“FAB Boya” Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürdü
Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri təcavüzkar Ermənistanın növbəti hərbi təxribatının qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi uğrunda zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Yaşından, statusundan, vəzifəsindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı yekdilliklə silahlı qüvvələrimizin haqq işinə öz dəstəyini nümayiş edirir.
"FAB Boya və Kimya Sənayesi" MMC də işğal altında olan tarixi torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlərdə ordumuza maddi və mənəvi dəstəyini əsirgəmir. Şirkət tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürülüb.
Eyni zamanda şirkətin 30-dan çox əməkdaşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə ordu sıralarına qatılıb. “Silahlı qüvvələrimizin əldə etdiyi uğurlar Qarabağın tezliklə azad olunacağı, ölkəmizdə sülhün, əmin-amanlığın bərqərar olacağının xəbərçisidir. İnanırıq ki, o yerlərə, tarixi yurd-yuvalarımıza qayıdacağımız gün çox yaxındır. Çünki Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Yaşasın qüdrətli, şanlı Azərbaycan əsgəri!” – deyə "FAB Boya və Kimya Sənayesi" MMC-dən bildirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-10-2020, 09:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-10-2020, 09:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01