Gəncədə məmurdan professora qarşı qeyri-etik hərəkət - GİLEY
Redaksiyamıza Gəncə şəhərindən şikayət ərizəsi daxil olmuşdur. Aktualxeber.az-a üz tutan Gəncə şəhər Ağsaqallar Şurasının həmsədri, Əməkdar müəllim, professor Məmmədov Nurəddin Nəcəf oğlu məmur qonşusunun özbaşınalığından və vəzifəsindən sui-istifadə edərək ona qarşı etdiyi haqsızlıqdan şikayətçıdır. N. Məmmədov qeyd edir ki, Gəncə şəhəri Xəlil bəy Xasməmmədov küçəsi 9 sayli binada yerləşən mənzillərdən birində yaşayan qonşusu Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Elşad Ağayev tutduğu vəzifəsindən sui-istifadə edərək yaşadığı mənzilin həcmini 3-4 dəfə artırıb və nəticədə onun mənzilinə girişinin qabağını kəsərək tam qeyri-normal kommunal şərait yaratmağa səbəb olmuşdur. Bununla o qonşu kimi bütün birgə yaşayış kommunal, etik, estetik digər qonşuluğa sığmayan mədəni məişət, milli mentalitetimizə yaraşmayan hərəkətlərə yol vermişdir. Şikayətçimiz qeyd edir ki, Elşad Ağayev heç kimlə hesablaşmır, heç kimi saymır və dinəndə də deyir ki, “mənim arxamda dağ kimi dayanan adamım var, mən heç kimdən qorxmuram, heç kim mənə bata bilməz. İstəsəm lap sahəmi bir azda yekəldərəm”. Amma o bilmir ki, cənab Prezidentimiz daim sadə vətəndaşların arxasında durduğunu bəyan edərək məmurlara səslənir ki, xalqı incitməsinlər və əhaliyə xidmət etsinlər. Dövlət başçısı xüsusi olaraq vurğulayır ki, məmurlar vəzifəyə xalqa xidmət etmək üçün təyin olunurlar. Əməkdar müəllim dövlət başçısından və əlaqədar təşkilatlardan xahiş edir ki, belə qanunsuz hərəkətlərin qarşısını alınması, heç bir icazə sənədi olmayan qanunsuz tikililərin sökülməsi üçün lazımı göstəriş verilsin.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-09-2020, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-09-2020, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11