Türkiyəli iş adamı Azərbaycan Ordusuna ianə etdi – “Ümid edirəm digər şirkətlər də qoşular”
Türkiyənin məşhur quşçuluq şirkətlərindən olan “Orallar” Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min TL yatırıb.
Şirkətin sahiblərindən biri Ömür Oralın “AzPolitika”-ya verdiyi məlumata görə, onlar azərbaycanlı iş adamı Mürvət Həsənlinin çağırışı ilə bu kampaniyaya qoşulublar və digər yaxın Türk şirkətlərini də bu işə cəlb etməyə çalışacaqlar.
“Mən, atam, qardaşım hər zaman Azərbaycanın haqq işini dəstəkləyən insanlarıq. Azərbaycan bizim qardaş ölkə olduğundan onun sevincini öz sevincimiz, qəmini öz qəmimiz bilmişik. Bu ölkənin torpaqlarının erməni işğalı altında qalması bizi də hər zaman narahat edib və Azərbaycanın öz əraziləri uğrunda mübarizəsində əlimizdən gələni əsirgəmərik”, - Ömür Oral belə deyib.
İş adamı vurğulayıb ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələr qırılmaz tellərlə bir-birinə bağlanıb: “İstər milli-mənəvi, istər tarixi keçmiş, dil, din birliyimiz son zamanlar hərbi və iqtisadi tellərlə daha da möhkəmlənib. Sevinirəm ki, iqtisadi əməkdaşlıqların inkişafında və şaxələnməsində bizim də az-çox xidmətlərimiz olub. Bir Türkiyə şirkəti olaraq “Orallar” Azərbaycanın ən iri quşçuluq müəssisələri – “Xəmsə-M” “Damazlıq”, “Siyazən”, Şəfa” və digər şirkətlərlə daimi əməkdaşlıq halındayıq. Onlarla əməkdaşlıqlarımız təkcə iqtisadi faktorlara əsaslanmır, həm də “iki dövlət, bir qardaş” strateji prinsiplərindən qaynaqlanır. Şəxsən bizim özümüz Qafqaz kökənliyik və Azərbaycana özümüzün dədə-baba yurdu kimi baxırıq. Sözsüz ki, bu ölkənin inkişafı, öz torpaq bütünlüyünü qoruya bilməsi şəxsən bizim üçün Türkiyə qədər əhəmiyyətlidir”.
Bu gün Azərbaycanda xeyli qohum-əqrəbaları yaşadığını bildirən Ömür Oral, yaxınları arasında xüsusilə Mürvət Həsənlinin adını çəkib: “Bir müsəlman xalq olaraq biz də, azərbaycanlılar da kirvəliyə böyük əhəmiyyət veririk. Çünki insanlar ən yaxın adamlardan kirvə tuturlar. Bir adamın tutulması ona verilən ən böyük dəyərdir. Çünki digər qohumları Allah sənə ərmağan edir, kirvəni özün seçirsən. Dolayısıyla bu seçim həm də sənin tərəf-müqabilinə etimadını göstərir. Azərbaycanda mənim Mürvət Həsənli kimi kirvəm yaşayır. Uzun illər onunla iqtisadi əməkdaşlıqlarımız olub və bir-birimizi dişimizə vurub daha yaxından tanımışıq. Bu gün Mürvət Həsənlinin bütün iş adamlarına müraciətinə oxuyanda ilk addımı mənim atmalı olduğumu düşündüm və Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 000 TL. yardımda bulundum. Ümidvaram ki, digər iş adamları bu xoş təşəbbüsə qoşular”.
Qeyd edək ki, “Xəmsə-M” MMC-nin təsisçisi Mürvət Həsənli bu gün “Facebook” səhifəsində iş adamlarına müraciət ünvanlamışdı. Ömür Oralın çağırışına qoşulduğu həmin müraciətdə deyilirdi: “Sözüm əcnəbi şirkətlərlə işbirliyi olan sahibkarlaradır. Bu gün Azərbaycan Vətən Savaşı aparır. Ölkəmizin, millətimizin bütün resursları qələbə üçün səfərbər edilib. Bu şərəfli günlərdə ortaq şirkətlərə Azərbaycan Ordusuna dəstək olmaları üçün müraciət edilməlidir. Azərbaycanlı sahibkarlarla ortaqlıq qurub çalışdığı sektorda söz sahibi olan onlarla iri şirkət var. Fikrimcə, Azərbaycanın boynunda haqqı olan iş adamları bu prosesdən kənarda qalmamalı, maddi dəstəklə, ordunun ehtiyacı olan ləvazimatlarla Azərbaycanın - biznes dili ilə desək ortaq şirkətlərin mənsub olduğu ölkəyə dəstəklərini əsirgəməməlidirlər. Bu, həm Azərbaycanın haqq savaşına yardım, həm də onların öz bizneslərinin gələcəyini təminat altına almalarıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-10-2020, 16:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-10-2020, 16:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti