Koronavirusun 2-ci dalğası: Kollektiv immunitet necə yarana bilər? - AÇIQLAMA
İtaliyada ardıcıl iki gündə rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, pandemiya başlayandan ilk dəfə olaraq bir gündə yeni növ virusa yoluxanların sayı 16 mini keçib. Son sutkada 16 079 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Bir gün əvvəl bu rəqəm 15 199 olub.
Qeyd edək ki, yaz fəslində yoluxma hadisəsi 6,5 mindən aşağı olub.
Xatırladaq ki, ötən ilin sonu Çinin Vuhan əyalətində meydana çıxan yeni növ koronavirusa yoluxma və ölüm halları artmağa davam edir. Lakin deyilənlərə görə, koronavirusa qarşı artıq kollektiv immunitet yaranıb, ikinci dalğa əvvəlki qədər güclü olmayacaq.
Maraqlıdır, hazırda koronavirusa qarşı kollektiv immunitet yaranıbmı? Virusa yoluxma və ölüm halları da günbəgün artır, bunun əsas səbəbi nədir?
Tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında bildirib ki, kollektiv immunitetin yaranmağı doğru informasiya deyil:
"Kollektiv immunitet yaranıb, buna görə ikinci dalğa zəif olacaq kimi fikirlər yalandır. Ümumiyyətlə, bu günədək bu xəstəliyə yoluxanların, koronavirusu keçirmiş xəstələrin cəmi 4 faizinin immun sistemində dəyişiklik baş verib. Yerdə qalan digər xəstələrdə heç bir dəyişiklik müşahidə edilməyib. Ona görə də kimlərsə ümid edəndə ki, bu xəstəliyi yenidən ağır keçirtməyəcək, yüngül olacaq bunu demək mümkün deyil. Çünki hələ virus haqqında kifayət qədər məlumat yoxdur. Kifayət qədər tədqiqatların da olmamağı virusun immun sistemə təsir etdiyini, gücləndirdiyini deməyə şərait yaratmır".
Həkim qeyd edib ki, hazırda virusa yoluxma sayının çox olmağı onunla bağlıdır ki, insanlar tibbi maska taxmaq məsələsinə əvvəlki kimi ciddi yanaşmadılar:
"Əvvəl insanlar tibbi maska taxmaq məsələsində həddindən artıq ciddi idi. Hökumət də bu məsələyə çox ciddi şəkildə nəzarət edirdi. Nəticədə hamı maksimum dərəcədə maskadan istifadə edirdi. Sonradan maskadan istifadənin miqdarı kəskin şəkildə azaldı və insanlarda maskadan istifadəyə qarşı boşluq yarandı. Kütləvi şəkildə həm nəqliyyat vasitələrində, həm də ictimai yerlərdə görürdük ki, çox adam heç maska taxmayıb. Maska taxmamağın nəticəsi getdikcə koronavirus xəstələrinin sayının artmasına səbəb oldu. Hazırda yenidən kütləvi şəkildə maskalardan istifadəyə başlanılıb. Güman edirəm ki, maskalar taxılsa, müalicələr yüksək səviyyədə aparılsa, hər şey qaydasına düşəcək".
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2020, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-10-2020, 13:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11