reklam
Regionxeberlericom.az » Sosial » Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY

reklam

Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY

Bolgexeber.com-un redaksiyasına müraciət edən Balakən rayonu, Katex kənd sakini Emin Süleymanov onların ailəsinə məxsus olan 1,5 hektar torpağın başqası tərəfindən qanunsuz olaraq zəbt olunmasından şikayətçidir.
Şikayətçi bildirir ki,onun anası vəfat edib, onlar iki qardaş və bir bacıdırlar:

“Bizə məxsus olan 1 hektar yarım torpaq sahəsi bizim xəbərimiz , imzamız olmadan qanunsuz olaraq başqa şəxsə satılıb. Bu, biz yerli bələdiyyəyə gedərək bizə məxsus olan torpaq sahəsi haqda soruşanda üzə çıxıb. Belə ki, bələdiyyə sədri bizə bildirdi ki, sizin adınıza olan torpaq sahəsi 2006-cı ildə artıq satılıb və bizim adımıza həmin yerdə hal-hazırda heç bir torpaq sahəsi yoxdur.
Biz həmin əraziyə gedərək bizim torpağın kimə satılması ilə maraqlandıq.
Katex kəndindəki torpağımıza getdikdə gördük ki, həmin ərazidə bir nəfərin özünə mülk tikib, balıq gölü yaradıb, fındıq sahəsi salıb, ferma və sairə təsərrüfat obyektləri tikib.

Biz torpağımızı ələ keçirən şəxsən soruşduqda ki, “bu ərazini sizə kim satıb sizə?” o cavab verdi ki, siz satmısız.
Halbuki , biz heç bir alqı-satqı sənədinə qol çəkməmişik, hətta mən 2006-cı ildən Azərbaycanda olmamışam, Rusiyada olmuşam , bacım da rayonda yaşamayıb.
Məsələ ilə bağlı əməkdaşımız Katex kəndinin yerli bələdiyyəsi ilə əlaqə saxlayıb.
Yerli bələdiyyə sədri əməkdaşımıza bildirib ki, “bu məsələdən onun xəbəri yoxdur, özləri bilərlər”.Bələdiyyə sədri həmçinin bildirdi ki, torpaq sahəsi şikayətçinin atasının adına olub, amma sahəninin kimə satılması haqda o heç nə bilmir.
Mövzu diqqətimizdədir. Yaxın saatlarda məsələni araşdırıb ətraflı məlumat verəcəyik. //Bolgexeber.com//


Paylaş:


Müəllif : Tarix:
25-09-2020, 15:28
Sikayət   


loading...
Загрузка...