reklam
Regionxeberlericom.az » Sosial » “REQAL” MTK EVİMİ SAXTA MÜQAVİLƏ İLƏ SÖKÜB...” – Baş prokurora şikayət

reklam

“REQAL” MTK EVİMİ SAXTA MÜQAVİLƏ İLƏ SÖKÜB...” – Baş prokurora şikayət


“16 may 2017-ci il tarixidə “Regal” MTK tikinti şirkəti tərəfindən razılaşma olmadan və müvafiq məhkəmə qərarı olmadan 2 mərtəbəli və bütün qeydiyytat sənədləri olan evim qanunsuz olaraq sökülərək darmadağın edilib. 4 ildir ki, Nəsimi rayon icra başçısı Asif Əsgərov və Nəsimi rayon prokuroru Salman Məmmədli tərəfindən hüquqlarım müdafiə edilmədiyi üçün kompensasiya ala bilməmişəm. Ev söküləndən bir neçə gün sonra mənim iştirakım olmadan saxta sənədləşmə olub, saxta müqaviləyə heç bir mülkiyyət hüququ olmayan şəxslər tərəfindən aparılıb”.
Bu fikirlər tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya proktoloqlar cəmiyyətinin üzvü, Çexiya həkimlər birliyinin üzvü, Avropa endoskopik cərrahlar birliyinin üzvi, Ali dərəcəli cərrah Qafar İskəndərovun Respublikanın Baş prokuroru Kamran Əlievə yazdığı şikayət məktibunda yer alıb.

Məhtubda daha sonra qeyd olunur: “59 saylı mənzil istismar sahəsinin rəisi Ələsgər Rüstəməv və pasport qeydiyyatçısı Zərifə Salahova öz izahatında saxta 2 sayli arayiş verdiklərini Nəsimi rayon prokurorluğuna yazılı etiraf etdib. Həmin saxta arayışla 13 saylı Dövlət notariat kontorunda dövlət notarusu Kəmalə Hüseynzadənin qanunsuz hərəkətlərindən prokurorluğa şikayətim təmin olunmadı. MTK-nın əməkdaşları tərəfindən mənim daşınmaz əmlak hüquqlarımın pozulması üçün hüquq-mühafizə orqanlarına 100 000 manatdan çox rüşvət verdiyi barədə şöhbətlər var. 
Əmlak hüquqlarımın müadfiəsi üçün Azərbaycan Respublikasının Prezidentinə, Rusiya Federasiyasının Prezidentinə, Səudiyyə Ərəbistanının Kral həzrətlərinə və Türkiyə Rüspublikasının Prezidentinə rəsmi və açıq məktubla müraciət etmişəm.
Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları da ədalətli olmazsa, Avropa Məhkəməsinə müraciət edəcəyimi dəfələrlə bəyan etmişəm. Eyni zamanda Nəsimi rayonunun icra başçısı Asif Əlgərov da mənim Avropa Məhkəməsinə müraciət etməyimi tövsiyyə edib.
Prokurorluq orqanlarında aparılan kadr dəyişiklikləri sikayətlərin düzgün araşdırılacağına dair ümüdlər yaradır. Lakin mənim əmlak hüqularımın bərpası işimdə müsbət nəticə yoxdur və sikayətlərin araşdırılmasında köhnə qaydalar davam edir.
Nəsimi rayon sabiq prokuroru Salman Məmmədli təqaüdə göndərilmişdir. Salman Məmmədli nə qədər ki, ölkədən getməyib və dünyasını dəyişməyib, mənim şikayətimin yenidən araşdırılmasının təmin olunmasını xahiş edirəm. 
Həmçinin Salman Məmmədliyə, Dövlət notariusu Kəmalə Hüseyinzadəyə və "Regal MTK"-nın təsisçilərinə,iş icraçılarına, 59 saylı MİS-in rəisi Ələsgər Rüstəməva, pasport qeydiyyatçısı Zərifə Salahovaya qarşı cinayət işinin açılmasına göstəriş verməyinizi və məni şəxsən qəbul etməyinizi xahiş edirəm”.
Qafar İskəndərov eyni zamanda bir neçə gün əvvəl onun şikayəti əsasında keçirilən məhkəmə prosesi barədə də məlumat verib:
«15 sentyabr 2020-ci il tarixində Nəsimi rayon Məhkəməsində evimin qanunsuz sokülməsində iştirak etmiş 13 sayli Dövlət notariat kontorunun rəhbərliyilə bağlı cinayət işinin qaldırılması üçün Nəsimi rayon Prokurorliğuna müraciətimə verilən rədd cavabından şikayətimə baxildı. Hakim Azər Tağıyevin dediyinə görə prokurorlar və istintaqçılar məhkəmə işlərinin ona düşməsindən çox qorxurlar. Lakin mən bunun əksini gördüm, istintaqçı iclası gözləmədən çıxıb getdi. Hakim Tağıyev məni dinlədikdən sonra müqavilənin yanlış bağlanmasını qeyd etdi. İclas 16 sentyabr tarixinə keçirildi.  Həmin vaxt isə istintaqçının hakimi saymadığını məhkəmə zalına telefonla gəlməsindən və oturuşundan gördüm. Sanki deyirdi ki, Azər Tağıyev sən kimsən ki, prokurorun qərarını ləğv edəsən.

Dövlət notariusu öz izahatında internet sistemində problem olmasını etiraf etmiş və arayişla müqaviləni rüşvət müqavilində bağlamışdır. Halbuki müqavilə forma 2 ilə bağlanmalı və ya arayışda digər şəxslərin qeydiyyatda olub-olmaması göstərilməli idi.Oxucuları yormamaq üçün qeyd edim ki, Möhtərəm Prezidentin qərarlarına, fərmanlarına və çıxışlarına hakimlər əməl etmirlər. Hakim sonda mən qərara aldım deyə, qərarı oxuyur. Dövlətin səlahiyyətli nümayəndələri bu hakimlərə demir ki, niyə Azərbaycan Respublikasının qanunlarına zidd qərarlar çıxarırsəz?
Hakim Azər Tağıyev bir gündə 16 proses keçirməsilə fəxr edir. Bunları yalnız kəmiyyət göstəricisi maraqlandırır. Burada hansı keyfiyyətdən, hansı düzgünlükdən və ədalətdən danışmaq olar?
Qeyd edim ki, sonda hakim Azər Tağıyev müqavilə ilkin instansiyada etibarsiz sayildığı üçün notariusa qarşı mülkü iddia qaldıraraq, dəymiş maddi və mənəvi ziyanı ondan da tələb etməyimi məsləhət gördü”.


Paylaş:


Müəllif : Tarix:
21-09-2020, 11:33
Sikayət   


loading...
Загрузка...