SABİQ NAZİR MÜAVİNİ KÖNÜLLÜ KİMİ QEYDİYYATA DÜŞDÜ! - Cəbhəyə getmək üçün Prezidentə müraciət etdi
Uzun illərdən sonra Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək istiqamətində geniş miqyaslı hərbi əməliyyatlara başlaması cəmiyyət tərəfindən böyük sevinclə qarşılanıb. Orduya könüllü şəkildə getmək istəyənlərin sayı-hesabı yoxdur.
Təbii ki, könüllü cəbhədə döyüşmək istəyənlər arasında hərbiçilər ön sırada gəlir. Artıq məlumat verdiyimiz kimi, ehtiyatda olan bir qrup zabit və general Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə döyüş əməliyyatlarında iştirak etmək üçün aktiv orduya göndərilməsi xahişi ilə müraciət ediblər.
"AzPolitika.info"nun məlumatıma görə, ehtiyatda olan polkovnik, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov bir addım daha irəli gedərək, könüllü şəkildə cəbhəyə getmək üçün qeydiyyata düşüb.
Qeyd edək ki, Mehman Səlimovun oğlu, ehtiyatda olan zabit Fərhad Səlimov da könüllü kimi cəbhəyə gedib. General Polad Həşimovun şəhid edilməsindən sonra cəbhəyə getmək üçün müraciət edən Fərhad Səlimov bu gün ön xəttdə düşmənlə vuruşur.
Sabiq nazir müavini M. Səlimov isə dünən yaşadığı Yasamal rayonu üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə müraciət edərək, orduya könüllü yazılıb.
Polkovnik eyni zamanda "AzPolitika.info" saytı vasitəsilə Ali Baş Komandan İlham Əliyevə müraciət edərək Vətən Müharibəsində iştirak etməyə hazır olduğunu bildirib.
“Cənab Prezident, uzun illərdən sonra Sizin komandanlığınızla torpaqlarımızın işğaldan azad olunması istiqamətində başlayan hərbi əməliyyatlar ölkənin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Xalqın Sizin ətrafınzda birləşərək, Vətənimizin bütövlüyünü təmin edəcəyinə inamı tamdır.
Cənab Ali Baş Komandan, mən də sovet hərbi məktəbini keçmiş, uzun illər Azərbaycann Müdafiə Nazirliyində müxtəlif vəzifəlrdə çalışmış, birinci Qarabağ müharibəsində cəbhədə döyülərdə iştirak etmiş bir zabit kimi Vətən müharibəsində iştirak etməyi arzulayıram.
İnanıram ki, bilik və təcrübəmlə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlara az da olsa müəyyən töhvələr verə bilərəm. Hər bir vətəndaşımızın Vətənmizin müdafiəsinə qalxdığı bu günlərdə dövlətinə xidmət etməyə and içmiş zabit kimi kənarda qalmaq mənim üçün çətindir. Döyüşlərə qatılmaq, Sizin əsgəriniz kimi mənfur düşmənlə vuruşmaq istəyirəm!
Ümid edirəm ki, mənim bu arzumu nəzərə alcaqsınız.
Cənab Ali Baş Komandan Sizin əmrinizi gözləyirəm!" - deyə sabiq nazirin müraciətdə bildirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-10-2020, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-10-2020, 11:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25