“Kremlin ritorikası Paşinyana tərs sillə idi” - “Vostok TV”nin azərbaycanlı vitse-prezidenti
Hər ötən gün bizi tarixi qələbəyə daha da yaxınlaşdırır. Addım-addım, qarış-qarış Dağlıq Qarabağa doğru irəliləyirik. Ermənistanın kitabı isə bağlanmaq üzrədir. Belə getsə, Paşinyan öz dövlətinin “Sonuncu mogikan”ı da ola bilər. Çünki oyunu qaydalara uyğun oynamadı. Cığallığa cəhd etdi. Nəticədə iş o yerə gəldi ki, Rusiyanın timsalında oturduğu sonuncu budağı da kəsdi. Bir az da obrazlı desək, Paşinyan üçün bütün hava şarları açılıb. İndi telefondan “asılı” qalıb.
Yəni başlanan genişmiqyqaslı hərbi əməliyyatlar Ermənistan tərəfinə baha başa gəldi. Daha Paşinyan saqqalını nə qədər yolur yolsun.
Davam etməkdə olan müharibə dünya mediasının da diqqətindədir. Rusiyanın “Vostok” telekanalının vitse-prezidenti, azərbaycanlı jurnalist Şəhriyar İmanbəyli mövcud durum barədə “Sherg.az”ın suallarını cavablandırdı:
- Müharibənin məhz indiki məqamda başlanması, sizcə, nə ilə bağlı idi?
- Biz otuz il sülh tərəfdarı olduğumuzu, qan tökülməsinin istəmədiyimizi göstərdik. Xoş niyyətimizi ortaya qoyduq. Amma qarşı tərəf müharibəni seçdi. Ermənistan ard-arda törətdiyi təxribatlarla səbr kasamızı doldurdu. Təcavüzkar torpaqlarımızı işğal etməklə kifayətlənmir. Hətta yeni ərazi iddiaları edir. Tovuz təxribatı da buna sübut idi. Onların təxribatları bizim əks-həmləmizlə nəticələndi. Lakin Azərbaycanı əks-hücuma təhrik edən məhz erməni təxribat idi. Ona görə də bütün məsuliyyəti özləri daşıyır. Çətin vəziyyətdə qaldığını görən Paşinyan isə hazırda danışıqlara hazır olduğunu deyir, atəşkəs istəyir.
- Qeyd etdiyiniz kimi, baş nazir deyib ki, Azərbaycan razıdırsa, güzəştə gedə bilər. Sizcə, təklifləri nədən ibarətdir?
-Söhbət Ermənistandan, xüsusilə Paşinyandan gedirsə, çox şey deyə bilər. Bəlkə, yenə də Xankəndi və Şuşanın özlərində qalmasını iddia etmək istəyir. Amma bu, yolverilməzdir. Heç bir güzəştdən söhbət gedə bilməz. Mən indi Tərtərdəyəm. Buradakı insanlar dədə-baba yurdlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər.
- Əhalinin əhvah-ruhiyyəsi necədir?
- Çox yaxşı. Hər kəsdə böyük ruh yüksəkliyi var. Düşmənin mülki əhalini, mülki obyektləri atəşə tutması, bombalaması heç kimi qorxutmur.
- Ümumiyyətlə, işğalçı niyə bu metoddan istifadə edir?
- Məqsəd ölkə daxilində xaos yaratmaq, insanları hökumətdən narazı salmaqdır. Ermənilər bu yolla müharibəni dayandırmaq niyyətindədirlər. Həm də əsgərlərimizlə, zabitlərimizlə bacarmadıqlarını görüb heyflərini dinc sakinlərdən çıxırlar. Daha bilmirlər ki, bütün dünya azərbaycanlıları cənab prezident, ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. İndiki məqamda bizim həmrəyliyimiz düşmənə ən böyük zərbədir. Dövlət başçısı öz açıqlamaları ilə artıq dünya liderinə çevrilib. Hər kəs müharibəni davam etdirməyin tərəfdarıdır. İnanıram ki, yaxın günlərdə dövlət başçısının yeni tvitlərinə sevinəcəyik.
- İranın məsələyə münasibətini necə qiymətləndirirsiniz?
- Biz bu dövlətin siyasi və hərbi rəhbərliyinin işğalçı ölkəyə dəstəyini dəfələrlə görmüşük. Bu yaxınlarda hətta İrandan Ermənistana silah daşınmasını təsdiq edən kadrlar yayılmışdı. Bəlkə də, ermənilər Gəncədəki, Bərdədəki dinc əhalini həmin silahlarla hədəf alırlar. Daha maraqlısı və təəccüblüsü isə ondan ibarətdir ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıya-tanıya belə əməllərə yol verir. Yəni İranın əməli ilə sözü üst-üstə düşmür. Nəinki İran, bir sıra Avropa dövlətlərinin, o cümlədən Fransanın da mövqeyi ədalətsizdir. Buna rəğmən, biz düşmənə həm cəbhədə, həm də diplomatiyada qalib gəlirik. Cənab Prezidentin də dediyi kimi, əgər Fransa işğalçını dəstəkləyirsə, onda Makron ermənilərin Marseldə məskunlaşdırsın. Amma biz heç vaxt Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaranmasına icazə verməyəcəyik. İşğalçını dəstəkləyənlərinsə, onlardan heç bir fərqin yoxdur. Çünki bu müharibə həm də anti-terror əməliyyatıdır.
- Bəs Rusiyanın səssizliyi barədə nə deyə bilərsiniz?
- Rusiya səssiz deyil. Putin açıqlamasında bildirib ki, onlar heç bir ölkənin daxili işlərinə qarışmırlar. Yəni indiki situasiya dörd il əvvəlkindən fərqlidir. Aprel döyüşlərində məhz rəsmi Moskvanın təşəbbüsü ilə atəşkəs təmin olundu. Paşinyan indi də buna ümid edirdi. Lakin Kremlin bu dəfəki ritorikası Paşinyana tərs şillə idi. Rusiya siyasi hakimiyyəti rəsmi İrəvanı dəstəkləmədiyini etiraf etdi.
- Rusiya telekanallarında Dağlıq Qarabağ müharibəsi ilə bağlı yayımlanan çıxışlar birmənalı deyil...
- Razıyam. Çünki həmin kanallara çıxan ekspertlərin əksəriyyətini erməni diasporu, bəzən də birbaşa Ermənistan hakimiyyəti maliyyələşdirir. Nəticədə qonaqlar Ermənistanı dəstəkləyirlər. Bizim mövqeyimiz isə çox az təmsil olunur. Yəni kanallar məsələyə obyektiv münasibət göstərmirlər. Qonaqların çoxu ermənipərəstdir.
- Hələ bu azmış kimi, düşmən informasiya müharibəsində də təxribatlar törədir...
- Ermənistan mediası başdan-başa yalan, dezinformasiya üzərində qurulub. Onlar bu gün yalan yazır, sabah da yazdıqlarına inanırlar. Özlərini qədim tarixə malik xalq kimi göstərməyə çalışırlar. Amma dünya bu sərsəmləmələrinə görə, onları ələ salır. Bilirsiz, ermənilərin aldıqları nəfəs də yalandır. Yalnız ingilis, Azərbaycan dilini bilən ermənilər həqiqəti öyrənə bilərlər. Qalanları isə erməni yalanları ilə kifayətlənməyə məhkumdurlar. Bayaq da dediyim kimi, biz hazırda Tərtərdəyik. Gündə 4-5 dəfə canlı yayım edirik. Bizi Misirdə, Braziliyada, Qətərdə, Türkiyədə milyonlar izləyir. Beləliklə, mən bir Azərbaycan vətəndaşı və jurnalist kimi indi öz vəzifəmi yerinə yetirir, qəsbkar düşmənlə mübarizə aparıram. Ümumiyyətlə, bu gün təkcə cəbhədəki hərbçilərimiz yox, hər kəs düşmənlə müharibə aparır. Kimi cəbhədə, kimi mediada, kimi diplomatiyada, kimi də bir başqa istiqamətdə. Bu o deməkdir ki, işğalçılar hərtərəfli məğlub olurlar. Sözsüz ki, belə də olmalıdır.
Çünki yalanın ömrü qırx gündür. Ermənilər indi bataqlıqdadırlar, çabalayırlar. Və çabaladıqca da batırlar. Ən yaxın zamanda tarixi qələbə qazanacağımıza, torpaqlarımıza geri qayıdacağımıza əminəm. Onda biz otuz il əvvəlki xoşbəxt günlərimizə davam edəcək, Dağlıq Qarabağımızda yeni xoş günlər yaşayacağıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-10-2020, 08:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-10-2020, 08:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11