Sabah dərs başlayır, direktor 10 şagirdi məktəbə buraxmır: Nazirlik isə “gözləsin” deyir - Sumqayıtdan GİLEY
Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin direktoru Xanım Əhmədova onlayn qeydiyyatdan keçmiş, 1-ci sinfə gedəcək 10 uşağın sənədlərini geri qaytarıb.
Bununla bağlı Cebhe.info-ya valideynlərdən biri şikayət edib. Şikayətçi bildirib ki, 1 ay əvvəl övladını onlayn qeydiyyatdan keçirib: “Sənədlərinin tam qaydasında olmasına baxmayaraq, Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin direktoru Xanım Əhmədova ümumilikdə 10 uşağın sənədlərini qəbul etmir. Bizə deyirlər ki, məktəbdə 1-ci sinif müəllimləri üçün nəzərdə tutulan uşaq sayı tamamlandığı üçün yerdə qalan 10 uşağı götürə bilməzlər. Sabah dərs başlayır. Bunların məntiqi ilə belə çıxır ki, 10 uşaq təhsilsiz qalacaq. Birinci sinifin uşaqların gələcəyi üçün nə dərəcədə önəmli olduğu məlumdur.
Bizim uşaqlar niyə təhsildən kənarda qalmalıdır? Əgər məktəbdə yer yox idisə, o zaman niyə onlayn qeydiyyatdan keçirdilər? Məgər onlayn qeydiyyat zamanı hər məktəbə neçə uşağın götürüləcəyi bilinmirmi? Bu məsələlər necə tənzimlənib ki, bizim uşaqlar kimlərinsə günahı ucbatından təhsildən kənarda qalır?”
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. Şikayəti diqqətə çatdırdıqdan sonra nazirliyin sözçüsü ilə söhbətimizi olduğu kimi təqdim edirik:
V.M:
-Məktəbə qəbul olunmayan uşaqların valideynləri nə etsin?
C.V:
-Gözləmə siyahısı var, orada gözləsin.
V.M:
-Sabah dərs başlayır axı...
C.V:
-Başa düşürəm, gözləmə siyahısında həftənin sonunadək gözləsin, müvafiq olaraq ona cavab veriləcək.
V.M:
-Onlayn qeydiyyatdan keçən uşaqlarda belə problem olur?
C.V:
-Yox, əslində onu yerləşdirməlidirlər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsi və sözügedən Sumqayıt şəhər 31 nömrəli məktəblə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-09-2020, 16:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-09-2020, 16:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11