Qocaman YAP: Partiya rəhbərliyində olan +70-lərin SİYAHISI
Hakim Yeni Azərbaycan Partiyasında (YAP) islahatların həyata keçirilməsi ilə bağlı təşkilatın nüfuzlu üzvlərinin açıqlamalar verməkdə davam edirlər. Müşahidələr göstərir ki, artıq YAP-da islahatlar zərurətə çevrilib və partiyanın yenilənməsi labüddur. Bu sadəcə zaman məsələsidir.
Lakin partiyanın bəzi qurucu üzvləri prosesi sürətləndirməyin tərəfdarı kimi çıxış edirlər. Məsələn, YAP-ın yaradılmasında iştirak edən partiyanın Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bəyan edib ki, koronavirusun ikinci dalğası başlamamış islahatları gerçəkləşdirmək lazımdır. Ehtimal olunur ki, yaxın vaxtlarda düyməyə basılacaq.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, hakim partiyanın yenilənməsi hakimiyyətin elan etdiyi islahatlar kampaniyasına uyğun formada aparıla bilər. Yəni, partiyanın rəhbər strukturlarında təmsil olunan yaşı 70 və 70-dən yuxarı olan, eyni zamanda artıq cəmiyyət tərəfindən qəbul edilməyən şəxslər yeni və gənc kadrlarla əvəzlənəcək. Bəzi YAP-çıların islahatlar mövzusunda danışarkən daha çox İcra Katibliyi, İdarə Heyəti və Siyasi Şuranın üzərində fokuslaşması da daha çox bu strukturların dəyişikliyə məruz qalacağını söyləməyə əsas verir.
Hazırda YAP-ın İdarə Heyətinin 20 üzvü var. Onlardan Hacıbala Abutalıbov, Nurlana Əliyeva , Akif Əlizadə, Əli Həsənov , Yusif Hümbətov, Nizami Xudiyev, Eldar İbrahimov, Abel Məhərrəmov, Arif Rəhimzadə və Mixail Zabelinin yaşı 70 və 70-dən yuxarıdır. Digər tərəfdən, siyahıda olan bəzi şəxslərin ümumiyyətlə fəaliyyəti hiss olunmur. İdarə Heyətində Prezidentin keçmiş köməkçisi Əli Həsənov və deputat Siyavuş Novruzov kimi artıq iqtidar komandasında arzuolunmaz şəxsə çevrilən fiqurlar da var ki, onların da əvəzlənəcəyi şübhə doğurmur. Beləliklə, İdarə Heyətinin əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalacağını düşünmək olar.
Siyasi Şuraya gəlincə, hazırda qurumun 84 üzvü var. İdarə Heyətində təmsil olunanlar həm də Siyasi Şuranın üzvləridir. O zaman yuxarıda adlarını çəkdiyimiz şəxslərin Siyasi Şuradan da kənarda qalacağını söyləmək olar. Bununla belə bəzi istisnalar da ola bilər.
Siyasi Şurada Novruz Məmmədov, Rafiq Məhəmmədhəsənov, Misir Mərdanov, Hadı Rəcəbli, Dilarə Seyidzadə, Rizvan Vahabov, Yaqub Mahmudov, Fatma Abdullazadə kimi yaşı 70 və 70-dən yuxarı olan üzvlər də var. Ehtimal olunur ki, onlara da “əlvida” deyiləcək.
Partiya sədrinin müavinləri də dəyişə bilər. YAP sədrinin 4 müavinindən ikisi – Əli Həsənov və Akif Əlizadənin də gənc kadrlarla əvəzlənəcəyi gözlənilir. Onsuz da bu şəxslərin İdarə Heyətində təmsilçiliyinə son qoyulacağı da ehtimal olunur. Bu halda onların müavin kimi saxlanılacağı inandırıcı görünmür.
YAP-ın dəyişikliklərdən sonrakı vitrininin necə olacağını isə hələlik söyləmək çətindir.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-09-2020, 10:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-09-2020, 10:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25