“Dəstəyi olmayan çamadansınız, daşımaq ağırdı, tullamağa isə...” – Fərhad Əhmədovdan erməni iş adamına cavab
Azərbaycan əsilli Rusiyalı milyarder Fərhad Əhmədovun "Exo-Moskvı" media qurumunda məqaləsi dərc olunub. Sfera.az həmyerlimizin Ruben Vardanyana ünvanlanmış cavab yazısını oxucularına təqdim edir.
***
Mən, Fərhad Əhmədov, Rusiya vətəndaşı kimi Rusiya vətəndaşı Ruben Vardanyana müraciət etmək istəyirəm.
Ruben, ikimiz də ikinci vətənimizi Rusiyada tapmışıq. Burada, Rusiya torpağında özümüzü iş adamı kimi təsdiq etmişik və inan ki, ölkənin maraqları sənin qədər, mənim üçün də çox dəyərlidir.
De görüm, elə isə nədən rusiyalılara Dağlıq Qarabağda baş verənlər barədə yanlış məlumat verirsən? Niyə prezident Putinə reallığı əks etdirməyən olaylarla bağlı müraciət edirsən?
Deyirsən ki, bu gün baş verənlər ərazi uğrunda, yaxud millətlər arasında gedən müharibə deyil, əsas məsələ insani dəyərlərdir. Çox gözəl! Elə isə ğəl, onlar haqda danışaq.
Əsas dəyər insan həyatıdır. Sən öz müraciətində Eli Vizeldən əsl məğzini sonadək anlamadığın gözəl bir sitat gətirirsən. 1988-ci ildə Qarabağ və bütünlüklə Azərbaycanda vəziyyəti kim gərginləşdirdi? Nəyin naminə Azərbaycan torpağı qanla suvarıldı, minlərlə günahsız insan həlak oldu, bu gün də acımasız müharibə anaları gözü yaşlı, ailələri başsız qoyur?
Mən cavab verərəm - erməni millətçilərinin ambissiyalarını təmin etmək naminə. 1988-ci ilə qədər hamımız Azərbaycan torpağında dinc yaşayırdıq - azərbaycanlılar, ermənilər, ruslar, yəhudilər, talışlar, ləzgilər və digər xalqlar. Yalnız ermənilərin öz muxtariyyəti vardı. Bütün respublika Heydər Əliyevin himayədarlıq etdiyi Kasparovun uğurlarına sevinirdi, milli ayrıseçkilik salmaq heç kəsin ağlına gəlmirdi.
Amma erməni millətçiləri müharibə istədi, Azərbaycan torpaqlarını qan bahasına almaq fikrinə düşdülər. On minlərlə azərbaycanlını doğma yurdlarından, Qarabağdan qovdular. Daha beş rayonu da ələ keçirdilər, oradan da yüz minlərlə azərbaycanlını qovdular.
Doğrudanmı, 1988-ci ilə qədər respublikanın sakit, dinc həyatı xoşuna gəlmirdi? Biz iş adamlarıyıq. İnqilabdan əvvəl Azərbaycan sənayeçiləri Tağıyev və Muxtarovla yanaşı, erməni sənayeçiləri Mantaşev və Lianozovun da Azərbaycan neftini emal etdiyini xatırla. Azərbaycanlılar hər zaman qonaqpərvər olub, hər kəsə öz təbii sərvətlərinin hesabına varlanmaq imkanı verib. Bu ənənə Sovetlər dönəmində də davam etdi. Bakı bütün xalqları öz ağuşuna qəbul edirdi. Amma erməniu millətçiləri respublikadakı millətlərarası dostluğu məhv etdi, özgə torpaqlarını zəbt edib, əhalisini öz ev-eşiyindən didərgin saldı.
Hazırkı Ermənistan rəhbərliyinin işlədiyi cinayətlərə görə hesab vermək vaxtı çatdığı bir dönəmdə Putinə və dünya ictimaiyyətinə çağırışlar etməyin nə mənası?!
Siz başda Rusiya olmaqla, hər kəsi aldadırsınız axı. Moskvadan özünüzə qarşı qayğı, diqqət tələb edirsiniz, amma sonuncu rus məktəblərini bağlayırsınız. Ermənistan Rusiyanın himayəsindədir, eyni zamanda da Qərblə işbirliyi qurmağa çalışır. Əslində Rusiyanı Qərbə satmağı çox istərdiniz, amma nə yazıq ki, Qərbin sizə ehtiyacı yoxdur. Mübaliğəyə görə üzr istəyirəm, amma Rusiya üçün siz dəstəyi olmayan çamadan kimisiniz, daşımaq ağırdı, tullamağa isə heyfi gəlir, baş ağrısından savayı bir şey deyilsiniz.
Rusiyada üç milyon erməni yaşadığını özün demisən, Ruben. Bəs onlar burada necə peyda olub? Niyə vətənlərini tərk etməyə məcbur olublar? Çünki Yerevandakı rejim, Qarabağ məsələsindəki ağılsız siyasəti ilə ölkəni ifrat yoxsulluq həddinə çatdırdı. Ermənistan əhalisi və hakimiyyəti ağlını başına yığmayınca, başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmağın mümkünsüzlüyünü anlamayınca, sənin təsis etdiyin heç bir təqaüd, heç bir ianə vəziyyəti düzəltməyəcək. Sənsə Rusiyanı avantüraya sürükləmək əvəzinə, istedaını realizə edib varlanmaqda sənə kömək etdiyi üçün ona minnətdarlığını bildirsən, yaxşıdır.
Sən Rusiya liderinə qardaş sevgisi və qarşılıqlı yardımlaşma ilə bağlı müraciət etməklə rus xalqının hissləri ilə oynayırsan. İllərdir Rusiyada yaşamağına, bu ölkənin vətəndaşı olmağına rəğmən, hələ də anlamamısan ki, Rusiya özünüdərkinin məğzini həqiqət və ədalət hissi təşkil edir. Həqiqət isə əsla Ermənistan hakimiyyətinin tərəfində deyil. Bu mənim fikrim deyil, bütün dünya ictimaiyyəti, o cümlədən də Rusiyabunu qəbul edib.
Rusiyanı çaşdırmaq hətta sənin üçün belə son dərəcə çətin məsələdir. Gerçəyi danmaq asan deyil, odur ki, mənasız cəhdlərinə son qoy. Bütün iradlara baxmayaraq, Ermənistan öz ədalətsiz və təcavüzkar siyasətini yürütməkdən əl çəkmirdi, amma hesab vermək vaxtı gəlib çatdı.
Rusiya Federasiyası Prezidentini köməyə çağırmaqla dolayısı ilə Qarabağ münaqişəsində Rusiyanın hərbi iştirakını nəzərdə tutursan. Acımadan bu haqsız müharibənin od-alovuna atdığın Rusiya vətəndaşlarına -hərbçi analarına, atalarına, arvadlarına və övladlarına azca da olsa, mərhəmət göstər.
Sən gürcülərə, azərbaycanlılara müraciət edirsən. Maraqlıdır ki, siz ermənilər bütün qonşularınızla münasoibətləri necə korlaya bilmisiniz?
İndi dünyanı böyük fəlakətlə qorxutmağa nə ehtiyac var? Bilirsən dünyaya bəla nə vaxt gəldi? Sadəcə azərbaycanlı olduğu üçün yüz minlərlə insanın Dağlıq Qarabağdan qovulduğu zaman. İndi isə tarixi ədalətin bərpası prosesi başlayır. O zaman, 1994-cü ildə biz zəif idik. Bu gün isə, 2020-ci ildə güclüyük, MDB-də ikinci ən güclü ordu bizimkidir və biz doğma torpağımızı qorumaq, itirilmiş ərazilərimizi qaytarmaq əzmindəyik.
Sizə bir şans verdik, Azərbaycan iyirmi altı il sülh danışıqları apardı. Amma siz çox həyasız şərtlər irəli sürdünüz, hətta işğal etdiyiniz Qarabağ ətrafındakı rayonların sizin üçün təhlükəsizlik buferi rolu oynamağını tələb etməkdən belə çəkinmədiniz. Liderlərinizin inadkarlığı və təkəbbürü sayəsində sülhə bir millemtr belə yaxınlaşa bilmədik.
Bunun əbədi davam edəcəyini, özgə torpaqlarında əbədi kef çəkib dövran sürəcəyinizi düşünürdün? Otuz ildir arxasında gizləndiyiniz rus xalqını aldadırsınız. Niyə yalnız indi ağlını başına toplayıb Rusiyanı müdaxilə etməyə çağırırsan? Bəs, bu 26 ildə harada idin? Torpaqların işğal edilməsi, yüz minlərlə insanın qaçğın taleyi yaşaması səni narahat etmirdi? Heç onlar haqda düşünmüsən?
Azərbaycan xalqı öz ata-baba torpaqlarına qayıtmaq əzmini açıq ifadə etdi və bu əzmin həyata keçirilməsində sarsılmaz olacaq. Ammaerməni əhalisinə qarşı qəddar və mərhəmətsiz olmayacaq, onların maraqları mütləq nəzərə alınacaq. Azərbaycan Respublikasının rəhbərliyi bunu dəfələrlə bəyan edib. Ermənilər bir xalq olaraq bizim düşmənimiz deyillər, biz azğınlaşmış hakimiyyətlə sadə xalqı bir-birindən fərqləndirməyi bacarırıq.
Əminəm ki, Azərbaycan itirilən torpaqlarını geri qaytarandan sonra Tbilisidə, Tehranda, Ankarada, elə Moskvanın özündə də bütün qonşular daha rahat nəfəs alacaqlar. Qarabağın və digər azad edilmiş Azərbaycan torpaqlarının bərpası naminə dinc yaradıcılıq işləri başlayacaq. Və o zaman sən və sənin kimi digər iş adamları qrantlar, investisiyalar və digər xeyirxah işlərlə əzabkeş Qarabağ torpağına yardım etmək imkanı qazanacaqlar. //sfera.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:6-10-2020, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-10-2020, 16:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39