“30 ilə yaxındır evlərimizə yaxın düşə bilmirik” - GİLEY
“O bina bizim üçün tikilirdi. Sovet hökuməti dağıldı, tikinti yarımçıq qaldı, bir də xəbər tutduq ki, binada köçkünlər məskunlaşıb. Sonra da Heydər Əliyev göstəriş verdi ki, köçkünlər məskunlaşdıqları yerlərdən çıxarılmasınlar. Beləcə, illərdir ki, özümüz kirayələrdəyik, tikilib bizə təhvil verilməli olan mənzillərimizdə isə köçkünlər yaşayır. Ötən il məhkəmə nəhayət, mənzillərin boşaldılıb bizə qaytarılması tələbimizi təmin etdi, gəl ki, Qətnamə icra olunmur”.
“Evsiz bakılılar” təşkilatının üzvləri 1980-ci illərin sonunda onlar üçün tikilməyə başlamış, sonradan tikintisi yarımçıq qalmış və köçkünlərin zəbt etdiyi binanın boşaldılmasını, onlara qaytarılmasını tələb edirlər.
“Köçkünün problemi başqa vətəndaşın hesabına həll olunmamalıdır”
Qaraçuxur qəsəbəsi, 4042-4046-cı məhəllə, ev 45 ünvanında inşası yarımçıq qalmış 9 mərtəbəli bina 1994-cü ildə Qarabağdan məcburi köçkün düşmüş ailələr tərəfindən zəbt olunub. Həmin mənzillərin sahibləri olan vətəndaşlarsa illərdir ki, kirayələrdə əziyyət çəkdiklərini bildirirlər. Şikayətçi Kərim Yasinov deyir:
“Övladlarımızı kirayələrdə böyütdük, evləndirdik, indi nəvələrimiz kirayələrdə doğulur, böyüyür. Bu qədər də olmaz axı... Qaçqının, köçkünün mənzil problemini dövlət başqa vətəndaşa yükləməməlidir, özü həll etməlidir. O vaxt rəhmətlik Heydər Əliyev göstəriş vermişdi ki, qaçqınlar, köçkünlər məskunlaşdığı evlərdən çıxarılmasın. Biz elə o vaxtdan məhkəmələrə müraciət etdik, məhkəmələr mənzillərin bizə məxsus olduğunu təsdiqləsə də, hakimlər Qətnamələrin “Qət etdim” hissəsində qeyd edirdilər ki, köçkünlər o evlərdən yalnız qeydiyyatda olduqları ərazilər işğaldan azad olunandan sonra çıxa bilərlər. Elə o bir cümlə də minlərlə insanın evi ola-ola küçələrdə qalmasına səbəb oldu. Ancaq şükür Allaha, indi məhkəmələr evlərimizin özümüzə qaytarılmasını təmin edib, gəl ki, hələ də çöllərdəyik”.
“Məhkəmə Qətnaməsi icra edilmir”
Şikayətçilər iddia edirlər ki, hər birinin mənzillərə görə orderi var. Onlar konstitusion hüquqlarının bərpa edilməsi tələbilə dəfələrlə Prezident Administrasiyasının qarşısında toplaşıblar. Nəhayət, ötən il növbəti dəfə məhkəməyə üz tutublar. Suraxanı Rayon Məhkəməsinin Qətnaməsinə görə, köçkünlər mənzilləri qeyd-şərtsiz boşaltmalıdır. Yuxarı instansiya məhkəmələri də bu qətnaməni qüvvədə saxlayıb. Ancaq Dövlət Probasiya Xidməti məhkəmələrin qərarlarını icra etmir. Şikayətçi Mehman Səlimov deyir:
“Qərarın icrasını tələb edəndə deyirlər ki, köçkünü küçəyə ata bilməzlər. Biz də kiminsə küçəyə atılmasını istəmirik, vəhşi deyilik ki... Ancaq qoy Probasiya Xidməti “Qaçqınkom”un, Suraxanı Rayon İcra Hakimiyyətinin yaxasından yapışsın, köçkünlərin başqa yerə köçürülməsini tələb etsin. Əgər dövlətin adından çıxarılan qətnamə icra olunmayacaqsa, vətəndaş niyə o məhkəmələrin qapısında düşüb qalır?”
“Qaçqınkom”a məktub göndərilib
Suraxanı Rayon Probasiya Şöbəsindən bildirilib ki, məhkəmə qərarının icrası ilə əlaqədar köçkünlərin Qaraçuxur qəsəbəsi, 4042-4046-cı məhəllə, ev 45 ünvanındakı mənzilləri boşaltması üçün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məktub göndərilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məsələyə münasibət öyrənmək mümkün olmasa da, vətəndaşlara göndərdiyi məktublarda qeyd edilir ki, məsələ qurumun nəzarətindədir. Köçkünlər onların mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa edilən binalara köçürüləcək. Bununla da binadakı mənzillər öz sahiblərinə qaytarılacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-10-2020, 11:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-10-2020, 11:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |