"Araz Rəhimov mənə 500 min dollar dəyərində ziyan vurub" - GİLEY
Hər kəsə bəllidir ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsi, makroiqtisadi sabitliyin təmin olunması, mərkəzi ərazilərlə bərabər regionlarda da sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisələrin, yeni iş yerlərinin yaradılması və s. əsas strateji məqsədlərdən biri olaraq qarşıya qoyulub. Yəni, ölkə prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması, rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı, bu gün də ardıcıl tədbirlər proqramı həyata keçirilməkdədir. Verilimiş tapşırıqların nəticəsi olaraq bu istiqamətdə atılan addımlar ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Onu da qeyd edək ki, qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, bu gün də cənab Prezidentin daha çox önəm verdiyi məsələlərdən biridir.
Bütün bunlara baxmayaraq, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küşəsi-101/9 ünvanında yaşayan Vəliyeva Rübabə Hüseyn qızının 2015-ci ildən üz-üzə qaldığı problemin varlığı onu söyləməyə əsas verir ki, cənab İlham Əliyevin bu yöndə vermiş olduğu tapşırıqlar, hələ də açıq-aşkar şəkildə tapdaqlar altına atılmaqdadır. Bir neçə gün bundan öncə Rübabə Vəliyevanın Gundemxeber.Az saytının redaksiyasına təqdim etdiyi şikayət ərizəsində qeyd etdiyi faktların varlığını, məhz bir daha buna misal çəkə bilərik. Adı çəkilən bu xanım redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində yazır: “Diqlas” ticarət mərkəzinin rəhbəri Araz Rəhimov mənə 500 min dollar dəyərində ziyan vurub. Qeyd edim ki, bu şəxs yanıb külə dönən “Diqlas” ticarət mərkəzi ilə bərabər, “Lotos” ticarət mərkəzinin də direktorudur.
Mən 2010-cu ildən “Lotos” ticarət mərkəzində gəlinlik paltarlarının satışı və icarəsi işi ilə məşğul olurdum. 2015-ci ildə dolların kursu bahalaşdı və belə bir səbəb üzündən də, fəaliyyətimizdə ciddi problemlər əmələ gəldi. Həmin vaxta qədər işlətdiyim mağazanın icarə haqqını heç vaxt gecikdirməmişdim. Elə ki, dolların bahalaşması səbəbindən işlərimizdə müəyyən problemlər əmələ gəldi, ona görə də icarə haqqını bir neçə ay vaxtlı-vaxtında ödəyə bilmədim. Bundan əlavə, həmin vaxtlarda oğlum ağır xəstəliyə də düçar oldu. Buna görə də, əlimdə olan pulları oğlumun əməliyyat olunmasına və müalicə olunması işlərinə xərcləməyə məcbur oldum. Yəni, ümumi vəziyyətim ağırlaşdığından icarə haqqını ödəmək üçün “Lotos”un rəhbəri Araz Rəhimovdan 10 gün müddətinə vaxt istədim. O, həmin gün işlətdiyim mağazanın qapısını ploblatdırdı və icarə haqqını ödəmək üçün mənə vaxt verdi. Təxminən bir həftədən sonra icarə haqqını ödəmək məqsədilə “Lotos” ticarət mərkəzinə gəldikdə gördüm ki, işlətdiyim mağazada təmizlik işləri aparılır.
Onu da qeyd edim ki, həmin vaxtlarda işlətdiyim mağazada 500 min dollar dəyərində malım var idi və bütün mallarımı boşalmışdılar. Həmin gün Araz Rəhimov mənə “İşlətdiyin mağazada heç nəyin olmayıb” dedi, o halda şoka düşdüm. Bildirim ki, mallarımı xəbərim olmadan ayrı-ayrı şəxslərə satmışdılar və mənim cəmi 3260 manat məbləğində icarə haqqına görə borcum var idi. Belə bir məbləğ borca görə, mağazamdakı 500 min dollarlıq malllarımı ayrı-ayrı şəxlərə satmışdılar. Bu cür addımın atılması birbaşa özbaşınalıqdır, özgə malının ələ keçirilib mənimsənilməsi deməkdir. Belə bir məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Mirqafar Seyidovun qəbulunda oldum, o, məni diqqətlə dinlədi və şikayətimin araşdırılması üçün Nizami rayon Polis İdarəsinin sabiq rəisi Nofəl Məhərrəmova müvafiq tapşırıq da verdi. Polisin işə qarışmasından sonra mallarımın bir qismi yanıb külə dönmüş “Diqlas” ticarət mərkəzində tapıldı, bir qismi isə başqa sahibkarlara satıldığından onlarda tapıldı. Nofəl Məhərrəmovun verdiyi tapşırıqdan sonra bir nəfər tədqiqatçı ilə yanıb külə dönmüş “Diqlas” ticarət mərkəzinə getdik və üç mağazada mallarımı tapdıq, onların şəkillərini çəkdik.
“Diqlas” ticarət mərkəzində üç qadın sahibkar bildirdi ki, “Onlar gəlinlik paltarlarının kimə məxsus olduğunu bilməyiblər, malları satıblar, onlar da alıblar”. Daha sonra “Lotos” ticarət mərkəzində olan boş mağazalara da baş çəkdik. Həmin vaxt müdiriyyət polis əməkdaşının qarşısına çıxmadı və buna baxmayaraq mən Nizami rayon Polis İdarəsinin sabiq rəisi Nofəl Məhərrəmovun iş otağında Araz Rəhimovla üzləşməli oldum. O, polis rəisinin yanında problemi qaydaya salacağına söz verdi və mənə “Get mallarına bax, gör nələr çatışmır” dedi. Elə ki, mallarıma baxdım, o halda gördüm ki, itbat edilmiş mallarımın cəmi 10 faizini qaytarıb yerinə qoyublar. Buna görə də Araz Rəhimova heç cür razılaşmadım və mallarımın hamısını geri qaytarmalarımı ondan tələb itdim.
Mən 2015-ci ildən üz-üzə qaldığım belə bir problemlə bağlı Bakı şəhər Prokurorluğunda, Baş Prokurorluqda, Xətai rayon Prokurorluğunda olmuşam, dəfələrlə aiddiyyatı dövlət qurumlarının rəhbər şəxslərinə ərizələr yazmışam, teleqrammalar göndərmişəm, son anda nəyəsə nail ola bilməmişəm. Hətta, bu azmış kimi Nizami rayon Prokurorluğunda və Polis İdarəsində cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar da çıxarılıb. Yəni, əlimdə kifayət sənəd-sübut, kaset və s. olsa da, hələ də mən haqqıma qovuşa bilmirəm. Heç bir dövlət qurumunda baş verənlərlə bağlı cinayət işi qaldırılmır, bir sözlə araşdırma işləri aparılmır. Belə bir səbəb üzündən də, bir vətəndaş olaraq Konstitusiya ilə müdafiə olunan hüquqlarım tapdaqlar altına atılır. Bildirim ki, yaşadığım mənzilimi 2014-cü ildə tanıdığım şəxslərdən birinə notarial qaydada verib, həmin şəxsdən 65000 manat borca pul götürdüm və həmin pula mal alıb xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Elə ki, belə bir olayla üz-üzə qaldım və ötən illər ərzində həmin şəxsdən aldığım pulları geri qaytara bilmədim, çox keçmədi ki, daha bir olayla da üz-üzə qaldım. Yəni, bir müddət bundan öncə həmin şəxs mənzilimin ələ keçirilməsi məqsədilə Xətai rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etdi və bu gün icraata götürülmüş iş materiallarının məhkəmə qaydasında araşdırılması prosesi davam etdirilməkdədir. Digər bir halın varlığı isə ondan ibarətdir ki, “Lotos” ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum vaxtlarda, dörd bankdan götürdüyüm kredit borclarımı da ödəyə bilirdim. Elə ki, adı çəkilən ticarət mərkəzinin rəhbərliyi məni olmazın oyuna saldı, o halda ayrı-ayrı banklardan götürdüyüm kredit borclarımı heç cür ödəyə bilmədim və bu gün mənim xarici ölkələrə çıxışıma qadağa qoyulub. Bu yöndə atılan addımlar, yuxarıda qeyd etdiyim kimi mənim bir vətəndaş olaraq Konistitusiya ilə qorunan hüquqlarımın tapdaqlar altına atılması deməkdir. Düçar olduğum belə bir problem, hal-hazırda məni olduqca çıxılmaz vəziyyətə salıb”.
Baş verənləri təhlil edib bu gün belə bir qənaətə gəlmək olar ki, hal-hazırda “Lotos” ticarət mərkəzinin rəhbərliyi ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlarla bağlı vermiş olduğu tapşırıqları deyil, məhz məsələlərlə öz prizmasından yanaşıb “Ağa nəzərəm, belə gəzərəm” yanaşmasını daha üstün tutur. O halda sual oluna bilər ki, axı Rübabə Vəliyeva atdığı addımları ilə ölkəmizdə yeni iş yeri yaradır, müəyyən qədər işsizliyin qarşısını alır, ölkə iqtisadiyyatının inkişafına lazımi köməkliyini göstərir, bir sözlə qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini bəxş edir. Bu belə olduğu halda, hələ də “Lotos” ticarət mərkəzi rəhbərliyinin və onun tabeçiliyində çalışan vəzifə sahiblərinin atdıqları addımların varlığını heç cür başa düşmək olmur.
P.S. Problemin varlığını bundan sonra da diqqətdə saxlayacağıq və bu yöndə araşdırmalarımızı davam etdirib, bəzi gizlinlər barədə geniş ictimaiyyəti ətraflı məlumatlandırmağa çalışacağıq. //GundemXeber.Az//
Paylaş:
Müəllif : Yazar
Tarix:14-09-2020, 15:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-09-2020, 15:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39