Cəbrayıl necə qurulacaq: Baş plan, yeni evlər... - Rəsmi AÇIQLAMA
Şanlı Ordumuzun yeni torpaqlar azad etməsilə bağlı məlumatları Ali Baş Komandanın tvit-lərindən öyrənməyimiz ənənəyə çevirilib. Torpaqlarımız azad edildikcə, insanlarımızın əzəli yerlərə qayıtmaq, qurub-yaratmaq eşqi daha da artır. Modern.az saytı bunu nəzərə alaraq, düşmən tapdağından azad edilən ərazilərimizlə bağlı “İşğaldan əvvəl və işğaldan sonra...” adlı rubrikaya start verir. Rubrikada ilk olaraq, sakinlər tərəfindən “kiçik Soçi” adlandırılan Cəbrayıldan bəhs edəcəyik.
52 minlik əhali 82 minə yaxınlaşıb
Rayonun işğaldan əvvəlki vəziyyətilə bağlı Modern.az-a danışan İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev Cəbrayılı qədim insan məskəni olaraq təsvir edib:
“Cəbrayıl nəinki Azərbaycanda, bütün dünyada qədim daş dövründən bu yana mövcud olan insan məskənidir. Azıx mağarası vaxtilə Cəbrayıl qəzasının ərazisində olub, sovet hakimiyyəti qurulanda 1930-cu ildə rayon kimi formalaşıb. Qubadlı, Zəngilan, Füzuli rayonları ilə həmsərhəddir, ərazisi 1050 kvadrat kilometrdir. İşğaldan əvvəl əhali sayı 52 min olub, hazırda isə 81 min 600 nəfərdir. Cəbrayıl 92 kənddən, 4 qəsəbədən, 1 şəhərdən – ümumilikdə 97 yaşayış məntəqəsindən ibarətdir.
Cəbrayıl kənd təsərrüfatı rayonu olduğuna görə relyef etibarilə üç hissədən ibartədir: dağlıq, dağətəyi və Arazboyu. Rayonun ən çox məşğul olduğu sahələr üzümçülük və heyvandarlıq idi. Bundan əlavə, Cəbrayıl respublikada üçüncü ən böyük barama istehsalçısı idi, ipəkçilik, bostan-tərəvəz məhsullarının istehsalı, meyvəçilik geniş yayılmışdı. 11 iqlim qurşağından 9-u rayonda olduğuna görə, əhali bütün kənd təsərrüfatı sahələrilə məşğul olub. Cəbrayılda xalçaçılıq geniş yayılmışdı, qədim Qarabağ xalçaları toxunurdu”.
“Cəbrayıl Qarabağın qapısıdır”
İcra Hakimiyyəti rəsmisinin sözlərinə görə, Cəbrayıl relyef etibarilə Qarabağın qapısı sayılıb:
“Burada iki Xudafərin körpüsü var. Tarixi mənbələrə görə, 11 aşırımlı Xudafərin körpüsü XII əsrə, 15 aşırımlı isə XV əsrə təsadüf edir. Digər versiyada körpülərin eramızdan əvvəl inşa edildiyi göstərilir. Çox şükürlər olsun ki, körpülər rayonla birlikdə azadlığa qovuşub. Vaxtilə bu körpü “Böyük İpək Yolu”nun əsas qollarından biri olub. Cəbrayıl həm də müqəddəs torpaqdır. Toponomiyalarda da qeyd edilir ki, Cəbrayılın adı Allahın xeyir mələyi Cəbrayılın adından götürülüb. Rayonda müqəddəs ocaqlar, pirlər olub, müəqddəs insanlar yaşayıb.
Biz Ali Baş Komandanımıza, şanlı Ordumuza çox minnətdarıq ki, 30 ildən sonra bizə yenidən bu torpaqlara qovuşmağı nəsib etdilər. Mənfur düşmənlərimiz öz layiqli cəzalarını aldılar və alacaqlar da. Bunun da hamısı dünya şöhrətli sərkərdəmiz, Ali Baş Komandanımız sayəsində baş verdi.
Hamımız sevinc içərisindəyik. Hazırda rəhbərliyin tapşırğı ilə layihələndirmə işləri aparılır. Çox arzu edirik ki, rayonumuza qayıdaq, dinc quruculuq işlərilə məşğul olaq, quraq, yaradaq, Cəbrayılı əvvəlki görkəmindən də gözəl görkəmə gətirib çıxaraq. Şükür ki, artıq məcburi köçkün deyilik. Cəbrayıllılar hamısı, uşaqlı-böyüklü rayona qayıdacağı günü səbirsizliklə gözləyir. Hətta Cəbrayılda doğulmayanlar belə, ora qayıtmaq istəyir.
Cəbrayılın havası çox təmiz idi. Turistlər bura əsasən avqustda gəlirdilər, rayonu “Kiçik Soçi” adlandırırdılar. Bir şeyi də qeyd edim ki, 27 illik məcburi köçkünlük həyatımızda ata-babalarımız torpaq həsrətilə dünyalarını dəyişiblər. Torpaq uğrunda Şəhid olanların ruhu qarşısında baş əyirik. Bizim torpaqlarımızın azad olunmasının əsas səbəbkarları onlardır. Bu gün Şəhidlərimizin ruhu şaddır. Azərbaycanın xilaskarı olan ümumilli liderimiz Heydər Əliyevin ruhu şaddır. Hansı ki, həmişə deyridi ki, Qarabağ probleminin həlli üçün vaxt lazımdır. Bu gün o zaman yetişdi. Heydər Əliyev siyasi kursunun davamçısı, Prezidentimiz İlham Əliyev ulu öndərin arzularını reallaşdırır. Var olsun, Prezidentimiz, var olsun, xalqımız, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
“Ermənilər rayonu yerlə-yeksan edib”
Parlamentdə Cəbrayılı təmsil edən deputat Ceyhun Məmmədov qeyd edib ki, işğaldan azad olunan torpaqlar strateji əhəmiyyətə malikdir:
“İşğaldan əvvəl Cəbrayıldan həm dəmiryolu xətti, həm də avtomobil yolu keçirdi. Bir sözlə, Cəbrayıl tranzit rolunu oynayırdı. Azərbaycanın Cocuq Mərcanlı nümunəsi var. Bu baxımdan qısa müddətdə burada böyük quruculuq, bərpa işləri keçirildi, məktəb, bağça, muzey, xəstəxana, məscid inşa olundu.
Hər gün cənab Prezident Cəbrayılın yeni-yeni kəndlərinin işğaldan azad edildiyinin anonsunu verir. Cəbrayıl tam azad edildikdən sonra abadlaşdırma ilə bağlı layihələr geçəkləşdiriləcək. Təəssüflə qeyd etməliyik ki, düşmən həm rayon mərkəzini, həm də kəndləri yerlə-yeksan edib. Ona görə də Cəbrayılın yenidən qurulması kompleks şəkildə icra olunacaq. Əhalinin köçürülməsilə yanaşı, evlərin, bağçaların, məktəblərin, məscidlərin və digər obyektlərin tikilməsi həyata keçiriləcək”.
“Cəbrayılın Baş planı hazırlanacaq”
Deputatın sözlərinə görə, Cəbrayılın Baş planı hazırlanacaq:
“İşğaldan sonra sovet dövründə olduğu kimi, Füzuli-Cəbrayıl-Zəngilan dəmiryol xəttinin inşası böyük əhəmiyyət daşıyır. Eyni zamanda, rayonlararası avtomobil yolunun qurulması diqqət mərkəzində olacaq. Cəbrayılın turizm baxımından potensialı genişdir. Cəbrayıl həm aran, həm dağətəyi, həm də dağlıq əraziləri əhatə etdiyindən turizmin inkişafı üçün geniş imkanları var. Həmçinin, kənd təsərrüfatının inkişafı baxımından rayonun imkanları genişdir. Bölgə sovet dövründə üzümçülüklə məşhur idi. Yəqin ki, Kənd Təsərrüfatı Nazirliyi bu məsələləri dərindən analiz edəcək. Burada üzümçülüyün, baramaçılığın inkişafı yenidən bərpa olunacaq. Vəziyyətdən asılı olaraq, yeni zavod və fabriklərin açılması həyata keçirilə bilər.
Reallıq budur ki, Cəbrayıl şəhəri tamamilə dağıdılıb. Ona görə də Cəbrayılın yeni Baş planı hazırlanacaq. Baş plan tamamilə müasir Cəbrayılın inşası istiqamətində olmalıdır. Kadrlardan da görünür ki, şəhər yerlə-yeksandır. Biz müasir tələblərə cavab verən yeni Cəbrayıl qurmalıyıq. Əsad odur ki, bunu gerçəkləşdirmək üçün dövlətin potensialı və istəyi var. Bu gün Azərbaycanda çox böyük həmrəylik var, düşünürəm ki, insanlarımız hər bir məsələyə anlayışla yanaşacaqlar. Biz qısa müddətdə qarşımıza qoyduğumuz şəkidlə işlərimizi reallaşdıracağıq”.
Yeni evlər, yeni həyat...
Parlament üzvü qeyd edib ki, işğaldan əvvəl böyük evlərə sahib olan və yenidən o cür evlər inşa etdirmək istəyənlər üçün şərat yaradılacaq:
“Əsas məsələ torpaqlarımızın azğınlardan azad edilməsidir. Qalan məsələlər razılaşdırılmış şəkildə icra olunacaq. Dövlət tərəfindən hansısa məhdudiyyətlərdən söhbət belə gedə bilməz. Hazırda dövlət qurumları tərəfindən bu məsələlər araşdırılır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2020, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-10-2020, 12:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16