Ramiz Mehdiyevin “vurduğu” məmurlar, deputatlar və iş adamları - İLGİNC
Prezident Administrasiyasının sabiq rəhbəri ona tabe olmayan və Rusiyanın maraqlarına qarşı çıxan şəxsləri necə sıradan çıxarıb…
I YAZI
2003-cü ilin sonlarında prezident Heydər Əliyevin ağır vəziyyətdə ABŞ-ın məşhur “Klivlend” klinikasına aparılması və sağalma ehtimalının çox aşağı olması hakimiyyət daxilində ciddi parçalanma yaratmışdı. Belə ki, Rusiyaya məxsus “5-ci kolon”un üzvləri mövcud boşluqdan istifadə edərək, hakimiyyəti ələ keçirməyə çalışırdılar. Bu qruplaşmanın üzvləri Heydər Əliyevin hələ sağlığında çox incə detallarınadək hazırladığı “varis planı”na qarşı çıxaraq, hakimiyyətin “onların haqqı” olduğunu düşünürdülər. Çünki Kreml də onlara bu “haqqı” tanımışdı. Lakin həmin vaxt Türkiyə və ABŞ-ın proseslərə müdaxiləsi, o cümlədən daxildə İlham Əliyevin hakimiyyətə gəlməsini istəyən güclərin böyük revanş götürməsi “5-ci kolon”un hakimiyyət arzusunu gözündə qoydu. Bu haqda daha ətraflı yazacağıq…
Mehdiyev hakimiyyəti güc yolu ilə ələ keçirmək istəyirdi…
İndi isə onu qeyd edək ki, ötən yazılarımızın birində də vurğuladığımız kimi, hələ 2003-cü ilin avqustunda – İlham Əliyev baş nazir postuna təsdiqlənən günün öncəsi (3 avqust – müəl.) “5-ci kolon”un “xaç atası” olan Ramiz Mehdiyevin Bakının mərkəzindəki evinin ətrafına minə yaxın silahlı şəxs toplaşmışdı. Həmin vaxt Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev və daxili işlər naziri Ramil Usubovun rəhbərlik etdiyi bu şəbəkə (Keçmiş baş prokuror Eldar Həsənov və “fövqəlnazir” Kəmaləddin Heydərovun da bu qruplaşmanın rəhbər şəxslərindən olduqları iddia edilir – müəl.) hakimiyyətin İlham Əliyevə ötürülməsinin qarşısını almaq niyyətində idi. Ona görə ki, İlham Əliyev baş nazir postuna sahib olarsa, faktiki olaraq hakimiyyət onun nəzarətinə keçəcəkdi. Çünki hələ H.Əliyevin sağlığında – 24 avqust 2002-ci ildə keçirilən referendum seçkiləri zamanı Konstitusiyaya edilən dəyişikliyə əsasən, prezident bu və ya digər səbəbdən öz vəzifəsini icra edə bilmədikdə, onun səlahiyyətləri baş nazirə keçirdi. Şübhəsiz, bu, H.Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.
Buna baxmayaraq, Rusiyadan gələn tapşırıq əsasında Mehdiyev-Usubov “cütlüyü”nün rəhbərlik etdiyi hakimiyyətdaxili qruplaşma İlham Əliyevin baş nazir postuna gətirilməsini güc yolu ilə önləmək niyyətində idi. Bu məqsədlə 2003-cü ilin avqutsun 3-də (İ.Əliyev avqustun 4-də baş nazir vəzifəsinə təyin olunub – müəl.) gecə saatlarında Ramiz Mehdiyevin evinin ətrafınan toplaşan silahlılar hakimiyyətdaxili çevriliş etmək üçün “boz kardinal”ın əmrini gözləyirdilər. Ancaq R.Mehdiyevin bu məkrli niyyətindən xəbərdar olan İlham Əliyev tərəfdarları bu prosesin qarşısını almağa müyəssər oldular. Belə ki, həmin vaxtı ətrafından böyük idmançılar “ordusu” toplaşan deputat Cəlal Əliyev (İlham Əliyevin əmisi – müəl.) Ramiz Mehdiyevə zəng edərək, qısa müddətdə evinin önündəki silahlılar dağılmayacağı təqdirdə, onun özü qarışıq, hamısının darmadağın ediləcəyini bildirib. Görünür, C.Əliyevin kifayət qədər prinsipial insan olduğunu yaxşı bilən R.Mehdiyev həmin vaxt onun əmrini gözləyən silahlıların dağılmasına göstəriş vermək məcburiyyətində qalıb.
Azərbaycanda hakimiyyət bölgüsü
Çoxlarına da bəlli olduğu kimi, Heydər Əliyev ölüm ayağında olarkən təkcə daxili qüvvələr deyil, ABŞ, Rusiya və Türkiyə kimi böyük güclər də Azərbaycanda hakimiyyətin qansız ötürülməsi üçün bir masa ətrafına toplaşıblar. Bəzi bilgilərə görə, həmin vaxt prezidentliyə namizəd İsa Qəmbərin ətrafında birləşən milli qüvvələrin hakimiyyətə gətirilməsi məqsədəmüvafiq hesab olunmayıb. Azərbaycanda stabilliyin bərpası və enerji daşıyıcılarının təhlükəsizliyi naminə hakimiyyətin İlham Əliyevə ötürülməsinə qərar verilib. Təbii ki, bu zaman əsas söz sahiblərindən biri olan Rusiya öz maraqlarını qorumağa müvəffəq olub.
Belə ki, Kremlin istəyi ilə kadr siyasəti birbaşa Ramiz Mehdiyevə həvalə olunmalı, “5-ci kolon”un digər rəhbər şəxləri toxunulmaz qalmalı və onlar İlham Əliyev komandasında öz mövqelərini qoruyub saxlamalı idilər. Məhz bu anlaşmanın nəticəsi idi ki, 2003-cü ildən 2019-cu ilin sonunadək Ramiz Mehdiyev ölkədə “at oynadır”dı və belə demək olarsa, onun “kəsdiyi başlara” sorğu-sual yox idi.
Ötən ilin sonlarından etibarən ölkədə və regionda siyasi dəngələr dəyişdiyindən, məsələn, Rusiyanın regiondakı yerinə tədricən qardaş Türkiyə sahiblənməyə başladığından, artıq Azərbaycanda da kadr islahatlarına zərurət yaranmışdı. Odur ki, bu prosesdən uğurla yararlanan prezident İlham Əliyev 2019-ci ilin ikinci yarısından etibarən ölkədə “gəncləşdirmə siyasəti”nə başladı və nəticədə Ramiz Mehdiyev də daxil olmaqla Rusiyaya bağlı bir sıra məmurlar öz postlarından uzaqlaşdırıldı, bəziləri isə başqa vəzifələrə təyin olundu.
Bütün bunlar öz yerində, biz 2003-cü ilə qayıdaraq, Rusiyaya bağlı qüvvələrin İlham Əliyev komandasında özlərinə yer etdikdən sonra hansı qanunsuzluqlara imza atdıqlarına aydınlıq gətirək…
Mehdiyevin “ikinci baharı”
Əminliklə deyə bilərik ki, 2003-cü il dekabrın 12-də Heydər Əliyev rəhmətə getdikdən sonra Ramiz Mehdiyev hakimiyyət pilləsində özünün “ikinci baharı”nı yaşamağa başladı. Yəni keçmiş hakimiyyətin dönəmində H.Əliyev bəzi məsələlərdə onun önünü kəsir, sərbəstliyinə mane olurdusa, İ.Əliyev hakimiyyətində o, özünün “boz kardinal” titulunu bir qədər də gücləndirmiş oldu. Hətta, bəzi bilgilərə görə, mətbuatda “boz kardinal” kimi təqdim olunması onun özünə də zövq verirmiş. Çünki Moskvadan güc alan Mehdiyev, faktiki olaraq, özünü hakimiyyətin “şəriksiz sahibi” hesab edirdi. O, istədiyi adamı vəzifəyə qoyur, istədiyini çıxarır, ona tabe olmayan istənilən şəxin “torbasını tikərək” həbsxanaya göndərirdi. Onun zülmə məruz qoyduğu insanlar arasında məmurlarla yanaşı, biznesmenlər, deputatlar və s. şəxslər də vardı. Bunlardan bəzilərinin adlarını da çəkə bilərik. Məsələn, keçmiş deputat Rza İbadov, sabiq müdafiə naziri Səfər Əbiyev, Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimov, Diaspora Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı, “Azpetrol” şirkətinin rəhbəri Rafiq Əliyev, deputat Nazim Bəydəmirli, “Zülfüqarlı qardaşları” kimi tanınan iş adamları Loğman Zülfüqarlı və Nurəddin Zülfüqarlı, Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyev, “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayev, “AMAY” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev və s. Xatırladaq ki, Rza İbadov və Zülfüqarlı qardaşları ölkədən didərgin salınıb, Hüseyn Abdullayev hazırda həbsdədir, A.Abdullayev isə bir neçə il türmə həyatı yaşadıqdan sonra azadlığa buraxıldı.
O ki qaldı yuxarıda adlarını çəkdiyim şəxslərin “vurulma” səbəblərinə, bu haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin hazırkı başçısı Eldar Əzizovu da əvvəl Sumqayıt şəhər, sonra isə Səbayel rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsindən Ramiz Mehdiyevin uzaqlaşdırdığı haqda informasiyalar var. Məlumata görə, sonradan prezident İlham Əliyev R.Mehdiyevin ona yalan informasiya verdiyini bilərək, E.Əzizovu daha yüksək vəzifəyə gətirib.
O cümlədən, keçmiş səhiyyə naziri Əli İnsanovun “vurulması”nda da Mehdiyevin xüsusi rolunun olduğu bildirilir. İddia olunur ki, vəzifədə olduğu dönəmdə Əli İnsanovun hər kəsin içərisində Ramiz Mehdiyevi “cırtdan” adlandırması və onun iradəsinə aşkar şəkildə tabe olmaması “boz kardinal”ı çox qəzəbləndirirmiş. Bu səbəbdən, 2005-ci ildə yaranmış fürsətdən istifadə edən R.Mehdiyev onun “quyusunun” daha dərin qazılmasına göstəriş verib. Nəticədə Ə.İnsanov nə az, nə çox düz 12 illik həbsə məhkum edilib…
Mehdiyev icra başçılarından necə haqq toplayırmış…
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bəzi icra başçılarına qarşı həyata keçirdiyi əməliyyatlar zamanı aşkara çıxdı ki, onların hər biri Ramiz Mehdiyevə “haqq” verirmiş. Belə iddialar var ki, icra başçıları saxlanılarkən onların evlərindən və iş otaqlarından çıxan və hazır bağlamalarda olan pullar məhz Mehdiyevə ötürülmək üçün hazırlanıbmış. Üstəlik, R.Mehdiyevin prezidentin ehtiyat fondundan rayonların iqtisadi inkişafı, yolların təmiri və s. məqdsədilə ayrılan vəsaitin də önəmli hissəsinə sahib çıxdığı haqda şok informasiyalar var. Bütün bunlar haqqında növbəti yazımızda geniş məlumat verəcəyik. Bu zaman biləcəksiniz ki:
– Prezidentin rayonlara ayırdığı pulların neçə faizi Ramiz Mehdiyevin hesabına yatırmış?
– Hər ay icra başçıları Prezident Administrasiyasının rəhbərinə nə qədər “haqq” göndərirmiş?
– İcra başçısı vəzifəsinə təyin olunmaq istəyənlər üçün rayonlar üzrə hansı qiymətlər müəyyən olunubmuş?
– Ramiz Mehdiyevin göstərişi ilə hansı rayonda və nə məqsədlə prezidentin kartejinin önünə it leşi atılmışdı?
– R.Mehdiyev “qara siyahı”sına düşən məmuru, deputatı və ya iş adamlarını kimlərin və hansı media orqanlarının vasitəsilə “ləkələyir”, sonra onları “vurdurur”muş?
Bu və digər sualların cavabını “Hürriyyət”in növbəti sayında tapa biləcəksiniz. Bizi izləməyi unutmayın!
“Hürriyyət”
Paylaş:
Müəllif : Yazar
Tarix:15-09-2020, 16:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-09-2020, 16:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16