Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY
Son dövrlər Azərbaycanın sosial-iqtisadi və siyasi həyatının yenilənməsinə hesablanan islahatların bir qolu kimi də məhkəmə-hüquq sistemindəki dəyişikliklər göstərilir. Ali Məhkəmənin rəhbər heyətindəki dəyişikliklər, yeni hakimlərin təyinatı, eləcə də Respublika Baş prokuroru postuna yeni şəxsin gətirilməsi bu islahatların əhəmiyyətli tərkib hissəsi kimi göstərilir.
Təbii ki, bu addımlar təqdirəlayiqdir və indiyə qədər Azərbaycanda idarəçiliyin ən çox “axsadığı” pozisiyalardan biri, öz fəaliyyətilə cəmiyyətin bütün istiqamətlərdə inkişafını ləngidən və nəhayət ki, qaydaya salınmalı olan sahə məhz məhkəmə-hüquq sistemidir. Elan olunan islahatların bu sahədə uğur qazanacağına isə ümid edənlər də var, buna pessimist yanaşanlar da.
Hakim ədalətsiz qərar çıxararsa
İllərin təcrübəsi göstərir ki, Azərbaycanda bir zamanlar “toxunulmazlar kastası”na aid olanlar sırasında icra hakimiyyəti başçıları ilə yanaşı hakimlər də yer alıb. Bu sahədə çoxsaylı korrupsiya, rüşvətxorluq faktlarının mövcud olmasına baxmayaraq, olduqca nadir hallarda hansısa hakimin cəzalandırılması və xüsusilə həbsi faktına rast gəlmək olar. Hansı ki, sıravi Azərbaycan vətəndaşının, yaxud sahibkarın ən çox narazı qaldığı vəzifəli şəxslər sırasında məhz ədalətsiz, kimin pulu, gücü çoxdursa onun xeyrinə, sifarişlə qərarlar çıxaran hakimlər xüsusi yer tutub. Bu ədalətsiz qərarlar çoxlu sayda vətəndaşın mülkündən, ev-eşiyindən, biznesindən məhrum olmasına, hətta həbsinə, eləcə də ölkədə qeyri-şəffaf, rəqabətdən uzaq, eybəcər bir biznes mühitinin yaranmasına xidmət edib. Statistika göstərir ki, Azərbaycanda ilkin instansiya məhkəmələrinin çıxardıqları qərarların olduqca böyük hissəsindən, az qala hamısından apellyasiya şikayəti verilir. Bunun özü Azərbaycan məhkəmələrinin və hakimlərinin “faydalı iş əmsalı”nın bariz göstəricisidir.
Lakin bu o demək deyil ki, vətəndaş bu ədalətsizliklərə müqavimət göstərməyib, şikayət etməyib. Əlbəttə ki, edib. Lakin hakimlər və məhkəmələr “alınmaz qala” olduqlarından bu şikayətlər həmin qalanın divarlarına dəyərək, geri qayıdıb. Hansı ki, AR Cinayət Məcəlləsində haklimlərin çıxardıqları ədalətsiz qərarlara görə cinayət məsuliyyətinə dair xüsusi maddə var – 295-ci maddə. Lakin Azərbaycanda faktiki olaraq, bu maddə işləmir və sözün əsl mənasında “ölü maddə”yə çevrilib. Həmin maddədə deyilir: “Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
Məsələ necə başlayıb
Ədalətsiz məhkəmə qərarı ilə üzləşənlərdən biri də Bərdə rayonundan Mövsümov Əsgər Umudvar oğludur.
Aktualxeber.az-ın redaksiyasına müraciət edən şikayətçi bildirir ki, 2002-2003-cü illərdə tanıdığı Dostuyev Mayıl Dostu oğlu və ailə üzvləri ilə pay torpaqlarının dəyişdirilməsi haqda razılığa gəlib.
Yəni Əsgər Qaratəpə kəndində olan 9 hektarlıq pay torpağından 6 hektar,99 sot ərazini Mayıla etibarnamə ilə verir. Həmçinin Mayıl da öz pay torpağından 6 sot,99 sot torpağı etibarnamə əsasında Əsgərə verir.
Dəyiş-düyüş işlərində Mayılın həmən kənddə bələdiyyə üzvü olan qardaşı İsmayıl Dostuyev də iştirak edir.
Bundan bir neçə il sonra, Mayıl Dostuyev Əsgər Mövsümovdan aldığı pay torpağını 13 aprel , 2005-ci ildə ,4Ə-112 saylı alqı-satqı müqaviləsi ilə Həsənov Vaqif Hümbət oğluna satır.
2018-2019-cu illərdə Dostuyevin ailə üzvləri tərəfindən Əsgər Müvsümovun onların pay torpağından qanunsuz istifadə etdiyi üçün çıxarılması tələbilə məhkəməyə müraciət edirlər.
Maraqlı olaylar bundan sonra başlayır.
Əyyub Kərimovun bu işdə marağı nədir
Məhkəməyə iddia ilə Dostuyeva Cəmilə Şahsevən qızı müraciət edir.Onun ailəsinə məxsus pay torpağından cavabdehlərin çıxarılmasını xahiş edir.
İş Bərdə Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyevin icraatında olur.
İş nömrəsi 2(021)-671/2019-cu il tarixli qətnamədə iddiaçının tələbi qismən təmin olunur.
Hal-hazırda həmin qətnamə qüvvəyə minib və icra vərəqəsi üzrə icra olunur.
Buna baxmayaraq Cəmilə Dostuyeva və qeyriləri eyni predmet üzrə,eyni tərəflər arasında olan iş üzrə iddia ərizəsi ilə təkrar məhkəmə müraciət edir.
Hazırda həmin iddia ərizəsi Bərdə rayon Məhkəməsində Əyyub Kərimovun icraatındadır.
Əsgər Mövsümov yazır:
“ Mən və diğər cavabdeh şəxslər məhkəməyə ərizə ilə müraciət edərək bildirdik ki, bu iş eyni tərəflər arasında, eyni predmet üzrədir.
Məhkəmənin bu işə baxması qanunla yolverilməzdir.
Ancaq məhkəmə ərizələrimizi protokol qaydasında rədd edərək,bizim qanunla nəzərdə tutulmuş şikayət hüququndan məhrum etdi.”
Əsgər Mövsümovun şikayətindən görünür ki, hakim Əyyub Kərimov bu işdə tərəflərdən birinin marağını güdür.
Yuxarıda qeyd etmişdi ki, Əsgər Mövsümovla Dostuyevlər ailəsi öz pay torpaqlarını dəyiş-düyüş ediblər.
İndi Dostuyevlər ailəsi etibarnamə ilə verdikləri pay torpaqlarını Əsgərdən geri almaq istəyirlərsə təbii ki, sonuncu da qarşı tərəfə verdiyi torpağı tələb etməlidir.
Mövsümov Əsgər və ailə üzvləri də öz növbəsində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pay torpaqlarının Dostuyev və ailə üzvlərindən geri alınması, verilmiş etibarnamənin etibarsız hesab olunmasını tələb edirlər.
Son 6 ayda Əsgər Mövsümov 3 dəfə məhkəməyə bu iddia ilə müraciət edir. Lakin həmin iddia ərizəsi hər dəfə qeyri-qanuni olaraq baxılmamış saxlanılır.
Ancaq əks tərəfin iddiasına eyni predmet üzrə qanunsuz olaraq ikinci dəfə baxılır.
Əyyub Kərimov Mövsümovlara bildirir ki, “Mən belə qərar qəbul edirəm, Gedin hara şikayət edirsiniz edin”.
Hər halda hakimin qanunsuz əməlindən Məhkəmə-Hüquq Şurasına və aidiyyatı yerlərə şikayət olunacaq.
Ancaq bir məhkəmə hakiminin vətəndaşla belə danışmağa haqqı yoxdur. Hakim verdiyi qərarı Azərbaycan dövlətinin adından çıxarır.
Azərbaycan dövlətinin adından qərəzli qərar çıxarmaq, vətəndaşları dövlətdən incik salmaq olmaz.
Mövzuya qayıdacağıq. //aktualxeber.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:23-09-2020, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-09-2020, 10:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:14
Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... - Xaçmazda "TAXT-TAC OYUNLARI"...
4-11-2024, 16:01