşırığı ilə "torpaq baronluğu" etmələrini qınamışam. Bütün hallarda digər icra başçılarının şəhər rəhbərliyi yanında qeyri-müstəqil və fəaliyyətsiz olmalarını hayqırmışam. Bir şəhərdə eyni idarələrə 3 adda fərqli tapşırıqların verildiyini absurd adlandırmışam...
Yəni, mən hesab edirəm ki, deputatlıqlarını Elmar Vəliyevə borclu olanların təşəbbüskarlığı ona görə baş verib ki, şəhər icra Hakimiyyəti Kəpəz və Nizami rayonları üzrə icra başçılarının de-fakto fəaliyyətsizliklərinə artıq dözmək istəmir, digərləri də onsuz da icra edə bilmədikləri səlahiyyətlərdən qurtulmaq istəyirlər. Təşəbbüs inzibati ərazi ləğvdən daha çox, pərakəndə inzibati idarəetmənin bütövləşməsinə doğru atılan addıma oxşayır.
Və bu baş verərsə, əslində köhnə eybəcərliklərin birdəfəlik aradan qaldırılacağı, rayon İHB-lərin əməllərinin ört-bas ediləcəyi, konkret bir şəxsin Gəncənin icra başçısı kimi məsuliyyətinin və məhsuldarlığının artırılacağı real görünür.
Amma, səslənən bir fikirlə də razıyam ki, hazırki durumda Gəncənin rayonlar üzrə icra hakimiyyətlərinin ləğvindən daha ciddi sosial-iqtisadi problemləri mövcuddur.
Gəncənin deputatları belə inzibati idarəetmə mövzusundan daha çox, əslində millətin gündəlik qayğılarından da danışmalıdır.
Görünür, Gəncə əhalisinin bəlli və ciddi problemlərinin həlli Nizami və Kəpəz rayonlarının (İHB-lərinin) ləğvindən sonra asanlaşacaq. Deputatlarda da belə bir ümidlər var isə EYVALLAH!!!
Osman Nərimanoğlu
Demokratik.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:14-09-2020, 11:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-09-2020, 11:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52