Bank sektorumuzda "zəif bənd"... - İDDİA
Bir vaxtlar kiçik və mikro sahibkarlıq subyektləri arasında ən çox populyar olan və onlara nisbətən rahat şərtlərlə olsa da, olduqca yüksək faizlərlə kredit verən "AccessBank” artıq 4 ildir ki, külli miqdarda zərərlə işləyir. Mütəxəssislər bu bankı ölkənin ən riskli banklarından biri hesab edirlər.
Ötən ilin ortalarına qədər "AccessBank” məcmu kapital üçün nəzərdə tutulan minimum həddi belə təmin edə bilmirdi və yalnız yeni səhmdarların banka qoşulmasından sonra bu problem aradan qalxmış oldu.
Həmçinin, 2018-ci ilin ortalarında bankın rəhbərliyində edilən kadr dəyişiklikləri onun vəziyyətinin yaxşılaşacağına dair ümid yaradırdı.
Lakin 2019-cu ilin yekunlarına aid hesabatdan məlum olur ki, hal-hazırda "AccessBank” Azərbaycanda ən böyük məbləğdə ziyan edən bankdır. Belə ki, bank ötən ili 89 milyon 704 min manat, yəni az qala 90 milyon manat xalis zərərlə başa vurub. Bu, bankın 2016-cı ildə, yəni devalvasiyalardan dərhal sonra müşahidə edilən zərərin ardınca qeydə alınan ikinci ən böyük zərərdir.
Belə ki, "AccessBank” 2016-cı ili 100,889 milyon manat, 2017-ci ili 56.4 milyon manat, 2018-ci ili isə 11.5 milyon manat zərərlə başa vurub. Halbuki, 2007-2015-ci illəri yüksək xalis mənfəətlə başa vurmuşdu: cəmi təxminən 210 milyon manat.
Əslində, ötən il bankın faiz gəlirləri 95 milyon 887 min manat, faiz xərcləri isə 47 milyon 756 min manat olub ki, bu da bankın xalis faiz mənfəətinin 48 milyon 131 min manat təşkil etməsi deməkdir. Ancaq qeyri-faiz gəlir və xərcləri nisbətində bank ziyan edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 27 milyon 924 min manat, qeyri-faiz xərcləri isə 62 milyon 273 manat təşkil edib.
Nəticədə bank ötən ili 13 milyon 782 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bu, 2018-ci ildəki 33 milyon manatlıq əməliyyat zərərilə müqayisədə irəliləyiş sayıla bilər.
Lakin "AccessBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 103 milyon 486 min(!) manat ayırmaq məcburiyyətində qalıb. Bu, olduqca böyük məbləğdir və problemin kökü də bundadır.
Bu məbləğin ayrılması nəticəsində bank 2019-cu ili 89 milyon 704 min manat xalis zərərlə başa vurub. Hansı ki, 2018-ci ildə əksinə, bankın hesabına ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyatdan 21 milyon 415 min manat daxil olduğu üçün, onun zərəi 33 milyondan 11,5 milyona düşmüşdü.
Ötən il sözügedən fonda bu qədər vəsaitin ayrılması isə bankın külli miqdarda problemli krerditlərinin olmasından xəbər verir. Və bütün bunlar ölkə başçısının problemli kreditlərin həllinə dair fərmanına rəğmən baş verməkdədir.
Xatırladaq ki, bu fərman vətəndaşlarla yanaşı bankların da kreditlərlə bağlı problemlərinin əsaslı surətdə həll edilməsinə yönəlmişdi. Ancaq görünür, problemli kreditlərin həcmi həddindən artıq böyükdür və bank bu problemin öhdəsindən gəlməkdə böyük çətinliklər çəkir. Belədə isə "AccessBank”ın kredit portfeli və depozitlərdə göstərdiyi artım öz mənasını itirmiş olur.
Mütəxəssislər bankın problemli kreditlərinin həcminin böyüklüyünü ötən illərdə kreditlər verilərkən bank tərəfindən ciddi qanunsuzluqlar və kredit müqavilələrinin, eləcə də məhkəmə iddialarının savadsız formada hazırlanması ilə əlaqələndirirlər.
Hələ ötən ilin ortalarına yayımlanan hesabatdan məlum olurdu ki, "AccessBank” Mərkəzi Bankın kapital adekvatlığı əmsalı ilə bağlı qoyduğu tələb də yerinə yetirilməyib və bankda bu göstərici acınacaqlı vəziyyətdədir.
Onu da qeyd edək ki, bu göstərici bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir. Onun aşağı olması isə bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə zəif olmasına işarədir.
Mərkəzi Bank 2016-cı ildə I dərəcəli kapitalın adekvatlıq əmsalını ən azı 5 faiz, məcmu kapitalın adekvatlıq əmsalını isə minimum 10 faiz təyin edib. Göstəricilərin bu faizlərdən aşağı olması bankın müflisləşmə ehtimalını artırır.
"AccessBank”da isə 2018-ci ilin yekunlarına görə, bu göstəricilər müvafiq olaraq, 2 faiz və 4.03 faizdir, yəni ki, hətta minimal normadan da 2 dəfə (!) az olub.
Bəzi mütəxəssislər isə ”Accessbank”ın "Fitch” beynəlxalq reytinq agentliyinin xidmətindən imtina etməklə, hətta iflasın astanasında olduğuna dair ötən il iddia irəli sürüblər.
Xatırladaq ki, "Sizin yerli Avropa bankınız” şüarı altında fəaliyyət göstərən bu qurumun ilk səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq və xarici maliyyə institutları olub.
Ölkədəki neft gəlirləri bumu illərində sahibkarlarımıza yüksək faizlə kredit verərək, (özü də kölgə iqtisadiyyatına rəvac verərək, "qara mühasibatlıq” əsasında) bu təşkilatlar "AccessBank” vasitəsilə böyük qazanc əldə ediblər. Son illərdə isə bank heç cür "qara zolaq”dan çıxa bilmir.
Doğrudur, bank rəhbərliyi 2020-ci ildə xalis mənfəətə keçəcəklərini bəyan edib. Lakin yüksək məbləğdə olan problemli kreditlərlə buna necə nail olunacağı sual doğurur.../siam
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2020, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2020, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07