Azad edilmiş ərazilərdə hansı mobil opetaror işləyəcək? - Şirkətlərdən AÇIQLAMA
Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev hər gün yeni-yeni kəndlərin, şəhərlərin işğaldan azad olunduğunu böyük fəxarət hissilə elan edir. Torpaqlarımızın hər qarışı azad olunduqca, insanların qurub-yaratmaq eşqi daha da artır.
Təbii ki, erməni vandalları tərəfindən dağıdılan infrastrukturun qısa müddətdə bərpası üçün dövlət və hökumət tərəfindən müəyyən işlərə başlanılıb. Maraqlıdır, Azərbaycanın mobil operatorları işğaldan azad edilmiş torpaqlarımızda işlərini necə quracaqlar?
“Bakcell”in mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, şirkət cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna ümumi 1 milyon 500 min manat məbləğində vəsait köçürüb:
“Bu məbləğ Bakcell şirkətinin daxil olduğu “NEQSOL Holding” tərəfindən ayrılmış 2.5 milyon manat məbləğində ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.
Bununla yanaşı, şirkət bu günlərdə Ordumuza və xalqımıza dəstək məqsədilə bir sıra layihələr həyata keçirir. Təbii ki, biz işğaldan azad olunmuş torpaqlarımızda Bakcell şəbəkəsinin qurulması istiqamətində böyük işlər görməyi planlaşdırırıq.
2017-ci ildə Bakcell şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq, orada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra Bakcell şirkəti işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb.
Azərbaycanın torpaqlarının azad olunmasından sonra Bakcell böyük qurur hissi ilə Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi və ən yüksək keyfiyyətli mobil rabitə xidmətlərini təmin etməyə davam edəcək”.
“Nar”ın mətbuat xidmətindən bildirilib ki, şirkət işğaldan azad edilmiş ərazilərdə müasir şəbəkə infrastrukrunun yaradılması layihəsinin planlaşdırma işlərini artıq yekunlaşdırıb:
“Bu ərazilərdə təhlükəsizlik qaydaları və müvafiq dövlət icazələri alındıqdan dərhal sonra şəbəkə infrastrukturunun quraşdırılmasına başlanacaq. Azad edilmiş əraziləri kəsintisiz rabitə və 4G (LTE-A) texnologiyasına əsaslanan yüksək keyfiyyətli internetlə təmin edəcəyik. Qeyd etmək istərdik ki, hazırda cəbhəboyu əraziləri kəsintisiz rabitə ilə təmin etməklə yanaşı, bu ərazilərdə düşmən atəşinə məruz qalan sakinləri dəstəkləməkdə davam edirik.
Hərbi əməliyyatların başladığı dövrdən etibarən biz xalqın qələbə ruhunu daha da yüksəltmək üçün bütün kommunikasiyalarımızda “Qələbə bizimdir!” şüarını istifadə edirik və həmçinin, “Nar” loqosunun rənglərini üçrəngli bayrağımızın rənglərilə əvəz etmişik. Bundan başqa, şirkətimiz cəbhəboyu ərazilərdə müxtəlif sosial layihələrin həyata keçirməyə davam edir. Eyni zamanda, düşmən atəşinə məruz qalmış bir çox şəhər sakinləri şirkətimiz tərəfindən pulsuz rabitə ilə təmin edilib.
Bu ərazilərdə təhlükəsizlik qaydaları və müvafiq dövlət icazələri alındıqdan dərhal sonra şəbəkə infrastrukturunun quraşdırılmasına başlanacaq.
Cəbhəyanı bölgələrdə yaşayan əhalinin bu günlərdə öz yaxınları ilə mütəmadi əlaqəsini təmin etmək üçün bu ərazilərdəki və həmçinin, cəbhə xəttindən uzaq olmağına baxmayaraq, düşmən atəşinə məruz qalan Gəncə şəhərindəki abunəçilərimizin balansına 100 ölkədaxili danışıq dəqiqəsi və 100 SMS əlavə etmişik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-10-2020, 11:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-10-2020, 11:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11