İnam Kərimov "daxili nəzarət"ə nəzarət edə bilmirsə... - İLGİNC
Kənd Təsərrüfatı Nazirliyinin aparatında və yerlərdəki struktur vahidlərində ciddi araşdırmalar aparılmasının vacibliyinin vurğulandığı tənqidi məqalələrimiz sistem daxilində çaxnaşmalara səbəb olmuşdu. Düzü, Azərbaycan ordusunun cəbhədə qazandığı qələbələrin fonunda kənd təsərrüfatının idarə edilməsindəki neqativ hallardan bəhs edən yazılarımıza ara vermək qərarına gəlmişdik. Lakin, bu sahənin inkişafını əngəlləyən elementlər barədə redaksiyamıza informasiyalar verən etibarlı mənbə bu günlərdə redaksiyamızla əlaqə saxlayaraq, olduqca yerinə düşən bir sualla müraciət etdi: “İşğaldan azad edəcəyimiz torpaqlarda təsərrüfat qurmağı da bu korrupsionerlərə tapşıracağıq?”
Dəryaz qəzetinin redaksiyasına təqdim edilən yeni informasiyanı oxucularımızla bölüşürük:
Kənd Təsərrüfatı Nazirliyi aparatının 215 əməkdaşı və 16 şöbəsi var. Bu şöbələrdən yalnız üçünün fəaliyyəti tam kənd təsərrüfatına xidmət edir və demək olar ki, bu üç şöbə kənd təsərrüfatının əsasını təşkil edir.
1.Bitkiçilik şöbəsi. Bu şöbədə 14 işçi var və bunlardan yalnız 5-nin ixtisası bu şöbəyə tam uyğundur, yəni, aqronomdur. Qalanları kimyaçı, mühəndis, turizm üzrə mütəxəssis, biologiya müəllimi və bir neçə iqtisadçıdır.
2.Meyvəçilik və tərəvəzçilik şöbəsi. 10 işçisi var. Yalnız 5-i bu sahənin mütəxəssisidir, qalanları müdir başda olmaqla, coğrafiya müəllimi, ekoloq, mühəndis-texnoloq və s.
3.Heyvandarlıq şöbəsi. 12 işçisi var. Yalnız bu şöbədə işçilər bu sahənin mütəxəssisləridir.
Deməli, bu 3 şöbənin 36 işçisindən yalnız 21-i ixtisas üzrə yerindədir. KTN-nin 215 işçisindən yalnız 21 nəfəri KT üzrə ixtisaslı kadrlardır. Vaxtilə bu şöbələrdə savadlı mütəxəssislər işləyirdi və eyni zamanda kadrlar yetişdirirdilər. Son zamanlar bu mütəxəssisləri planlı şəkildə elə bil qəsdən bir hissəsini işdən incik salıb qaçırdılar, başqa bir hissəsini məcburi şəkildə vacibli şöbələri bağlayıb ixtisara saldılar, digərlərinisə şərləyib ərizələrini aldılar. Boşalmış yerləri ixtisası kənd təsərrüfatına aid olmayan və bu sahədən bixəbər olan cavan kadrlar tutdular, bəlkə də bu kadrların hər biri öz ixtisası üzrə və öz yerində yaxşı mütəxəssis ola bilərdi. Sadə bir misal: Son 15 ildə Nazirliyin Kadrlar, hüquq və yerli orqanlarla iş şöbəsində cəmi 8 işçi olardı (4 hüquqşünas və 4 kadr mütəxəssisi). Son 2 ildə isə bu şöbə 3 yerə bölünərək (Hüquq, Kadr və Yerli orqanlarla iş şöbələrinə) işçilərinin sayı 36-ya çatdırılıb və Nazirliyin Kadrlar şöbəsinin müdirinə 2 müavin də təyin edilib. Bütün bunların nəticəsində işə qəbul olunan kadrlar ya qeyri-mütəxəssis, ya saxta diplomlu, ya da diplomu Təhsil Nazirliyi tərəfindən tanınmayan və s. işçilərdir. Halbuki, vaxtilə KTN və ona tabe olan təşkilatlarda çalışan işçilərinin sayı 1 milyon 100 mindən artıq olanda Kadrlar şöbəsinin işçilərinin sayı 5 və ya 6 nəfər təşkil edirdi. Hal-hazırda nazirlik sistemində işləyən işçilərin ümumi sayı təqribən 5000 (beş min) nəfər təşkil edir.
Son zamanlar yaradılan Daxili nəzarət və audit şöbəsinin 18 işçisi var. Bu auditorlar da müxtəlif ixtisaslara aid olan kadrlardır: neft-qaz qurğularının mühəndisi, dünya iqtisadiyyatının informasiya texnologiyalarının mühəndisi, gömrük işçisi, kommersiya işçisi və s. O da qeyd edilir ki, Nazirliyin tabeliyində olan idarələrin hər birinin də daxili nəzarət və audit şöbələri var və belə olan halda aparatın 15 auditoruna nə ehtiyac var? Bu şöbədə işləyən Nuriyeva Sevinc Nazirliyin Kadrlar şöbəsinin rəisi Elvin Paşayevin yaxın qohumu, Nazirliyin Maliyyə idarəsinin rəisi Mikayıl Nuriyevin (əvvəlki nazirin vaxtından işləyən yeganə şöbə rəisi) qardaşı qızıdır, Dövlət İmtahan Mərkəzindən keçmədən dövlət qulluqçusu kimi işə qəbul olunub və qısa müddətdən sonra magistr təhsili almaq üçün qanunsuz olaraq KTN-nin göstərişi ilə Cənubi Koreyaya göndərilib. , Daxili nəzarət və audit şöbəsinin rəisi Fuad Mayılovun həyat yoldaşının rəfiqəsi və tələbə yoldaşı Kəmalə Dadaşova da dövlət qulluqçusu olmadığı halda işə götürülüb. Qanuna görə magistraturada təhsil alan şəxslər işləyə bilməzlər. Buna baxmayaraq, Elvin Paşayev qanunu pozaraq belə adamları Nazirliyin aparatında işə götürüb. Səbəbini yəqin ki, özü bilir. Elvin Paşayevin işə qəbul etdiyi kadrlar istədikləri vaxt ezamiyyətə göndərilir.
Kənd təsərrüfatı sahəsi həmişə gəlirli sahə olmuşdur. Bu gəlirlərdən işçilərin sosial həyatını və problemlərinin həllinə kömək üçün istifadə olunmurdu. İndiki vaxtda bu gəlirlər xeyli azalmışdır. Amma yenə də bu cüzi gəliri nazir İnam Kərimov bütün işçilərin sosial həyat şəraitinə kömək kimi onlara mükafat şəklində hesablanmasına əmr vermişdir. Lakin yeni komanda o qədər acgözdür ki, bu işə nəzarət edənlər köhnə və arzu olunmayan kadrlara ya heç, ya da 20 faiz mükafat, təzə gələn kadrlara isə 2, ya da 3 qat mükafat hesablayırlar.
Mənbənin verdiyi məlumata görə, Nazirlikdə korrupsioner trio (3-lük) yaranıb. Bu məmurlar yuxarıda adı çəkilmiş Kadrlar şöbəsiniun rəisi Elvin Paşayev, Daxili nəzarət və audit şöbəsinin rəisi Fuad Mayılov və Maliyyə şöbəsinin rəisi Mikayıl Nuriyevdir. Bu vəzifəli şəxslər Nazirlik və yerli qurumların işçilərinin nazirlə görüşmək, dərdini söyləmək istəyənlərin qarşısında keçilməz səddə çevriliblər. Daxili nəzarət şöbəsinə şikayətə gələnlər qarşılanıb “yola verilir”, ən israrlıların ərizələrini alsalar da, nazirə çatdırmırlar. Rayonlardan şikayətə gələnlərin rəhbərlərinə göstərişlər verilir, həmin şəxslər təzyiqlərə məruz qalır, pis halda işdən qovulur, yaxşı halda səsləri boğulur. Onların aqibətini görən digərləri də işdən qovulacaqlarından qorxaraq səslərini çıxarmırlar.
Daxili nəzarət şöbəsində məsləhətçi işləyən Kərimov Vüsal Fəxrəddin oğlu da Dövlət İmtahan Mərkəzində müsabiqədən keçmədən, dövlət qulluqçusu statusunun olmasını tələb edən işə götürülüb. Baş məsləhətçi Kamil Əhmədov da 3 dəfə cəhd etməsinə baxmayaraq, imtahandan keçə bilməyib, amma işləyir. Dövlət qulluğu müsabiqəsindən keçməyənlərdən biri də Fuad Mayılovun dostu Zəhmət Qasımovdur. Fuad Mayılovun sürücüsü də öz dayısı oğludur, hökumət avtomobilində müdirinin – bibisi oğlunun həyat yoldaşını bazara-güzara gəzdirməklə məşğuldur. Göründüyü kimi, yalnız nüfuzlu himayədarı, pulu olan şəxslər belə üstün imtiyazlara yiyələnə bilirlər. Çünki əslində Nazirlikdəki boş yerlərə işçi qəbulu üçün müsabiqələr keçirilməlidir. Amma müsabiqə elan olunmur, işə qəbul məsələsində şəffaflıq yoxdur.
Yoxlamaya, ezamiyyətə göndərilən şəxslərin xərcləri nazirlik tərəfindən ödənilsə də, faktiki olaraq həmin xərclər idarə müdirlərinin üzərinə atılır. İdarə müdirləri isə qorxularından bu barədə nazirə məlumat verə bilmirlər. Çünki, ezamiyyətə gedənlər, elə bu trionun yaxın adamlarıdır və ezamiyyətə gedəndə özləri bir yana yanlarında da «balabançılar» aparırlar ki, darıxmasınlar.
Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Ceyhun İsmayılov 2019-cu ildən bu vəzifəyə təyin olunub. Fuad Mayılovun yaxın qohumudur. Müvəqqəti işlədiyini, tezliklə Ağdam DAİM-nə direktor keçiriləcəyini əsas gətirərək, işə getmir.
Yevlax Baytarlıq İdarəsinin rəis müavini də Fuadın doğma əmisi oğludur. Aqrar Xidmətlər Agentliyinin, Aqrar Universitetin, “Aqrolizinq”in daxili nəzarət şöbələrinin rəisləri də Fuad Mayılovun yaxın qohumlarıdır.
Neftçala DAİM rəhbəri Salmanov Kamil kollegiyanın qərarı iləı Salyan DSMF-dən işdən çıxsa da, bu idarədə özünə yer edib. Lerik Qoyunçuluq Təsərrüfatının direktoru Sərraf Hüseynov Lənkəran DsMF-nin müdiri işləyib. Hər ikisi DSMF-dən işdən çıxsalar da, keçmiş dostları Elvin Paşayev və müavini İlham onlara dost əlini uzadaraq onları vəzifəsiz qoymayıblar.
Cənab nazir İnam Kərimov bu qanunsuzluqları müşahidə edib struktur dəyişiklikləri həyata keçirsə də, yalnız toplananların yeri dəyişib, amma cəm dəyişməyib.
Nazirliyin Daxili nəzarət və audit şöbəsində 10 ildən artıq dövlət qulluğu stajı olmasına baxmayaraq, işlədiyi audit sektorunda aparıcı məsləhətçi vəzifəsindən ərizələrin qəbulu sektoruna məsləhətçi vəzifəsinə keçirilib. Təssüflər olsun ki, o, aylarla dərdini cənab Nazirə demək istəsə də nazirlikdə kök salan şər qüvvələr onun Nazirlə görüşməyinə imkan vermirlər. Yuxarıda adları çəkilən Zəhmət Qasımov və Vüsal Kərimov isə dövlət qulluqçuları olmaya-olmaya baş məsləhətçi vəzifəsinə, Kamil Əhmədov isə baş məsləhətçi vəzifəsindən sektor müdiri vəzifəsinə irəli çəkiliblər. Yerlərə yoxlamaya, ezamiyyətə də məhz bu “etibarlı” şəxslər göndərilirlər. Özü də necə. Bu barədə gələn sayımızda ətraflı məlumat verəcəyik.
Cəbrayılzadə Sərvan Rəfayıl oğlu Kadrlar şöbəsində baş məsləhətçi işləyirdi. KTN – dəki neqativ hallar barədə «Deryaz.az» saytında tənqidi yazılar gedən zaman atası tezbazar “komissovat” etdirib Milli Banka işə düzəltdi. Maraqlıdır, əgər xəstə idisə, niyə indiyədək “neqodnı” hərbi bilet almamışdı? ( Bu barədə aidiyyatı qurumlara ünvanladığımız müraciətdən sonra geniş məlumat verəcəyik)
Oxucularımızla irəliləyən görüşlərimizdə KTN-də “Pikap əməliyyatı” və digər ciddi faktlar barədə yazacağıq.
P.S. Həm bu, həm də bu mövzuda yazdığımız məqalələri dərc etməzdən qabaq məlumatları Kənd Təsərrüfatı Nazirliyinə göndərib araşdırılmasının vacibliyini bildirmiş, nəticə barədə redaksiyanın cavablandırılmasını xahiş etmişdik. Əldə etdiyimiz səhih məlumata görə, hər dəfə nazir cənab İnam Kərimov təqdim etdiyimiz faktlarla bağlı müşavirələr keçirmiş, aidiyyati vəzifəli şəxslərə məqalələrdə ehtiva olunan məsələlərin araşdırılması, bəhs olunan neqativ halların aşkarlanması, qanunsuzluqlara rəvac verən şəxslərin haqqında materialların prokurorluğa göndərilməsi barədə göstərişlərini verib. Lakin böyük ehtimalla Nazirlikdə yuva salmış məhz həmin “mafiya” «qara qüvvələr» işçilərin şikayətlərini əngəllədiyi kimi, KİV-in də məlumatlarının izini azdırmağa, yoxlanılmamasına nail olmuşdur. O üzdən məqalələrimizi birtərəfli dərc etmək məcburiyyətində qalmışıq. Bununla belə, yenə də “KİV haqqında” AR Qanununa sadiq qalaraq, qarşı tərəfə də səthi deyil, dolğun mövqeyini bildirməsi üçün tribuna təklif edirik.
Qeyd edək ki,ötən saylarımızda kotanda motoru,arpa,buğda anbarındaisə taxıl axtaran mütəxəssislərdən bəhs etmişdik. Belə mütəxəssislərdən biri də Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin
direktoru Kənan Səmədlinin fəaliyyətindən yazmışdıq. Həmin mərkəzdə çalışan bir qrup işçilərin redaksiyamıza ünvanladığı müraciət əsasında Kənan Səmədlinin fəaliyyəti barədə fikirlərini dinləyib məqalə dərc etmişdik. Məlum olmuşdur ki, bu «gənc kadr»in 700 hektara əkdiyi məhsul nəinki bəhrə vermiş, heç öz xərcini belə qarşılamamışdır. Biz Kənan Səmədli ilə danışıb Kürdəmirdə görüşdük. Bizə nə desə yaxşıdır. «Sizin yazdığınıza kimdir baxan. Nöqsanlara görə yox, sizə müsahibə verdiyimə görə nazirlikdən zəng edib izahatımı istədilər. 3-4 gün firladıb getmədim. İkinci yazınızdan sonra nazirlik daha əhəmiyyət verib çağırmadı»
Biz yenidən Kənan Səmədlinin bəhanə gətirdiyi Kürdəmir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi ilə əlaqə saxlayıb məqalədə göstərilən ərazilərin su təminatı barədə soruşduq. Həmin səs yazısını və Kənan bəyin digər tıkliflərini gələn sayımızda təqdim edəcəyik
Deryaz.az
Paylaş:
Müəllif : Yazar
Tarix:12-10-2020, 16:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-10-2020, 16:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09