"Beynəlxalq Bank" 2-ci qrup əlili incidir - GİLEY
Göyçay sakini Anar Hüseynovun şikayəti var. Deyir, Beynəlxalq Bank 2018-ci ildə vəfat etmiş atasının kredit borcunu onun ödəməsini tələb edir. Onun isə imkanı yoxdur, ikinci qrup əlilliyi var və dünənəcən kirayədə yaşayırmış. Deyir, çətinliklə özünə ev tikib, onu da kreditlə, borc-xərclə. Öz kreditlərini güclə ödəyir, qaldı atasının kreditini ödəməyə imkanı çatsın:
“2 ildir vəfat edib atam. Təzəliklə Beynəlxalq Bank-dan məktub gəlib ki, bəs atamın varisi sayılıram və onun qalmış borclarını mən ödəməliyəm. Halbuki, atam kredit götürdüyü zaman sığorta müqaviləsi də bağlayıb, həmin müqaviləyə də 500 manatdan artıq pul köçürüb. İndi həmin borcu sığorta şirkəti ödəməlidir, ödəmir, bank düşüb mənim üstümə”.
Anar Hüseynov deyir ki, illərdir kirayədə yaşayıb, indi özünə borc-xərclə 2 otaqlı ev tikdirib. Evin təmirinə görə bir müddət əvvəl Beynəlxalq Banka da müraciət edib. Ona rədd cavabı veriblər. Səbəb kimi də, ikinci qrup əlillik müavinətindən başqa gəlirinin olmadığını göstəriblər: “Mənə dedilər ki, həmin əlilik pensiyası onsuz da azdır və dərmanlara xərclənməlidir. Bundan kredit tutula bilməz. Bəs indi nə dəyişib? Mənim yenə heç bir gəlirim yoxdur, ancaq bank mənə deyir ki, atamın kreditini ödəməliyəm. Özü də sığorta ödəməli olduğu halda”.
Anar Hüseynov hələ də qohum-tanışının evində yaşayır. Evi hazır deyil. Deyir, həm epilepsiya, həm də şəkərli diabetdən əziyyət çəkir. Müalicəsinə pensiyası güclə çatır. Qalan işlərini də kredit, borc-xərc hesabına edib: “Əlilliyimə görə ev növbəsinə də düşdüm, vermədilər. İndi birtəhər, özüm, çətinliklə başlamışam evimi hazırlamağa. Nə vaxta qədər qohum-tanışın evində qala bilərdim? İndi də bank mənə imkan vermir. Bu ölkədə yaşamaq hər gün mübarizə aparmaq deməkdir. Mən daha bezmişəm mübarizə aparmaqdan, çətinlik çəkməkdən. Bilmirəm nə edim”.
Anar Hüseynovun aylıq 147 manat ödədiyi kredit borcu da var. Deyir, atasının adına olan kredit də hardasa 700 manata yaxındır. Bunu ödəyə bilmək gücündə deyil: “Yoxdur, bunu başqa cür necə ifadə edim, bilmirəm. Atam sığorta üçün 500 manata yaxın pul ödəyib. Əgər sığorta qalan məbləği yox, elə atamın onlara ödədiyi pulu versə, üstünü mən düzəldərəm. Axı onu da vermir, ona da razı deyil. Həmin qalıq pulu bütöv ödəməyə imkanım yoxdur. Mən adicə evimə köçə bilmirəm, pulum olsa, onu edərəm də. Üstəlik, özümün də kreditim var və onu da çətinliklə ödəyirəm. Hardan alım bu qədər pulu?”
Paylaş:
Müəllif : Yazar
Tarix:22-10-2020, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-10-2020, 09:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11