Sahil Babayevin bu ailədən xəbəri yoxdur... - GİLEY
Lənkəranın Girdəni kəndində məskunlaşan Hüseynovlar ailəsi 6 nəfərdən ibarətdir. Ailənin böyük sıxıntı içərisində yaşaması elə evinin kandarından bəlli olur. Dörd uşaq atası Emin Hüseynov Girdənidəki abadlıq idarəsində işləyir, cəmi 240 manat məvacib alır. O, ailənin başqa daimi qazanc mənbəyi olmadığını bildirir.
“Həyat yoldaşım işləmir. Heç işləyə də bilməz. Uşaqlardan ikisi xəstədi. Mən ailəni tək dolandırmağa çalışıram. Çox böyük əziyyət çəkirik. Beş yaşlı qızım daun xəstəsidi. Bakıya aparmışdım. Dedilər ki, müalicəsi yoxdu. Pensiyaya görə kağız vermişdilər. Burda bəhanə elədilər ki, Bakıda on gün yatmalıdı, yoxsa pensiya düşmür. Mənim isə Bakıya aparmağa, onların dediyini eləməyə gücüm çatmadı”.
38 yaşlı kənd sakini ən kiçik övladının tutmaları olmasından danışır. Dediyinə görə, onun müalicəsinə də az zəhmət sərf etməyiblər. Uşaq son vaxtlar özünü bir az yaxşı hiss etməyə başlayıb.
“Maddi sıxıntılar hər cür özünü göstərir. Əlimdən gələni edirəm ki, uşaqlara nəsə tapıb gətirim. Köhnə “Muravey” motosikletim var. Onunla kənd camaatının bəzi yüklərini daşıyıram ki, 2-3 manat alım. Biz heç vaxt evə ət almırıq. Makarondan başqa, demək olar, heç nə yemirik. Üç gündən bir dəfə bir manata “Möcüzə” yağı alırıq, istifadə eləyirik. Kilo ilə yağ aldığım da yadıma gəlmir”.
Ailə indi yaşadığı evdə əvvəllər kirayə qalırmış. Ayda 50 manat verirlərmiş. Sonra ev yiyəsi ilə razılaşıblar ki, ayda 200 manat ödənilmək şərtilə evi ailəyə satsın.
“Son aylar heç dolanmaq olmur. Buna görə də üst-üstə borc yığılıb. Ev sahibinə 1000 manata qədər verməliyəm. Dirənmişəm, heç verə bilmirəm. O da ardıcıl zəng vurur mənə. Birtəhər sakitləşdirirəm”, - Emin Hüseynov deyir.
Ailənin iki böyük övladı məktəbə gedir. Daha doğrusu, heç gedə bilmirlər. Emin Hüseynov imkansızlıqdan uşaqların dərsdən qaldığını deyir.
“Uşaqları məktəbə göndərə bilmirəm. Məktəbdən çağırıb söhbət eləyiblər. Vəziyyəti başa salmışam. Uşaqlara geyindirməyə paltar yoxdu. Deyirlər ki, onda çıxaraq məktəbdən. Yalvardım ki, çıxarmasınlar. Yaxın günlərdə maaş verəcəklər. Paltar alıb yola salaram. Görüm ev sahibinə nə deyə bilərəm... Heç olmasa, bu ay 200 manatı istəməsin”.
Ata danışır ki, adətən, uşaqları məktəbə qonşuların verdiyi köhnə çantalarla yola salırlar. Təzəsini almağa imkan çatmır: “Onların təhsil almasını istərdim. Uşaqlarımı savadsız eləyə bilmərəm axı...”
Hər ay evə görə pul ödənilməsi ailəni lap əldən salır. Emin Hüseynov başqa qazanc yolları düşünməyə vadar olur.
“Zibillikdən içki qabları yığıb satıram ki, evə makaron alım. “Metallom”a təhvil verirəm. Yolun kənarındakı zibilləri toplayıram. Onların arasından içki qablarını seçib ayırıram. Kilosunu 40 qəpiyə götürürlər. Bir kisə 2-3 kilo gəlir. Bütün günü gəzirəm ki, axşama qədər bir kilo toplayım”.
Girdəni sakini deyir ki, iş yoldaşları da onun vəziyyətini yaxşı başa düşür. Harada enerji içkilərinin qabından görsələr, götürüb gəlirlər.
“Kömək eləməyə çalışırlar. Havalar soyuyanda həm də evi qızdırmaq qayğısı ortaya çıxır. Onda içki qabları ilə yanaşı, odun parçaları da toplamağa çalışıram. Qaz var, amma kommunal borcları ödəyə bilmirik. İndiyə qədər 200 manata qədər qaz borcu yığılıb. Əvvəllər yalnız kirayə pulu verirdim. Onda kommunal xərcləri birtəhər ödəmək olurdu. İndi ayda 200 manat evə görə vermək lazım gəlir. Qaza, işığa pul qalmır”.
Ailə sosial yardım ala bilməyib. Kənddəki ərzaq dükanlarına xeyli borc yığılıb. Bu qayğı Emin Hüseynovu çox dilxor edir: “Dükan sahibindən hər zəng gələndə xəcalət çəkirəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-10-2020, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-10-2020, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01