reklam
Regionxeberlericom.az » Sosial » MilliÖn terminallarında ödəmə problemi - Müştəri vəsaiti necə geri ala bilər?

reklam

MilliÖn terminallarında ödəmə problemi - Müştəri vəsaiti necə geri ala bilər?


Son günlər paytaxt sakinləri MilliÖn terminalları üzərindən BakıKart ödəmə kartlarına vəsait yüklədikləri zaman problemlə üzləşirlər. Belə ki, vətəndaşlar karta ödənişi təstiq etdiyi anda ödəniş terminalı tutulur və vəsait balansa yatırılmır.

Məsələ ilə bağlı Trend-ə açıqlama “MilliÖn” Müştəri Xidmətləri bölümünün rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, vətəndaşın kartına yatırılmayan vəsait istənilən halda ona geri qaytarılır. O, qeyd edib ki, ancaq ilk öncə terminalların üzərində olan qaynar xətt ilə əlaqə saxlamaq lazımdı:

“İstənilən müştərinin MilliÖn terminalı vasitəsi ilə kartına pul köçürülmə zamanı xəta baş verərsə, onlar ilk növbədə terminalın üzərində olan qaynar xətt ilə əlaqə saxlamalıdırlar. Xətalar müxtəlif cür ola bilər, müştərinin özü ucbatından, yaxud texniki nasazlıq səbəbindən. Problemlə üzləşən şəxs qaynar xətlə əlaqə saxlayıb xəta haqda bildirsə, vəsait müxtəlif yollarla ona geri qaytarıla bilər. Əgər müştəri pulun az olduğundan gəlib ofisdə geri almaq istəmirsə, vəsait onun mobil nörməsinə, komunal ödənişlərinə və digər bir balansı varsa, oraya ötürülə bilər”.

Ü. Əfəndiyeva əlav edib ki, vəsat ödənişini edən müştəri pulu yerində də bərpa edə bilər. Bunu üçün o kartı oxucuya qoymadan terminalda BakıKart bölümünə girməli, bərpa et düyməsini sıxıb daha sonra kartı oxucuya qoymalıdı. Bu zaman vəsait onun balansına bərpa olunur və bu barədə müştəriyə qəbz də verilir.


Paylaş:


Müəllif : Tarix:
25-09-2020, 17:22
Sikayət   


loading...
Загрузка...