"UniBank" nə vaxt bu millətin yanında dayanmışdı ki... - Biabırçı mənzərə...
Cəbhəyə gedənlərin kreditlərini kim ödəyəcək?
Səfayət Mehdiyeva oktyabrın 1-də tək övladını döyüş bölgəsinə yola salıb.
Yeddi gündür səksəkə içində, həyəcanla xəbər gözləyir. Ana bununla artıq ikinci dəfədir oğlunu hərbi xidmətə göndərir.
Ailə özü isə sentyabrın 27-dən atəş altında yaşayan və dağıntılara məruz qalan Tərtər rayonunda məskunlaşıb.
"Toplum TV”nin əməkdaşı zəng vuranda oğlunun onu aradığını düşünən ananın dili-dodağı dolaşır: "Başa düşürəm, müharibə vəziyyətidir, oğlum döyüşməlidir, amma...”
Səfayət Mehdiyeva danışır ki, səfərbərlik elan edilməzdən qabaq oğlunu işə düzəltmək üçün borca pul alıb: "Sonra müharibə başladı, pul da batdı”.
Şəfa Əsgərova isə bugünlərdə yoldaşını cəbhəyə yola salıb. Gənc qadının sözlərinə görə, evdə yalnız həyat yoldaşı işləyib, evin bütün ehtiyaclarını təkbaşına özü ödəyib. O bunu da deyir ki, uzun müddət övlad sahibi ola bilmədiklərindən müalicə üçün bankdan pul götürməyə məcbur qalıblar, sonra da... Borcu bağlamaq mümkün olmadığından, ard-arda kredit götürməli olublar.
Bir yaşlı övladına sarılan Şəfa Əsgərova danışır ki, yoldaşı döyüşə getdikdən sonra bank onun maaş aldığını əsas gətirərək krediti dondurmayıb. Buna görə əvvəlki qaydada banka ödəniş etməlidir.
O, yoldaşının cəbhədən qayıtmayacağı təqdirdə necə dolanacağını, bu işlərin öhdəsindən necə gələcəyini bilmədiyini söyləyir.
"Unibank”: "Bank hərbidə olanlara güzəşt olunması üçün öhdəlik götürməyib”
Sentyabrın 27-də Azərbaycan-Ermənistan arasında aktiv döyüşlər başladığından ölkədə qismən səfərbərlik elan olunub. Pandemiyanın davam etdiyi şəraitdə hərbi çağırışlar bir sıra ailələrin sosial təminatını sual altına qoyub. Kredit, ipoteka borcu olanlar isə daha ağır durumdadırlar. Bu halda banklar və ya dövlət vətəndaşa hansısa yardım göstərməyi düşünürmü?
"Toplum TV” bununla bağlı hökumətin - Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə yaradıb.
O, vaxtı olmadığından sualı cavablandıra bilməyəcəyini deyib.
Banklara gəlincə, "Unibank”dan bildirirlər ki, hazırda məsələ ilə bağlı bankın hər hansı kampaniya və yaxud bir qərarı yoxdur. Həmçinin bank hərbidə olanlara güzəşt olunması üçün öhdəlik götürmədiyini də vurğulayır.
"Kapital Bank”ın mətbuat xidmətinin izahatı belədir: "Həmin insanlar xidmətə əməkhaqları saxlanılmaq şərti ilə getdiyindən bu müddətdə borc birbaşa maaş kartından çıxılır”.
Bankdan bildirilir ki, bu cür hallarla bağlı "Kapital Bank”ın nizamnaməsində bir dəyişiklik olmadığından gecikmə yarandığında faiz kartdan tutulmağa davam edəcək. Mətbuat xidmətindən söyləyirlər ki, sözügedən məsələyə görə güzəşt tətbiq etsələr, mütləq ictimaiyyət məlumatlandırılacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-10-2020, 13:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-10-2020, 13:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26